Kiçik biznes və Gömrük vergiləri haqqında

Salamlar, Mən ikinci iş kimi qadın və kişi saatlarının online satışı ilə məşğul olmaq istəyirəm. İşə başlamadan öncə nələr lazımdır onları bilmək istəyirəm.
1. Saatlar ÇİN deposundan göndəriləcək saatın minumum qiyməti 30 dollardır. Birdəfəyə maksimum 5-10 arası eyni vəya fərqli saat sifariş edəcəm. Bilmək istədiyim bu kiçik alış veriş gömrükdə necə rəsmiləşdiriləcək. Yəni vergi ödəmək üçün MMC almaq şərtdirmi əgər elədirsə MMC adı almağın hüququ yolu necədi dövlət rüsumu necə olur zəhmət olmasa bu haqqda məlumat verəsiz.

2. Sifariş verəcəyim saatlar bir bağlama 10- fərqli saat olaraq göndəriləcək. Təqribi toplam qiyməti 300 dollar edir. Belə olanda halda vergi necə hesablanır və saatların qiyməti necə təyin olunur. Hər bir saata rüsum tətbiq olunur yoxsa bağlamanın özünə. Xahiş edirəm bu barədə ətraflı məlumat yazasız.

3. Xaricdən satış məqsədi ilə gətirilən məhsullarda limit varmı. Yəni aylıq 3000 dollarlıq saatı almaqda ölkəyə gəlməsində hərhansı hüquqi problem varmı.

4. Əlimdə biraz pul var bu pula hardasa 50 ədəd saat almaq imkanı var. Alacağım saatların özünün qutuları var. 50 qutulu saat biraz böyük bağlama əmələ gətirir. Belə bir bağlamaya gömrük problem yaradırmı. Vəya məhsulun çoxluğu vergini artırırmı.

5. Sonuncu sualımın saat ilə əlaqəsi yoxdur sadəcə öz işimlə bağlı bir məsləhət almaq istəyirəm. Biz 3 nəfər dizaynerik. Freelancer olaraq çalışırıq. Portfolyomuz və daimi müştərilərimiz var. Biz bu işimizə necə əmək müqaviləsinə əlavə edə bilərik. Freelancer işlədiyimiz üçün adi telefonu belə kreditə ala bilmirik bu haqda məlumat verə bilərsizmi. İlk olaraq nə edilməlidir. 2 ildən artıqdı Freelancer olaraq çalışırıq və əmək müqaviləsi son 2il boşdu. Xahiş edirəm bu barədə məsləhət verin.
Xahiş edirəm bacardığınız qədər yardımçı olun. İşin tam hüquqi yolla getməsini istəyirəm..


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(17:33, 15/09/2019 ) #76166

1. Adi vətəndaş kimi rəsmiləşdire bilərsiniz. MMC lazım deyil. Gömrüye gedirsiniz, rüsumu odemek üçün izah edirlər, rüsumu bankın ordakı şöbəsində ödəyirsiniz malı götürürsünüz.
2. Gələn malların umumi qiymət nədirsə ona tətbiq olunur rüsum (36% təxminən)
3. Limit yoxdur
4. Ölcu poçta aid məsələdir, gömrüye aidiyyatı yoxdur.
5. Freelance da qanuni işləməlidir qaimə ilə faktura ilə. Yəni sizin hazırda dediyiniz format düzgün format deyil. Sahibkar kimi qeydiyyatdan keçməlisiniz və vergi ödəməlisiniz. Sonra kredit, viza almaq və.s. məsələsində artıq maaş alanlar ilə eyni hüququnuz da yaranacaq.
Fiziki şəxs kimi VÖEN əldə etməniz lazımdır, hər biriniz. sonra da üç ayda bir gəlirin 2% və ya 5% dəyərində vergi (fəaliyyət növünə görə dəyişir faiz) ödəmək və hesabat vermək lazımdır. Və təbii ki aylıq sosial sığorta hesabat və ödənişləri etməlisiniz.(indi deyəsən 46 manatdır )
Bütün bunları ozunuz bilmirsinizsə, bir mühasib tapın sizə hamsinı izah etsin. Və yaxud elə müəyyən ödəniş qarşılığında razılaşın, bütün sənəd ödəniş hesabat ve.s. hər şeyi sizin üçün həll etsin, siz sadəcə oz işinizlə məşğul olmaga davam edin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026