Mən belə bir şey eləmək istəyirəm…
Bir kompyuter alıb… Ona server tipli əməliyyat sistemi quraşdıracam.
Sonra Open Source bir Hosting İdarə etmə paneli quracam. (məs. EHCP)
İstiyirəm ki domain adımı bu serverə yönləndirim…
Domain-imin idarə panelində NS-lər yazmalıyam ki bu domain mənim kompyuterimə yönlənsin Bunu necə edə bilərəm
NS-ləri necə ala bilərəm
məsələn
NS1.DOMAİN.COM
NS2.DOMAİN.COM
Sabit İP Almalıyam?
Bu haqda geniş məlumat yaza bilərsiniz
Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)
1
Salam. Ilk əvvəl, sizə şəxsi server qurmaq üçün sabit ip adres mütləqdir. Nameserverdən də əvvəl bu olmalıdır. Domenlər hətta nameserver olmadan da ip ilə işləyə bilirlər. NameServerin quraşdırılması haqqında isə buradan oxuya bilərsiz: How to create your own nameserver
Nameserver=ns
0
Bəli Emin dediyi kimi, mütləq statik İP əldə olunmalıdır. Daha sonra internetə bağlanandan sonra domen panelinizə girirsiniz domenizi aldığınız saytdan, ns2 və ns2 yaradırsınız Create Nameserver ilə, hosta öz İP-nizi yazırsınız. Maraqlı və çətin olmayan prosesdir.
0
Mənim Provayderlə tək işim sabit İP Almaq olacaq düzdü?
0
Bəli.
0
Mənə biri demişdi ki NS-ləri də Provayder verməlidi
1
Onu deyən səhv edir. Ns-ləri hosting verir. Siz isə istəyirsiz ki, öz hostinqinizi qurasız,bunun üçün ns-i də özünüz qurmalısız
0
Maraqli movzudur.movzuda istirak edenlere tesekkur edirem. Menim bu movzu haqda iki sualim var. 1). Sabit Ip unvani-nin qiymeti necheye olur? Men Bakinternet istifadecisiyem. 2)ci sualim budurki, deyishken adi IP unvan ile qlobal sebekeye muveqqeti qosulmag mumkundurmu?
0
Ayrıca sual kimi yerləşdirsəniz daha yaxşı olar. Amma sual qaydalara uyğun əlifbada yazılmalıdır.
0
Haci aga,sizin sayt rehberi oldugunuzu indi bildim. Burada qeyd olandan Minnetdarliq etmek ucun saytin adminini axtarirdim.Cox gozel imkan yaratmisiz.
0
Təşəkkürlər.
0
Size hardan mektub yazmagi tapa bilmedim.
Sual verin
Cavab verin