Salam. Qerarsız qalışam. Xaricdən hec vaxt telefon almamışam. Bu işin gömrük və s tərəflərini bilmirəm təcrubeç yoxdur. Qiymət arasında fərq çoxdur deyə risk edib xaricden getizdirmek isteyerdim. Amma dəyərmi? Yoxsa ele burda mənə həmin qiymətə başa gələcək? Tutaq ki, sifariş verdim sonra ? Telefonu burda qeydiyyatdan keçirmək neciyə başa gəlir? Təcrübəsi olanlar məni başa salardız etaplari. Dəyər xaricdən almağa ya baş aqrısıdir? Getirdikləri telefon dəqiq orginaldir?
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
1
Elave edim ki, iPhone XS Max 512GB Gold qiyməti 1 278 $ dir (2,172 azn) fromae saytinda. Bizde dukanlarda 3minden yuxaridir. Bu qeder ferq inandiricdir? Alsam ele bu qiymete basa gelecek mene?
1
fromae-dən alanda belə olacaq. telefonu gömrük saxlayacaq, 28may metrosu tərəfdədir, gedib növbəyə durub bankdan ödəniş çıxarışını və vəsiqənizi verib alacaqsınız telefonu. sonra da 1 ay ərzində qeydiyyatdan keçirəcəksiniz. Qeydiyyat məbləği 150 azn.
Beləliklə, buradan alanda dediyinizə görə başa gəlir 3000+ manata. – üstünlüyü nədir – dərhal və anındaca telefon sizin olur. qeydiyyat tələb etmir. zəmanət filan məsələlərində əlinizin altındadır aldığınız yer, və problem olan kimi rahatca verirsiniz.
Dubaydan alanda: 2172+150 azn + 90 azn (komissiya və shipping) = 2412.
Üstünlüyü qiymətindədir. mənfi cəhəti isə gözləmə müddəti, banka gedib çıxarış almaq, gömrükdə gedib növbə gözləmək və sonra da ödəniş edib qeydiyyatdan keçirmək. və bir də nəsə problem olarsa zəmanət prosedurunun daha uzun və əziyyətli olması.
O da ayrı mövzudur ki, 512GB iphone nəyə lazım ola bilər, maraqlıdır. 128 və nadir hallarda 256 tam bəs edir. təkcə yaddaşa görə o qədər fərq ödəmək nəsə qəribə görünür mənə.
0
Çox sağolun cavaba görə. Məncə arada olan qiymət fəqrinə görə gözləməyə dəyər. Təmir tələb etsə onsuz təmir servis xidmətləri bizim ölkədə bərbaddır ( dəmək olarki hamısı firildağçılardi). Elə bu gün, 2 gün qabaq ustaya apardığımız noutbuk xarab olub çünki detalini işlənmişinə deyişib veriblər. O Notbukda evdəkilərindi onlar işlədir ancaq youtuba yada kinoya baxırlar yəni bele tez xarab olmalı deyildi. Ustaya aparma səbəbidə aylar qabağ prablem olmuşdu oda işlənmiş detallar qoyub. Üstəlik 100 manata format eleyib internetdən yiqma (cracklanmış) Windows 10 yazib vermişdi hansiki men özumde internetdən yaza bilərdimdə onu pff. Öz telefonumun batareyasını dəyişəndə satıcı gözümün içinə baxıb deyir ki, orginaldi xanım yüz faiz. Samsung özüdə biz aldığımız yerdən alır bla bla bla indi telefonum gündə 10 dəfə sönür. Nəysə mən nə bizim satıcılara nədə servislərə güvənmirəm. Orginal detalda alıb versən ki, bunu qoy arxasını çevirib işlənmişini qoyacaq içinə, mən verdiyimidə qoyacaq cibinə. Mağazalarda babalarının qiymətini qoyurlar üstünə telefonların. Ona görə istəyərdim xaricdən almaq. Qeydiyyat ve s üstünə gəlsək yenədə ferq çox olur.
Əslində bu gün fikrimi dəyişdim iphone barədə. Çoxlu video izlədim anladım ki, mənə görə deyil. Qapalı sistemdir. Baş aqrısı çoxdur. Plus qulaqcıq taxmaq olmur. Mənə gorə traqediyadır bu. Mən fayllarla çox işləyirəm uzun illər işlədə biləcəyim telefon lazımdir. İpdone xs max güclü telefondur deyə eşitmişdim amma belə baxdım ki, mənə android rahatdir. Samsung Galaxy Note 9 da qərarlaşdım. Plus 2ci nömrə və elavə 500 gb yaddaş elavə etmək olur. P.S Note 3 işlədirəm 5 ildi , hələ bu il ölməyə başlayıb.
Yaddaş məsələsinə gəldikdə isə mənə bəs eləmir lol. Mən 3d və dizaynla məşğulam məndə milyonlarla fayl olur. Google disk belə məndə doludu. Notbukum 1 terabitdi orda belə artiq yerim az qalıb. Elavə yaddaş karti almalıyam. Ona görə önəmlidir mənə görə yaddaşın çox olması.
Note 9 alacam amma hardan alacam onu hələ dəqiq bilmirəm. Çox sağolun verdiyiniz informasiya sayəsində telefonu xaricdən alacağım təqdirdə kecməli olduğum proseslər barədə təsvvürüm yarandı.
1
Note 9 mükəmməl telefondur. Şəxsən özüm ondan işlədirəm 9 aydir, ideal deyiləcək qədər bir şeydir. Həm kamera, həm performans, həm qələminin yeni imkanları və.s. hər halda siz note 3 isledirsinizse, size daha asan olacaq 9-a alışmaq. Yaddaş məsələsi də haqlısınız, kart dəstəyi var deyə 128gb modeli alırsınız vəssalam. Sonra da 512gb-a qədər kart taxirsiniz.
Note 9 almaq istəsəniz world telecomdan ala bilərsiniz xaricdən gətirilmə, 1500 AZN-ə. Özünüz xaricdən alsaz da elə bu qiymətə çıxır deyə sərf edir.
Yerli holoqramli və samsung Azərbaycan zəmanətli olanlar isə təxminən 2000 AZN-dir bütün mağazalarda.
Note 9 Ile bağlı tək minus o ola bilər ki hardasa 2 aya note 10 çıxacaq, ona görə də birden peşman olarsız ki gərək onu gözləyəydim.
0
ucuz telefonlarda qiymet ferqi az olur deyə burdan almaq sərf etmir. ancaq əgər note 9 1500nazn dirsə burda onu gətizdirmək sərf edər. çünki tanışlardan biri burda xiaomi note 7 ni 350 azn gətirdilər. burda 500 dur.
0
Çox sağolun. Hə görürəm bizdə hərdən qiymətlər şişirdilmiş olur. Başa düşürəm vergi ödəyirlər, dukan kirayəsi və s. xərclər olur amma yenədə bu qədər qiymət fərqi çoxdur. Birazda araşdıracam , qiymətləri müqayisə edib qerar verəcəm.
0
9 aydır işlədirsiz və prablem olmayıbsa Mükəmməl. Yüz faiz Notu seçirəm. 2 aya Note 10 çıxırsa bəlkə gözləyim lol Sadəcə öz telefonum demək olar ki can verir ona görə dəyişirəm. Amma Note seriyasi həqiqətən mükəmməldir. Note 9 barədə demək olar bütün videolari izlədim youtube-da və səbrsizlənirəm almağ üçün. World telecoma baş çəkərəm. Amma bir şeydə var ki, bizdə satılan Notlarda snapdragondur yoxsa exynos? Anladığım qədəriylə Amerika bazarı üçün snapgragon ilə istehsal olunur oda exynosdan yaxşı işləyir. Onda birazda araşdırım internetdə əgər elə bir çox fərq olmayacaqsa Note 10 la 9 arasında ele 9u götürüm. Çox böyük dəyişikliklər olacaqsa gözləməyə dəyər. Bir daha çox sağolun çox yardımçı oldunuz.
0
Hologramli olanlar yəni 2000azn-e olanlar Exynos-dur. World telecomda olan daha ucuz satilan, xaricdən gətirilən xətt isə Snapdragon-dur. Çünki onlar Honkong bazarı üçün nəzərdə tutulan modellərdir. Necəsə ordan offshore filan alıb gətirib burda daha ucuz qiymətə satırlar.(qeydiyyatı da özləri edirlər təbii ki)
Sual verin
Cavab verin