Salam sualım ondan ibarətdir ki, mən Wise vasitəsilə pul qəbul edib nağdlaşdıra bilərəm Azərbaycanda? Yollarını tam olaraq bilmirəm. Öncədən təşəkkür edirəm
Salam sualım ondan ibarətdir ki, mən Wise vasitəsilə pul qəbul edib nağdlaşdıra bilərəm Azərbaycanda? Yollarını tam olaraq bilmirəm. Öncədən təşəkkür edirəm
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
Wise kart bizim ölkə üçün aktiv deyil. Wise hesaba xaricdən pul qəbul edib onu Azərbaycandakı sahibkar hesabınıza rahat transfer edə bilərsiniz.
0
Cavaba görə təşəkkür edirəm, Wise kartı bilirəm göndərmirlər Azərbaycana. Wise hesabını bilmək istəyirdim. Məsələn Wise vasitəsilə ödəniş alsam, öz USD bank kartıma köçürə bilərəm ödənişi? Bank Respublika kartıdı
0
Təbii ki. Sadəcə şəxsi hesaba köçürsəniz, güman ki Bank blok qoyacaq deyəcək ki, şəxsi yox, sahibkar VÖEN hesaba göndərin.(qanunvericilik tələbi)
0
Üzr istəyirəm Elvin bəy. Bir sualım da olacaqdı. Mən sahibkar VÖEN bank hesabı açıb ordan qəbul etsəm Vergi Orqanlarına vergi verməliyəm? Və ya hansısa sənəd, çıxarış filan? Öncədən təşəkkürlər
1
Aha vergi və sosial ödənməlidir bəli.
Sosial indi aylıq 100azndır. Tibbi sığorta səhv etmirəmsə 16 manatdır aylıq.
Vergi də 45min manatdan azdırsa illik daxil olan pul, o halda 5% vergi ödəyirsiz.
Yəni tutaq ki ayda 2min manat daxil olub. 3 ayda bir 6min edir. Bu 6000manatın 5%i vergi ödəyirsiz – 300 manat. 300 manat da sosial. 48 manat da tibbi sığorta.
Beləliklə 6000 daxil olan məbləğ, 648 manat isə sizin bütün vergi sosial xərcləriniz olur 3 ay ərzində.
İldə 4 dəfə də bu təkrar olur.
Mühasib ilə işləmək məsləhətdir ki hər şey düzgün olsun cərimə gəlməsin.
Başa düşürəm bir az çox görünə bilər xərclər təzə sıfırdan başlayana. amma sahibkar olmağın reallığı budur. bəlli məbləğdə xərclər çıxır. adi maaş alanda çıxılan vergilər, sosial bundan daha yüksək olur. Sadəcə orda fərq o olur ki, maaşlı işdə vergini çıxıb sonra yekun pulu verirlər, burda isə vergini özünüz aparıb verirsiniz.
Sual verin
Cavab verin