VoLTE aktivləşdirdikdə smartfona zərəri ola bilərmi

Salam. Məndə smartfonun əməliyyat sistemi androiddir və iki nömrəli smartfondur. Birinci nömrə yuvasında olan Azercell nömrəm üçün telefonun tənzimləməsində VoLTE xidmətini aktivləşdirmişəm. Digər nömrə yuvasındakı Nar nömrəm üçün isə deaktivdir bu xidmət. Telefonun tənzimləməsində Nar nömrəm üçün də VoLTE xidmətini aktivləşdirmək üçün göstərilən yeri işarələdikdə ekrana xəbərdarlıq yazısı çıxır ki “Bu funksiyanın açılması batareyanın ömrünə, zənglərə, mesajlara, səsli poçta və mobil trafik istifadəsinə təsir göstərə bilər.”

Azercell-in saytında VoLTE xidməti ilə bağlı məlumatlarda qeyd olunub ki, “Smartfon istifadəçiləri VoLTE xidmətinin batareya ömrünə müsbət təsir göstərdiyini müşahidə edə bilərlər. Belə ki, 4G bağlantısı zəngləri dəstəkləmədiyindən zəng zamanı smartfonda 2G və ya 3G-yə keçid edilir. Zəng başa çatdıqdan sonra isə yenidən əvvəlki şəbəkə qayıdır. Bütün bu keçidlər, həmçinin hər dəfə fərqli bir siqnal axtarmaq ehtiyacı batareyaya əhəmiyyətli təsir edir.”

İndi mən bilmək istəyirəm telefondakı ikinci Nar nömrəm üçün də VoLTE xidmətini tənzimləmədən aktiv etsəm smartfona və batareyaya zərəri olar, ciddi zərəri?
Zəhmət olmasa məlumatı olanlar cavab yazsınlar.


Kateqoriya: Sual . , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:15, 12/09/2025 ) #79989

Orda zərər dedikdə çoxlu internet istifadəsi(yüksək sürət) və trafikin yüksək olması səbəbindən batareyanı tez azaltması nəzərdə tutulur. Başqa hər hansı problemi yoxdur.
İstifadə edə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:57, 12/09/2025 ) #79991

    Təşəkkür

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:22, 12/09/2025 ) #79990

VoLTE (Voice over LTE) xidməti, ümumiyyətlə, smartfonlara zərər vermir və batareya ömrünə müsbət təsir göstərə bilər. Xüsusilə, VoLTE aktiv olduqda zənglər 4G/LTE şəbəkəsi üzərindən həyata keçirilir və bu da daha sürətli və keyfiyyətli zənglər təmin edir. Lakin bəzi hallarda bəzi xəbərdarlıqlar ola bilər:

  • Batareya Ömrü: VoLTE xidmətinin aktivləşdirilməsi ümumiyyətlə batareya ömrünə müsbət təsir göstərə bilər, çünki zənglər zamanı 2G və ya 3G-yə keçid ehtiyacı yoxdur. Ancaq şəbəkə siqnallarının zəif olduğu ərazilərdə telefon daha çox enerji sərf edə bilər.
  • Zənglər və Mesajlar: Əgər Nar şəbəkəsinin VoLTE dəstəyi zəifdirsə, bu xidmətin aktiv edilməsi bəzi hallarda zəng keyfiyyətini və ya mesaj çatdırılmasını təsir edə bilər.
  • Telefonun Performansı: Əgər telefonunuzun hardware və ya software-i VoLTE-ni tam dəstəkləmirsə, bəzi problemlərlə qarşılaşa bilərsiniz, amma bu, adətən nadir hallarda baş verir.

Yekun olaraq, əgər Nar şəbəkəsi VoLTE-ni tam dəstəkləyirsə və telefonunuz uyğundursa, bu xidməti aktiv etməyin ciddi zərəri olmamalıdır. Lakin hər hansı bir problem yaşasanız, VoLTE funksiyasını deaktiv etmək hər zaman mümkündür. Daha dəqiq məlumat üçün Nar müştəri xidmətləri ilə əlaqə saxlamağı məsləhət görürəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:00, 12/09/2025 ) #79992

Cavablar AI, təşəkkür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026