Salam, mən ebayda satıcı kimi hesab açmişam, bizdə paypal birtərəfli işlədiyinə görə bilirəmki pulu ordan çəkə bilməyəcəm, və hər hansi bir çıxış yoluda yoxdu hələki. Sualım odur ki, satış etsəm mənim paypalıma pul oturacag? Yəni pulum yığıla biler orda? ne vaxtsa bizdə paypal işləsə onu ordan çıxardım, hələki yığılsın. Və yaxutda online alış veriş edim paypaldaki pulumu helə xərcleyim?
Bu barədə çox oxumuşam amma dəgig cavab ala bilməmişəm.
Təşəkkür!
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
2
Yox, oturmayacaq.
Pul qəbul edən Paypalınız olmalıdır.
Düzdür birisi gəlib deyə bilər ki, ölkəni xarici göstərib hesab qoşmayıb etmək olar və.s. – inanmayın. Elə olanda da məbləğ çox limitli olur və xərcləmək üçün də əlavə verification və.s. lazım olur – o da gəlir çıxır eyni şeyə. Ona görə də stabil həll üçün tək yol pul qəbul edən Paypal olmasıdır.
0
Cavablandırdığınıza görə təşəkkür edirəm!
Bəli, oxumuşam ki olar xarici ölkəni göstərməklə bunun həllini tapmaq, ammakı mən hər şeyi düzgün yolla etmək istəyirəm. Bu biznessə ciddi yanaşıram istəmərəm sabah bir problemlə üzləşim. Yəginki yeganə çıxış yolu bizdə paypalın normal işləmısini gözləməkdi..(
2
Təəssüf ki elədir.
Çox xırda ticarət yox, daha ciddi yanaşacağınız, müəyyən ilkin xərclər çəkməyi gözə alacağınız bir biznesdirsə, Gürcüstana gedib orada şirkət yarada bilərsiniz. Sonra Paypal business açıb orda yaradılacaq bank hesabınıza qoşmaq. Ondan sonrası asandır, gəlib buradan da idarə edə bilərsiniz. Həm paypal işləyəcək Azərbaycandan daxil olduqda belə, həm də internet bank filan ilə pullara əliniz çatacaq.
Sadəcə dediyim kimi, bu xərci olan işdir. ( hansısa texnoparkda filan ofis qeydiyyatı olmalıdır hüquqi ünvan kimi, bir də aylıq mühasibat pulu. Bunun ikisinə də aylıq 200$ filan çıxar yəqin ki ən azı) Ona görə də yeni başlayan kiçik biznes üçün bu variant əlverişli deyil təəssüf ki.
0
Gulya Huseynova,
Əgər ciddi olaraq bizneslə məşğul olmaq istəyirsizsə, sizə xarici ölkədə şirkət və şirkət üzərindən də
biznes paypal hesabı açmağa kömək edə bilərəm. Sizin şirkət adına biznes ebay hesabınız, biznes paypal hesabınız və əlinizdə paypaldan pul ata biləcəyiniz bank kartınız olacaq.
Əlbəttə müəyyən məbləğ qarşılığında.
Onu da deyim ki, yaxın bir neçə il ərzində ebay paypalla yollarını ayırmağı planlaşdırır. Öz ödəmə sisteminə keçəcək. Ancaq nə vaxt, dəqiq bilinmir.
Sual verin
Cavab verin