VTB Bank rekvizitləri necə doldurmaq lazımdır?

Salam,

Adsense-dən pul çəkməliyəm. VTB-də hesab açıb pulumu ora çəkmisəm, lakin hansısa səbəbə pul yerinə oturmayıb. Adsense deyir ki, “Transaction declined”. Bank isə deyir ki, biz imtina etməmişik, bizə ödəmə gəlməyib. Fikirləşirəm bəlkə rekvizitləri səhv doldurmuşam. Bankla əlaqə saxladım, lakin adicə rekvizitləri doldurmaq barədə belə məlumatları limitlidir. Müştəri xidməti bərbaddır bir sözlə. Burada Adsense pullarını VTB-dən çəkən istifadəçilər var. Zəhmət olmazsa rekvizitləri düzgün doldurduğumu təsdiqləyə bilərsiniz? Qeyd edim ki, adlar şərtidir.

Beneficiary ID: boş saxlamışam
Name on bank account: əslində adım rekvizitlərdə Şamil Hümbətov Orxan oğlu olsa da Google AZ hərflərini qəbul etmədiyindən sadəcə Humbatov Shamil yazdım. VİSA kartın üstündə yazıldığı kimi.
Bank name: OJSC VTB Bank (Azerbaijan)
SWIFT BIC: bura 100% düzdür. 8 hərfli/rəqəmli kodu yazmışam.
IBAN: bura isə AZ ilə başlayan Acc.No. yazmışam.
Intermediary bank: boş saxlamışam.
FFC/FBO: boş saxlamışam.

Əslində rekvizitlərdə intermediary bank haqqında məlumatlar var, amma google qeyd edib ki intermediary bank ancaq ABŞ-da yerləşə bilər onun üçün boş saxladım.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(23:01, 15/03/2019 ) #74584

Çox güman ki siz səhv doldurmusunuz.

Intermediary bank – bu boş olarsa pul gəlməz. Banka heç nə demədən, ordakı işçiləri çaşdırmadan sadəcə demək lazımdır ki, mənim hesab rekvizitimi çap edib verin – o çap vərəqdə bütün detallar yazacaq – bu standart bir şeydir.

Adətən Euro ilə gələndə Intermediary bank Avstriya bankı olur, USD ilə gələndə Amerika bankı.

Valyuta – pul USD ilə gəlirsə hesab da mütləq USD olmalıdır, və ya euro ilə gələrsə euro.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:05, 15/03/2019 ) #74586

    Rekvizitlərimi çap edib veriblər, ona baxıb doldurmuşam. Intermediary bank-a gəldikdə isə: rekvizitlərdə qeyd olunan intermediary bank Rusiya-da yerləşir, amma Adsense PS qeyd olunub ki: “If your wire transfer is going through an intermediary bank, it must be based in the United States.” Onun üçün də intermediary bank qeyd etmədim. Hesab isə USD valyutası ilədir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:21, 15/03/2019 ) #74587

      Google elə deyir bəli, amma ən azından nə veriblərsə onu yazmaq lazım, boş qoymaq işin başdan bəri alınmamasını təmin etməkdir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:24, 15/03/2019 ) #74588

      Həm də saytda intermediary bank üçün “optional” yazılıb, onun üçün boş buraxmışdım. Bir dəfə də siz deyən kimi yoxlayaram, təşəkkürlər. Yenə də, burada pulunu VTB-dən çəkən insanlar necə doldurur maraqlıdır mənim üçün, onlar da rəy bildirsələr xoş olar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:03, 16/03/2019 ) #74590

      Məhz VTB-ni bilənlər yazar, amma 4-5 başqa bankdan çəkən tanıdıqlarım hamısı intermediary banka ya avstriya ya da US bankı yazıblar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024