Redmi 6A Almaq İstəyirəm

Salam. Mən kontakt home saytından Xiaomi Redmi 6 A 32GB almaq istəyirəm. Ancaq almaqda bir az qorxum var. Çünki bu telefonu almaqda məqsədim, donmaması və mənim görəcəyim işləri rahatca etməsindədir. Mən Əvvəl J2 işlədirdim. Çox donurdu. İnstagrama 1 dəqiqə yarəma ancaq açırdı. İndi mən kontakt home saytında gördüm Xiaomi Redmi 6 A xoşuma gəldi. İndi bilmək istəyirəm ki, mən özüm donan telefondan qaçıram. Bu telefonu alıb donma kimi problemlərlə qarşılaşmayacağam ki? Yəni msamsung kimi 2 ildən sonra donma problemi olmayacaq?
Əsasən alsam, içərisinə İnstagram Facebook yükləyəcəm. Ən çoxuda Youtube üçün kamerasından istifadə edəcəm. Almağa məsləhət vardır?
Birdə mən yevlaxda qalıram. Kontakt Home alsam yevlağa göndərim edəcək? Etsədə necə gedib poçtdan götürəcəm yoxsa?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(06:55, 05/01/2019 ) #73841

2 il sonra da donmamasını istəyirsənsə minimum 3gb ramlı telefon al. Çünki facebook instagram youtubeyə yeniləmə/update gəldikcə daha ağır işləməyə və illər keçdikcə daha çox sistem resurs u istifadə etməyə başlıyır.

Belə pis telefon deyil. Hazırda Problemsiz donmadan dediyin funksiyaları işlədə bilərsən.

O ki qaldı kontakt homeinin yevlaxa telefon göndərməsinə, yaxşı olar özləriylə instagram və facebookdan əlaqə saxlıyıb bu barədə dəqiq məlumat alasan.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:22, 05/01/2019 ) #73852

Bele pis telefon deyil. Kamerasida pis deyil amma superde deyir.
Donmasi olmur. Deyilene gore ekrani herden bir pis basilir (barmagin deymesine reaksiya).

Bu telefonada baxin Huawei Y5 Prime (2018) kamerasini ve isini terifleyirler.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:27, 07/01/2019 ) #73862

Mən məsləhət görmürəm. Biz birin aldıq, sonra problem yaşadıq ekranı ilə, qaralır və reaksiya vermirdi. Apardıq servise (bir çətinliklə servis mərkəzin tapdıq) orda da elə üz göstərdilər, o qədər problem saydılar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:58, 08/01/2019 ) #73892

Hardan alirsiz alin, Kontakt Home-dan almayin. Defekt mallar satirlar. Shexsen tanidigim ve shexsen tanimadigim azi 10 nefer taniyiram ki, muxtelif markali (HTC, Xiaomi, Sony ve s) telefonlar aliblar, hamisini ekrani 1 aydan sonra xarab cixir. Duzeltdirmek isteyende de problem yaradirlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:19, 08/01/2019 ) #73896

    Bu daha çox önyarğıdır, bir neçə problemli halın yadda qalıb həmişə belə olurmuşca yadda qalması.
    Əslində isə hamısına eyni yerdən gəlir, təchizat tamamilə eynidir. Ona görə də A mağazasında Xiaomilər və ya HTC-lər pisdir, B mağazasındakılar yaxşıdır demək tam yanlışdır. Pisdirsə o birilərdə də pisdir.
    Amma göstərilən xidmətin keyfiyyəti, zəmanət barədə necə davranmaları isə bəli, bu bir mağazada pis digərində yaxşı ola bilər

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:07, 09/01/2019 ) #73910

      İndi adi bir vətəndaş kimi məndə deyim sizə, 4-5 ədəd qohumum həmin adı çəkilən kontakt mağazasından toplamda 10 a yaxın mobil telefon alıb hətta özüm 2 dəfə olmaqla, elə bir rüsvayçılıqla üz üzə gəldim ki, artıq söz deyə bilmədim, həyasızcasına insanın üzünə dururlar ki, problem sizdədir bizdə deyil. Çünki sistem belədir və birbaşa dövlətlə əlaqəli olan mağazaların 90 faizi eyni vəziyyətdədir. Burada kimisə günahlandırmırıq, balıq başdan iylənər

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:50, 10/01/2019 ) #73924

      Gorduyunuz kimi on yargili deyil yazdigim. Bir nefer de shikayetlenib. Siz terifleyirsizse yeqin tanishiniz orda ishleyir, ya aldiginiz mal tesadufen yaxshi cixib. Sadece ne var onu yazmisham, ozumun de bashima gelib. Yazmisham ki camaat aldanmasin. 10 dene eshaydan gozdrn perde asmaq ucun 2-3 denesi yaxshi cixa biler.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:38, 10/01/2019 ) #73929

    Tərifləməyimə dair bircə kəlmə göstərə bilərsinizmi?

    Mənim dediyim odur ki, aparatlar eyni postavşik ilə gəlir. Yəni bu mağaza içinə girib korlamır onu, hamıya eyni yerdən gəlir.

    Xidmət barədə isə yazdım ki, bəli. xidmət barədə, mağazalar arasında fərq olması mümkün haldır və məlum məsələdir.

    Kontakta gəldikdə isə, oradan 2800ə mal alıb razı qalan tanışım da var, 1000 və daha aşağı alıb razı qalan da – amma mən bu 2-3 tanışıma əsasən iddia etmirəm ki, Kontakt əla telefonlar satır – bu gülməli olardı. Təzə telefonlar hamısında eynidir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:42, 10/01/2019 ) #73930

      Nece yeni hamisi eyni postavshikden gelir? Eyni ve ya ferqli postavshikden else de, Kontakt faktiki olaraq defekt mallar satir. En cox da satdiqlari HTC markali telefonlarin 90%-nin ekranlari brak olur, 1 hefteden sonra siradan cixir. Meselen bir nefer aldigi telefonu 14 gun erzinde qaytarmaq isteyib, telefonu goturub aparib lezva ile ekranini ciziblar deyibler ekrani ciziqdi qaytara bilmerik. Men ozum Playstation4 almishdim, usta baxib dedi ki bu acilib ishledilib. Apardim deyishdirmeye, boyunlarina almadilar ki ishlenmishdi. Soydum eledim xeyri olmadi. Bunnan artiq ne deyim? Bunun dexli yoxdu A magazasi B magazasi ya da C magazasi. Men konkret Kontakti deyirem.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:53, 10/01/2019 ) #73925

Maqa, sistem bele deyil. Bashqa magazalari niye demirem? Mehz Kontakti deyirem.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:41, 10/01/2019 ) #73935

    Siz kontaktı görmüsüz onun üçün belədir, mən ümumilikdə yazmışam ki, problem dövlət səviyyəsindədir, indi yazacam bəlkə güləcəksiniz kontakt home mağazalar şəbəkəsi birbaşa dövlət tərəfindən idarə olunur, eyni zamanda 90 faiz elektronik mağazalar da həmçinin. çox şeyi uzun uzadı yazmaq yersiz olardı, amma ölkədə belə öz başınalıq edən o qədər şirkətlər var ki.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (3 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (9 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (17 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (36 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (43 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (48 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (57 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (61 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (63 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (63 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (65 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (71 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024