Salam. Belə bir sualım var: Domenlər (az, com, org və s.) Google və ya digər axtarış sistemində tez tapılmasına görə bir-birindən hər hansısa bir üstünlüyə malikdirlər? Məsələn az domeni seçilərsə Azərbaycan ərazisində com domeni seçiləndən daha tez tapıla bilər ya heç bir fərqi yoxdur?
Cavabınıza görə qabaqcadan təşəkkür edirəm
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Bu məsələdə SEO yox, məntiqə prioritet verərək qərar vermək ən yaxşı nəticəni verir. Zira SEO da məhz ona uyğun hesaba alacaq.
– Domenlərin bir-biri önündə heç bir üstünlüyü yoxdur.
– SEO alqoritmləri çox mürəkkəb düsturlarla işləyir, heç kimə açıqlanmır – yalnız REVERSE sınaq metodları ilə SEO mütəxəssisləri hansı kriteriyanın hansı məsələdə təsiri var deyə əlaqələr tapmağa çalışırlar – ki bu da hər zaman mükəmməl olmur, xətalar da çox olur.
Domen seçimi də, ola bilsin ki, o dediyim düsturda 0.01% paya malik bir şeydir – amma üstündə çox durmağa dəyməz. Sadəcə məntiqlə qərar vermək lazımdır.
Məsələn, sayt ancaq bir ölkə üçündürsə, o ölkənin domen uzantısını seçmək.
Sayt qlobaldırsa, com və ya net seçmək. Təşkilatdırsa org seçmək və.s.
local vs global domain yazıb çıxan 1-2 məqaləni oxusaz, rahatlıqla görəcəksiniz ki, kifayət qədər əks-faktlar var – ki məsələn Avstriya domeni Almaniyada hansısa keyword üzrə həm DE həm də COM domenlərdən öndə çıxır. Və ya com domeni local bir dildə axtarış zamanı yerli domendən öndə çıxır və.s.
0
Az ve ya com domain olmagi google Azerbaycan olaraq axtarisa hec bir tesiri yoxdur.
0
Domen seçimi – həm domen adı, həm domen sonluğu axtarış sistemləri nəticələrinə təsir edirlər. Domen adının təsiri barədə buradan, domen sonluğunun təsiri barədə isə buradan oxuya bilərsiniz.
Sual verin
Cavab verin