Xarici dil öyrənmək

Salam. Bu mövzu ətrafında çox müzakirələr olub. Realda da görürəm, bizimkilər seçim qarşısında qalır. İşi ilə əlaqəsi olanlar tərəddüdsüz İngiliscə seçir, belə də olmalıdır. Bəs, universitet bitirməyib öz şəxsi, sərbəst marağına görə isə biliyini artırmaq istəyənlər üçün Ruscamı, İngiliscəmi?!

Qeyd: “Bizim saytlarda məqalələrdə daha çox Rus dilini dəstəkləyirlər. Deyirlər, İngiliscə cəmiyyətimizdə danışıq dilidir, Rus dili kimi intellektual dil, təhsil dili deyil”.

Başqa bir saytımızdan: “İngilis dili möhtəşəmdir. Lakin onu yüksək səviyyədə bilmək tələb olunur. Rus dili isə dünya ədəbiyyatına sərbəst girmək imkanı qazandırır”


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(22:12, 08/08/2021 ) #78748

Menim fikrimce Ingilis dili daha onemlidir. Umumdunya seviyyede taninmis bir dildir, dunyanin hansi olkesine getseniz Ingilis dili ile en azindan fikrinizi bildire bilersiniz. Rus dili ile bu tamda mumkun deyil. Ele olkeler var hec bir kelme bele olsun bilmir Rusca.
Ve o meqaledeki fikir bir qeder sehvdir. Dunyanin en taninmis, en yaxsi tedris veren universitetleri tehsili tam Ingilis dilinde verir meselcun. Elave olaraq Ingilis diline coxlu maraq var. Rus dilini yoxlayan taninmis 1 dene imtahan var (oda ele adini Ingilis imtahanlarindan birinden ogurlayib), amma Ingilis dilini yoxlamaq ucun dunya uzre taninan 4 (IELTS,TOEFL,Duolingo,PTE), ve sayilmayacaq qeder taninmamis yoxlama merkezleri var.

Her iki dili bilen bir şəxs kimi deye bileremki Rus dili mene cox az ve secilmis hallarda lazim olur. Lazim olandada amma cox onemli meqamlarda lazim olur.

Amma yenede secim sizindi, deyirsizki sadece dil biliyi artirmaq ucun, onda hansi bilde baza biliyiniz varsa ordan baslayin ve davam edin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:29, 09/08/2021 ) #78749

Burada fikrinə daha çox etimad etdiklərimdən birisiniz, çox sağ olun, yazdınız. İngiis dili öyrənsəm düşünürəm ki, bunu Türk dili üzərindən aparmalı olacam, internetdə öz dilimizdə material azdır deyəsən. Paralel Türkcəmi də təkmilləşdirmiş olaram. Əslində, İngilis dilini məntiqlə götürəndə əvvəldən seçmək ideal görünürdü. Amma, rus dilinin qulağa xoş gəlməyi, zənginliyi və ölkəmizdə geniş istifadəsinə görə seçimim sual altında qalmışdı. Seçimim ingilis dilindən yanadır. İnformasiya bol, dil isə qlobal və daha asandır (cinslər yoxdur ən azından).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:10, 10/08/2021 ) #78753

    Buyurun. Dili oyrenmek ucun duolingodan istifade ede bilersiz, yada engvid.com dan. Tam 0 dan da baslamaq ucun ise dediyiniz metod daha uygun olacaq.
    P.S Cinsler var, amma Rus dilinden ferqli olaraq 3 dene deyil ve sozlerin ozlerinin ayrica cinsi olmur 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:00, 11/08/2021 ) #78756

Hansısa xarici məqalədən oxuduğumdan belə yadımda qalıb, ingiliscədə cinslərin olmadığı. Demək ki, internetdəki bəzi mənbələrə etibar etmək olmaz. Ya da bəlkə “google translate” səhv, yarımçıq tərcümə etmişdi. Sözlərin özlərinin ayrıca cinsi olmadığını isə bilirdim. 🙂 Təşəkkürlər…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (34 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (55 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (59 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (63 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (69 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024