Salam. Maşın almaq istəyirəm. Sizin tövsiyyənizi xahiş edərdim.
İstəklərim və ehtiyaclarım bunlardır:
1) Kondisaneri olsun.
2) Cüzi problemlərdə prado kimi idarəetməni tez itirən olmasın
3) Ehtiyat hissələri hətta rayonlarda asant tapılan və çox ucuz olsun.
4) Dəbdəbə və brend həvəskarı deyiləm, əsas ailəm və uşaqlarım üçün rahat, təhlükəsiz olsun istəyirəm.
Qeyd: Qiymət fərqi yoxdu
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
seqmenti qeyd etsəz daha dəqiq demək mümkündür
0
1. kondisioneri olmayan müasir maşın yoxdur axı.
2. Prado özünü ən çox doğruldan maşınlardandır. Bu tip iradlar adətən “önyarqı” əsasında olur.
3. Rayonlarda təəssüf ki, müasir maşın hissələri az tapılır. Mənə bir dəfə lazım olmuşdu rayonda ikən, Bakıdan gətizdirməli olduq, yaxın rayonlarda tapılmadı. Ölkə balacadır deyə ehtiyat hissə satanlar uzağı 1 günə təşkil edirlər rayonda olmasa belə. Yəni bu problem deyil.
4. Volvolar təhlükəsizlik üzrə ən yaxşı hesab edilir. Məsələn XC90. Ailə üçün də idealdır. Təzələri bahadır, köhnə modellləri isə normal qiymətə olur.
Təhlükəsizlik üzrə yapon və alman avtomobillərinin əksəri yaxşı olur. Qiymət artdıqca, daha çox təhlükəsizlik imkanları və parametrləri olur.
Qiymət fərqi yoxdur yazmağınız yanlışdır, mütləq qiymət qeyd etmək lazımdır. Məsələn milyon azn-lik Maybach məsləhət görülsə alacaqsınızmı? Və ya 2min manatlıq köhnə sovet maşını. Yəni belə kəskin kontrastda məsləhət vermək çətindir, mütləq seqment(ekonom, orta, premium və.s.) qeyd etmək gərəkdir.
0
Səhvimi bildirdiyiniz üçün sizə təşəkkür edirəm. Əslində qiyməti 20mindən yuxarı istəmərəm. Hətta düşünürəm ki, maşın üçün almağa ayıracağım pul 12mindən yuxarı qalxmasın, nədənsə bundan artıq pul verməyi özümə israf bilirəm. Əsas istəyim ekanom olması və ehtiyat hissələrinin baha olmamasıdır. Daha dəqiq desəm bir dəfə pul qoyum, day özümü başqa işlərimə yönəldim, maşının nəyisə xarab olduqda da ucuz əldə edə bilim. Yəni belə olmasın ki, ayda 400manat maaş alıramsa bu da elə maşının xərcinə getsin
0
Bu xüsusiyyətlərə uyğun w210 və w202 kuza mersedes alaram. Profil ismindən belə görünür ki, xanımsınız. Ancaq yığcam avtomobillərdən maksimum 20 min manat və ekonom olan- mercedes a class, hyundai i30, nisbətən köhnə model hyundai sonatalar, hyundai elantra, b class, kia rio, toyota prius və s. modellər var. Bu qiymət aralığında olan ekonom sinif avtomobillərdir. Bundan sonra bunların arasında seçim etmək artıq şəxsi məsələdir. Zövqünüzə uyğun daxili, xarici görünüşü, daha yığcamlığı və sedan olmağı, gücü, sərfiyyatı və s amilləri nəzərə alıb seçim edə bilərsiniz
0
Təşəkkür edirəm cavab üçün, xeyr qardaş oğlanam, təxmini ad açmışam o vaxtı qeydiyyatdan keçəndə.
Sual verin
Cavab verin