Payoneer üçün dollar hesabı kartı

Salam. Mövzuları oxudum, ancaq bu barədə bir dolğun cavab tapa bilmədim. Belə bir qərara gəldimki payoneerdəki pulu əldə etmək üçün payoneeri kartı sifariş etməkdənsə, ywrli bank kartına ötürmək daha sərf edir. Ən azından illik ödəniş olan 29.95 USD dən azad olursan. Bildiyim qədəri ilə payoneerdən yerli karta köçürmə edəndə 15 USD kommisiya tutur. Bundan əlavə də bizim bank hardasa 0.8-1% kommsiya tutmalıdır. Sualım odurki, bu faiz fərqli banklarda fərqlidir? Və ümumiyyətlə kim payoneerdən hansı bankin hesabina köçürmə edib nagdlashdirib, və razi qalib? Ela bank varmı ki ümumiyyətlə payoneerdən gələn məbləği qəbul etmir? Öncədən kömək edənlərə təşəkkür edirəm.


Kateqoriya: Sual . , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(10:15, 10/07/2019 ) #75554

Ən azından illik ödəniş olan 29.95 USD dən azad olursan – bəli

Bu tip faiz fərqləri banklarda fərqli olmur.
İmtina edən bank da olmamalıdır.

Sadəcə bir məsələ var ki, ola bilsin ki, bank sizdən VÖEN hesaba qoşmağı tələb elədi – qanun bunu tələb edir yəni, bankın öz fikri deyil. Xaricdən daimi pul gəlirsə, bu artıq biznes deməkdir mikro da olsa, ona görə də vergi verilməlidir (2 və ya 5% – mənbədən asılı olaraq).
Düzdür, mən bilən əksər bank hazırda bunu tələb etmir, amma hərdən eşidirəm ki tələb edən də olur və pulu vermirlər, ta ki VÖEN hesab açana qədər.
Hansı bankda bu belədir, hansında deyil – buna birmənalı cavab vermək olmaz. Çünki eyni bankda həm tələb etdikləri, həm də etmədikləri hal olur. Qısacası bank işçisinin bu mövzudakı savadından asılıdır. Əgər yetərincə məlumatlıdırsa, o halda pulu vermir və adi vətəndaş hesabına yox, VÖEN hesabınıza köçürün deyə tələb edir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:56, 10/07/2019 ) #75555

    Təşəkkür edirəm cavabınız üçün. O pul bank işçisindən asılı olmadan bank kartına gəlmirki, özün gedib bankomatdan çıxardasan? Maraqlıdır, kimsə praktikada pulun köçürülməsi üçün hansı bank kartından istifadə edib və nə kimi komissiya ve problemlə üzləşib?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:03, 10/07/2019 ) #75556

      “O pul bank işçisindən asılı olmadan bank kartına gəlmirki, özün gedib bankomatdan çıxardasan?”
      Cavab: Bank kartına pul gəlmək deyə bir şey yoxdur axı. Pul hesaba gəlir. Kart da hesaba bağlı olur. Əgər tranzaksiya hesaba gələrkən bankın “xoşuna gəlməzsə”, o halda kartda görünmür, hesabda qalır, blok edilmiş şəkildə. Siz də görəndə ki pul heç cür oturmadı karta, gedirsiniz banka ki, baxın görün pulum hardadır – baxın orda deyirlər ki, bəs pul gəlib amma biz blok etmişik.
      və ya bəzən bank özü əvvəlcədən zəng edib deyir, ki bəs indicə sizə pul gəlib amma blok etmişik, banka yaxınlaşın, aydınlaşdıraq.

      “Maraqlıdır, kimsə praktikada pulun köçürülməsi üçün hansı bank kartından istifadə edib və nə kimi komissiya ve problemlə üzləşib?”
      Dediyim kimi, sürpriz komissiya olmur, nə deyilirsə o da çıxır. Və təbii ki real praktika əsasında danışıram.
      Sadəcə payoneer saytında görmədiyiniz tək nüans o VÖEN məsələsidir, o da dediyim kimi, bəxtə bağlıdır bir növ, olanda olur, olmayanda olmur.

      Bu işin qanuni tərəfini də qısaca deyim:
      – Qanuna görə hər pul qazanan vergi ödəməlidir, birmənalı.
      – Xarici praktikada heç kim bu tip transferdə dəyib dolaşmır, pul rahatca gəlir oturur hesaba, vətəndaş isə dürüst bir vətəndaş olaraq vergi dövrü yetişəndə gəlirini bəyan edib vergisini ödəyir. Çünki bilir ki, təsadüfən üzə çıxsa ki, onun vətəndaş hesabına pul gəlib və o barədə bəyan etməyib, o halda o pulun qat-qat çoxu miqdarında cərimə gözləyir.
      – Bizim praktikada isə bir az pisdir bunun həlli. Güvən və nəzarət problemi var deyə, müvafiq orqan istəyir ki pullar hamsı VÖEN hesaba daxil olsun, nəzarət etmək də rahat olsun. Ona görə də banklara da tapşırırlar ki, kim ki pul qazanır, onlıara deyin ki, pulu adi hesaba yox, VÖEN hesaba köçürüb pullarını qazansınlar. Çünki adi hesablara nəzarət edə bilmirik.

      Xaricdə isə, dediyim kimi, bunun önəmi yoxdur tək fərd olaraq qazandığın pul hara gəlir. Vətəndaş özü onsuz da dürüst davranıb məbləği bəyan edib vergisini ödəyir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026