Adsense pul gəlmədi

Salamlar. Ödəniş 19 aprel tarixində google adsense tərəfindən həyata keçirilib. amma pul mənim bank hesabıma gəlmədi. Google komandası (billing-payments-support) bankları ilə məsləhətləşdi və ödənişin onlar tərəfindən uğurla həyata keçirildiyini təsdiqlədi. Və onlar ödənişin yerini müəyyən etmək üçün bankıma təqdim etməyim üçün SWIFT mesajını paylaşdılar. Amma böyük bir problem var: Bankım heç bir şəkildə kömək edə bilməyəcəklərini söylədi. Dedilər ki, “bizdə görünmür. Tək çarə odur ki, Adsense pulu çıxarsın və ya ödənişi ləğv etsin”.
Adsense-dən deyilənə görə bu mümkün deyil. Bank köçürmələri geri çağırıla bilməz. Kiçik məbləğ də deyil. Aylarla yığılmış $5000. Bəs mən nə etməliyəm?


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(21:26, 27/05/2022 ) #79271

Burda problem bankda görünür. Pul banka gəlməsə, geri qayıdardı.

Siz banka gedin və şikayət edin, imtina etsələr daha yuxarı vəzifəli şəxsin gəlməsini tələb edin. Əlinizdəki o svift kağızını verin və tələb edin. Deyin ki, pul gəlməyəndə, rekvizitdə problem olanda, geri qayıdır hər zaman. Burda isə sizin banka daxil olub pul.

Fikrimcə pul gəlib və blok qoyublar. (VÖEN hesab deyilsə cari hesabınız, bloka düşmə ehtimalı 90%dən çoxdur) sadəcə niyə sizə elə deyirlər orası anlaşılmır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:26, 29/05/2022 ) #79277

Cavab üçün təşəkkürlər. Dediklərinə görə xarici köçürmələrlə bağlı problemləri olub. Baş ofisə getdim bildirdim problemi, SWIFTI də göstərdim və onlar dediyi kimi Adsense-nin pulu geri qaytarmasının imkansız olduğunu da bildirdim. Çünki hər dəfə bunu deyib başlarından edirdilər sanki. Hesab VÖEN hesaba bağlıdır. Bir sözlə, dediklərinə görə araşdırılır, nəticə barədə xəbərdar edəcəklər. Əgər yenə nəticə olmasa nə etməliyəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:03, 30/05/2022 ) #79278

    – Pulu ya geri qaytarmalıdırlar,
    – ya da verməlidirlər.
    – ya da rekvizitlərdə səhv olubsa və ya digər səbəbdən pul gəlib çıxmayıbsa, 33 iş günü ərzində pul geri qayıtmalıdır avtomatik. Sizdə 33 iş gününə hələ 3-4 gün daha qalıb. Bu ehtimal da hələ ki qüvvədədir. Yox bu həftəsonunadək qayıtmasa pul geri, demək ki pul gəlib bankdadır.

    Pul itbat ola bilməz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:49, 01/06/2022 ) #79279

Baş ofisdə araşdıranlar problemi həll etdilər. Baxmayaraq ki, bankın filiallarındada məsələnin həllini boyunlarından atırdılar. Pul 31 mayda bank hesabına köçürüldü. Belə problem yaşanarsa, siz dediyiniz kimi, baş ofisə və ya daha vəzifəli məsul şəxslərə bildirmək lazımdır. Dəyərli məlumatlarınız üçün sizə də təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:38, 27/07/2023 ) #79661

    EYNI PROBLEMI MENDE YASADM QARDAS SONRA BANKA GETDIM ARAYIS YAZDIM YALANNA DEDILERKI GUYA ATA ADI ILE TAPMAYIBLAR ARACI BANKADAN GELMISDI. SONRA YENIDEN OZ KOHNE HESABIMA GERI GELDIM YENE ADSENSE GONDERIB PULU INDIDA OZ HESABIMA GELMIR NECE GUNDUR. NORMALDA PUL HEMISE 21-22 CIXIR 25-26 SINA KIM RAHAT GELIR AMA SES SEMIR YOXDU . BU XARABADA NORMAL BANK HANSIDI ISLEYEK BILMIRIK.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026