Onlayn satış vergisi

Salam, mən instagram üzərindən rəsmi formada vergi ödəyərək satış etmək istəyirəm. Bunun üçün hansı prosedurları etməliyəm (VOEN açdırmaq və s). Aylıq nə qədər vergi və digər xərclər ödəməliyəm. Zəhmət olmasa ətraflı izah edərdiz.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(00:35, 25/12/2021 ) #79036

Hüquqşünas və ya təcrübəli mühasib ilə məsləhətləşməniz lazımdır bütün bu modeli qurmaq üçün. Yəni xırdalıqlar və detallar çoxdur belə məsələlərdə.
– VÖEN açdırmaq
– e-taxes saytından bank hesabı açdırmaq sorğusu göndərmək və bank hesabı açmaq.
– prosessinq şirkətləri ilə anlaşmaq(azericard, pashabank, millicard, payriff, goldenpay, portmanat və.s.-dən biri ilə) və virtual POS terminal açmaq.
– Sayta inteqrasiya edib satışlara başlamaq.
– 3 ayda bir vergi hesabatlarını verib vergiləri ödəmək. (illik 200min azn dövriyyəyə qədər olarsa, gəlirin 5%-i)
– Aylıq sosial ödənişləri etmək(sosial sığorta, tibbi sığorta)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:12, 25/12/2021 ) #79039

    ehtiyac yoxdu. abblink.az ile resmi onlayn satis etmek olur. aliciya odenis linki gonderirsen vessalam. 2 faiz sadelesdirilmis vergi, rubluk sosial hesabat, 62.50 azn x3 ay, icbari tibbi sigorta haqqi 10azn x3 ay

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:38, 27/12/2021 ) #79040

      Siz dediyiniz fərdi qaydada ödəniş qəbul etmək üçündür.
      Hansı ki onsuz da millət bunu card2card, emanat və.s. ilə edir illərdir.
      abblink də onun qanuniləşmiş formasıdır. VÖEN tələb edir.
      Sualda isə e-ticarət soruşulur. e-ticarətdə ödəniş prosessinqi avtomatik olmalıdır. Əks halda o e-ticarət yox, online sövdələşmə olur.
      Mən deyən ilə abblink arasında hüquqi prosedur fərqi yoxdur, eynidir. sadəcə e-ticarət olanda sayta inteqrasiya hissəsi də var əlavə olaraq.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:46, 27/12/2021 ) #79043

Sual veren adam veb sayt uzerinden e-ticaret sorusmur. Instagram uzerinden e-ticaret sorusur. Men dediyim variant ise en optimal variantdi. Card to card, emanat niye yazmisiz ki? O qanunsuz formadir. Kims nese satir, card to card ile odenis qebul edir ve vergi odemir. Meslehet gorurem ki, suali oxuyun, sonra cavabda yazdigim veb sayta daxil olun, goreceksiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:58, 27/12/2021 ) #79044

    abblink və onun əvvəlki “anchestor”-u ilə 12 ildir əməkdaşlıq edirəm. Yəni bütün təkamülləri gözümün önündə olub. Onlarla sistemə qoşmuşam ABB VPoslarını. Məsələ məlumatsızlıqda deyil yəni.
    c2c, emanat qanuni deyil, amma faktikidir, demək olar 99% ondan və cash metodundan istifadə edir təəssüf ki.
    Ona görə də o haqda mən cavabımda məlumat verməmişəm.

    instagrama gəldikdə isə, kustar həllər yox, tam həll təklif edirəm mən sual verənlərə. Yəni xüsusi halda sizin dediyinizdə həqiqət var, tək instagramda satacaqsa hər zaman, o zaman sayt istəməyə də bilər.
    Sadəcə mən normal olan həlli məsləhət edirəm. Necə ki, istənilən qanuni ciddi platforma belə edir, Azərbaycanda da, dünyada da. (vebyayt+prosessinq işlək halda olur, instagramdakı listingi isə ora trafik cəlb etmək üçün istifadə edir. düzdür sosial network-lər də ordan da pul qazanmaq üçün artıq mini Cart feature-lar əlavə edirlər, amma bu ayrı mövzudur, bizdə hələ ki aktual deyil yerli inteqrasiya dəstəkləməmə və.s. səbəblərə görə)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:04, 27/12/2021 ) #79045

Abblink hec bir il yoxdur yaranib. Kohne adi ibalink olub. Kohne deyende yeni umumi 1 il deyil yarandigi. Kustar hell deyil, sual veren adam yalniz Instagram uzerinden nezerde tutur boyuk ehtimalla. Ve bu, tam ve qanuni hell yoludur. Veb sayt uzerinde onsuz da aydin meseledir, siz deyenler olmalidir, inteqrasiya ve s.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:17, 27/12/2021 ) #79046

    Abblink hec bir il yoxdur yaranib.

    Ona görə anchestor dedim. Dedim axı məlumatım var 2010-cu ildən bəri VPOS sistemlərindən.

    sual veren adam yalniz Instagram uzerinden nezerde tutur boyuk ehtimalla.
    Bəli, ona görə yazdım ki, sizin cavab sırf bu ehtimal üçün həqiqətə uyğun cavabdır. Sadəcə mən e-ticarət həlli məsləhət gördüm. Çünki o biri kustar həlldir və e-ticarət sayılmır.

    CavabLAR bölməsi də ona görə lazımdır ki, hər kəs doğru bildiyi yolu ayrıca cavab olaraq(reply olaraq yox) daxil etsin, sual verən (eyni zamanda sualı gələcəkdə google-la tapanlar) bu cavabları oxuyub içindən özünə ən uyğun, düzgün, asan və.s. görünəni seçə bilsin – və nəticədə faydalı olmuş olaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:32, 28/12/2021 ) #79050

      kustar hell neye deyirsiz? kustar hell c2c ve ya emanat yolu ile odenis qebuludur. men ibalinke milli paypal kimi baxiram. invoice yaratmaqdan tutmus, refund etmeye kimi e-ticarete aid olan butun funksiyalar var.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:38, 30/12/2021 ) #79063

    e-ticarətdə ən vacib komponen prosesin avtomatlaşdırılmasıdır. İnvoys yaratmaq, payment link generate etmək və.s. bu e-ticarət yox, internet banking funksiyalarıdır, sadəcə daha sadələşmiş müasir həlldir indikilər. Yəni tutalım payment form page olması kimi şeylər daha yaxşıdır nəinki rekvizit göndərmək.
    Amma məntiq eynidir.
    E-ticarətdə isə veb sayt ilə inteqrasiya olmalıdır və proses avtomatlaşdırılmış olmalıdır.
    Əlbəttə, yuxarıda da dediyimiz kimi, heç də hamlya lazım olmaya bilər tam həll. Bəzi insanlarda tranzaksiya sayı az ola bilər, hər dəfə generate etməkdə hər hansı problem də olmaz o zaman

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (8 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024