Payoneer Qeydiyyat

Salam, Payoneer Kart almaq məqsədilə qeydiyyatdan keçmək istədim, lakin bank hesabı haqqında məlumatlar tələb edilir. Forumda bu barədə bütün sualları oxudum. Lakin bir məsələ var. Mən hesab açmaq məqsədilə banka yaxınlaşanda hesab açmağın bir faydasının olmadığını bildirdilər. Vergilər nazirliyindən icazənin belə olmasını qeyd etdilər. Bir başqa mənbədə isə Payoneer saytının özündən lazımi sənədlər toplusunun çap edilərək notariatda tərcümə olunmalı olduğunu bildirdilər. Halbuki Payoneer’in saytında bu məlumatları axtardım tapa bilmədim. Bu məsələ mənə çox qaranlıq qaldı. Xahiş edirəm bu barədə fikirlərinizi bildirəsiniz. Ümumiyyətlə, bank hesabatları nə üçün tələb edilir? Bildiyim qədərilə bunu yeni tətbiq etməyə başlayıblar, çünki 2016-16-cı ilin qeydiyyatında bunlar tələb edilmir.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(09:56, 03/08/2019 ) #75817

Tamamilə yanlış məlumat veriblər. Yəqin ki siz fikrinizi səhv izah etmisiniz.

VÖEN varsa sizdə, sadə qaydada VÖEN üzrə USD hesab açmaq lazımdır və mesele həll olur.

VÖEN yoxdursa, adi cari hesaba da birləşdirə bilərsiniz Payoneeri, sadəcə bu zaman nəzərə alın ki məsuliyyət daşıyırsınız ora gələn pulu bəyan edib vergisini verməklə bağlı. Yəni, qazanc varsa, vergi de olmaldiir. Düzdür çox adam belə edir adi hesaba pul köçürdur vergi vermir, sadəcə xatırladıram ki bu düzgün yol deyil. Həm vergi cəriməsi gələ bilər hər zaman. Həm də bank özü blok qoya biler pula istənilən vaxt. Ona görə də bu yolu çox adam etsə də, güvənli daimi yol deyil

Hər iki variantda siz banka sadece hesab açmaq üçün müraciət edib. Hesabı niye nə üçün açmağın banka aidiyyatı yoxdur, bu sizin işinizdir. Sadece mene USD cari hesab açın deyirsiniz, bank da açır və rekvizitləri sizə verir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:17, 03/08/2019 ) #75821

    Salam, əvvəlcə təşəkkür edirəm cavabınıza görə. Bu məsələlərdə məlumatlı olmadığımdan müəyyən suallarım sizə qəribə gələ bilər, ancaq yenə də soruşmalıyam. Mən bank hesabı açdım rekvizitlərdə VÖEN də qeyd edilib, lakin Azn hesabı ilə qeydiyyatdan keçdim. Bu zaman problem yaranır deməkdir?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:35, 03/08/2019 ) #75822

      Məlumatlı olmadan bu işlərə girmək bir az risklidir, ondansa bir mühasib və ya hüquqşunas ilə danışln, sizə izah etsin bütün terminləri.

      Rekvizitdə VÖEN yazılıb deyirsiniz, sizin VÖEN yoxdursa, rekvizitdə VÖEN yazıla bilməz, rekvizitdə duran bankın öz VÖEN-ni deyirsinizsə, bunun məsələ ilə hər hansı əlaqəsi yoxdur. Söhbət sizin Vergilər Nazirliyindəki VÖEN-zdən gedir. Şəxsən belə bir VÖEN almamısınızsa nazirlikdən, demək ki yoxunuzdur.

      Cari hesabı AZN ilə açdırmağınız bəli problem yaradacaq, yəni pul gəlməyəcək o hesaba. Mütləq USD olmalıdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:09, 04/08/2019 ) #75829

Tamam, cavabınıza görə təşəkkür edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (06:35, 06/08/2019 ) #75850

    Adi bank hesabı açın. payoneerə əlavə edin. Payoneerdəki puluda payoneerin kartiyla çıxardın vergi mergi heçnə ödəməyəcəksiz.

    5 ildi payoneer istifadə edirəm. Dediyiniz şeyin geçbiriylə qarşilaşmamışam yüzlərlə dollar pul çixartmişam. Bankdan sizi aldadiblar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:17, 06/08/2019 ) #75855

      Bu məsələ bu tip cavabla üstündən keçiləsi məsələ deyil.
      Ona görə gəlin bir az izah edim.

      Sizin cavabınız hazırda işlək olan metody izah edir. Yuxarıdakı cavab isə daha dolğundur.
      Cavablar arasındakı fərq ordadır ki, yuxarıdakı cavabda işin qanuni tərəfi, məsuliyyəti və.s. izah edilib, siz isə sadəcə işə yarayan tərəfi yazmısınız.
      Amma sualı verəni təkcə işə yarayan yox, məsuliyyət yaratmayan tərəf də maralandıra bilər.
      Ona görə də yaxşı olar ki, hərtərəfli cavab verilə.

      Yazmısınız “vergi mergi heçnə ödəməyəcəksiz” – onsuz da heç bir ssenaridə bankda vergi ödənilmir. Vergini sonradan şəxs özü könüllü hesabat verərək ödəyir, yəni pul çıxmır ondan heç kim. Adam özü gedib pul verir əli ilə.
      Bu isə adi fiziki hesaba pul gəlsin, yoxsa VÖEN hesaba, fərq etmir. VÖEN hesab sadəcə ona görədir ki, hər şey daha ağ olsun, sənədləşmə asan olsun.

      Fiziki hesaba pul çəkib vergi verməmək isə qanunsuz əməldir hazırki qanunlara görə.
      Hətta cinayət məsuliyyəti yarada bilər. (Yəni “mən pulu çəkirəm 5 ildir, heç nə deyən yoxdur” demək hələ o demək deyil ki, heç nə deyən olmayacaq)

      Şəxsən mən tərəfdaram ki, bir sıra kasıb ölkələrdəki kimi, bizdə də xaricdən qəpik də olsa pul gətirən şəxslərdən nəinki vergi alınmasın, hətta onlara çox sağol da deyilsin ki, ölkəyə intellektual əmək ilə valyuta gətirirsiniz. Ümid edirəm dövlətdəki müvafiq məmurlar da bunu gec-tez anlayıb stimullaşdırmaq üçün bunu qanuniləşdirələr və xaricdən pul qazanıb gətirən şirkətlərə vergi güzəşti edər, freelancerləri isə vergidən tam azad edər.
      Amma hələ ki, bizdə elə deyil.

      Xaricdən bu tip freelance pul qazanma məsələsində boşluq var.

      – bir yandan qanunən hər hansı fərq qoyulmur deyə xaricdən pul qazanan şəxs sahibkar sayılır özü könüllü gedib hesabat verib 5% vergi ödəməlidir, əks halda məhkəməyə verilə bilər rahatca.(yəni bu ehtimaldır, məhkəməyə verilən və ya həbs edilən eşitməmişəm indiyə qədər bu mövzuda)

      – bir yandan da ciddi əngəl törədilmir, bir növ göz yumulur, insanlar xaricdən bu tip pul qazanırlar, vergi ödəmirlər, və hər hansı problem də yaşamırlar. Amma bunu qanun pozmaq fonunda edirlər, ki pis olan budur.

      Yaxşı olar ki , qanun dəyişə və belə şəxslərə qanuni güzəşt edilə.

      Qonşu ölkələrdə necədir durum, təxminən belədir:

      Rusiya – xaricdən pul qazanan vergi ödəməlidir hamı kimi, əks halda başı ciddi ağrıya bilər.
      Gürcüstan – qanunən müəyyən icazə var freelancerin vergisiz pul qazanıb gətirməsinə. Amma şirkətlərə bu güzəşt yoxdur, tək fərdi şəxslərə var.
      Türkiyə – ayda müəyyən limitə qədər göz yumurlar (deyəsən 5min dollar), yəni vergi verməsə də heç nə deyən yoxdur, onu keçəndə isə gəlib deyirlər ki, qeydiyyatdan keç və vergi ödə.
      Ukrayna – orda da bizdəkinə bənzərdir, göz yumulur və xaricdən qazananların əksəri vergi ödəmir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (22 saat əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (13 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23297 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024