Salam,
Paypaldan qeydiyyatdan keçdim.(Kapital bankla)
Bütün boşluqlara olduğu kimi azərbaycanı daxil etdim,heleki problem görsənmir.
İndi,BEU,kuweyt,Saudi arabistani kimi ölkelerin vetendaslari(dostlarim) mənə pul gondere bilər o hesabima ?pulu azerbaycandan cixartmaq olmadigini bilirəm,Bes ən azinnan o pul kartima gelecek,sonra gurcustan veya avropa olkelerine gedib o pulu cixarda bilərəm ?veya avropada yasayan baska bir adamın paypal hesabina o pulu gondere bilərəm ?və kartimda qalsa,pulu
cixartmasam 1 il erzinde o pul itmez ki ?xais edirəm cavabliyardinizda ,çox sagolun
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
Xeyr göndərə bilməzlər. Yəni göndərmək istədiklərində sizin emaili daxil edən kimi error çıxacaq onlarda – bu hesaba pul göndərmək olmaz. Azərbaycanda paypal pul qəbulu işləmir. Paypal özü dəstəkləmir.
Bu haqda ağla gələcək bütün suallarınızın cavabları cavablar_net-də var, sadəcə paypal yazın axtarış edib oxuyun
0
Bes hansı yolla onlayin gondere bilerler ,xais yazinda ,ne spotify ne paypal var cox pis ,azerbaycabda niye rahatciliq yoxdu bilmirem,paypal kimi basqa bir sistem var ,ve azerbaycanda isleyen ,erebistandan bura o pulu nece gondere bilerler ?xais yazinda west dan baska orda sexsiyet zad isdiyirler bezdirirler ,paypal kimi basqa nese var ?pulu qebul etmek ucun
0
Elə bir metod mövcud deyil.
Leqal yollar bunlardır:
1. Xaricdə yaşamalısınız.
2. Xaricdə yaşayan tanışınız olsa onun adına etmək olar(bu halda həmin adam vergi ödəməlidir amma, o da işi uzadır) Amma o halda belə gərək VPN ilə girəsiniz hesabınıza hərdəfə. Əks halda blok ediləcək.
Azərbaycanda ola-ola, rahat paypal ilə pul qəbul etməyin tək yolu var – o da xaricdə şirkət açmaq. Xaricdə(paypal dəstəkləyən ölkələr, məslən Gürcüsta, Amerika və.s.) şirkət açmış olsanız, o halda onun paypal hesabını Azərbaycanda otura otura rahat idarə edə bilərsiniz , əngəlsiz, VPN-siz filansız.
1
Salam,
Xeyr sizin hesaba pul göndərə bilməzlər.
Aktiv paypal qəbul edirsizsə mənə yazın, siz pulu göndərirsiz bizim global paypal hesabına və mən sizə əvəzində AZN lə verirəm pulu.
0
Salam. kripto vasitəsi ilə göndərə bilərlər. Nağdlaşdırmağa köməklik edərəm.
0
paysend.com ilə bəzi ölkələrdən birbaşa kart hesabınıza pul köçürülə bilər. fransadan şəxsən ödəniş qəbul etmişəm bu sayt vasitəsilə.
Sual verin
Cavab verin