Rəqəmsal Məhsulların Satışı üçün Ödəniş Sistemi Seçimi: Türk Bazarı Üçün Ən Uyğun Strateji Hansıdır?

Hazırlayacağım sayt və mobil tətbiqdə satıcılar rəqəmsal məhsullar sataraq qazanc əldə edəcəklər. Tətbiqdə həm abunəlik, həm də təkcə bir dəfəlik satışlar mövcuddur və satıcılar bu satışlardan qazanacaqlar. Əsas hədəf bazarımız Türkiyə olduğuna görə, uyğun ödəniş sistemini seçməkdə çətinlik çəkirəm. Bildiyim qədərilə, Türkiyənin ödəniş sistemləri (məsələn, iyzico) üçün Türk vətəndaşı olmaq tələb olunur. Buna görə də, xaricdə (məsələn, İngiltərədə) şirkət açaraq Stripe vasitəsilə bir dəfəlik rəqəmsal məhsul satışlarını həyata keçirmək istəyirəm.

Mobil tətbiqdə isə gəlirlər əsasən abunəliklərdən formalaşacaq və bu ödənişlər Google Pay və Apple Pay vasitəsilə alınacaq (bu, Apple və Google-un tələbidir). Bu abunəlik sistemləri 30% komissiya alır. Problem isə buradadır ki, toplanan gəlirin bir qismi sonradan satıcılara ödənməlidir. Bu prosesi necə təşkil edə biləcəyimi bilmirəm. Məsələn, Stripe, Google və Apple-dan toplanan gəlirləri Wise hesabına göndərərək oradan köçürmələri həyata keçirmək mümkündürmü? Bunu bilmək istəyirəm.

Alternativ olaraq, yalnız Google və Apple Pay POS sistemini istifadə edərək tətbiq vasitəsilə toplanan gəlirləri Azərbaycan banklarına (məsələn, Birbank Business) köçürmək, daha sonra isə xaricə, yəni Türkiyə satıcılarına göndərmək mümkündürmü? Burada səhv etmirəmsə, 20% gəlir vergisi mövcuddur. Bundan əlavə, köçürmə zamanı hansı komissiyalar tətbiq olunur, onu da bilmirəm.

Belə bir qarışıq vəziyyətdə ən yaxşı yol hansıdır? Başqa hansı alternativləri təklif edə bilərsiniz? Fikirlərinizi bilmək istəyirəm.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(11:55, 09/09/2024 ) #79852

Çətin və çoxşaxəli prosesdir. Mütəxəssislər cəlb edilməlidir, özbaşına həlli müşküldür.

Optimal formula belə ola bilər.

1. Stripe və Atlas ilə birlikdə şirkət yaratmaq, bank hesabı və ödəniş sistemini həll etmək. (atlas elə stripe-a məxsusdur deyə all-in-one amerika şirkəti-hesabı-ödəniş sistemi)

2. Google və Apple ödənişləri də həmin amerikan şirkətinizə asanlıqla bağlamaq.

3. Stripe panelindən bank köçürmələri ilə partnyorlarınızın ödənişlərini köçürmək.

4. Amerikan mühasibat şirkəti filanla anlaşıb bütün illik vergi hesabatlarını həll etmək (bütün göndərilən pulları gəlirdən çıxmaqla və.s.)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (32 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (57 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (67 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024