Salam. Mən sürücüluk kursuna yazılmışam. İmtahana hələ bir az var. Bu gün xəstəxanaya gedib sağlamlıq haqqında arayış aldım. Mən özüm revmatizmadan əziyyət çəkirəm, 2ci qrup üzrə pensiyanerəm. Həkimlərdən yoxlanışdan keçdikdən sonra mənə sağlamlıq kağızı verildi amma pensiya aldığım üçün 2 problem çıxdı:
1cisi, ancaq B kateqoriyası verilə bilər deyildi, bu problem deyil, çünki onsuz da mən balaca maşın sürmək istəyirəm.
2cisi dedilər sənə prava yalnız 2 illik veriləcək, hər 2 ildən bir xəstəxanadan sağlamlıq arayışı alıb aparacaqsan asant xidmətə və pravanın müddətini artıracaqsan.
Sizcə bu doğurdan da belə olmalıdır? Pensiya alanlar tanıyıram, 10 illik prava alırlar, deyirəm bəlkə mənim başıma gəlir ancaq bu problem.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Bəli, doğurdan da belə olmalıdır. Sağlamlığında problem olanlarda və yaşlılarda yoxlama müddəti 10 ildən bir yox, daha tez-tez olur. Hətta hər il yoxlamadan keçməli olan kateqoriya mövcuddur.
Siz dediyiniz pensiya alanlar isə bəlkə hansısa yolla tam sağlam olduqları barədə arayış alıblar – belə olan halda mümkündür bəlkə. Amma bu da qanunsuz əməldir əgər belə olubsa
Sual verin
Cavab verin