Heç bir brauzerdən youtube.com -a daxil olmaq mümkün deyildi. ping DNS adı ip ünvana çevirirdi amma həmin ünvan ping -ə cavab vermirdi. Problemin həllini tapdım və paylaşmaq istəyirəm.
Heç bir brauzerdən youtube.com -a daxil olmaq mümkün deyildi. ping DNS adı ip ünvana çevirirdi amma həmin ünvan ping -ə cavab vermirdi. Problemin həllini tapdım və paylaşmaq istəyirəm.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Bu problemin müxtəlif səbəbləri ola bilər. Səbəblərdən biri də odur ki, hansısa malware -rə görə veb brauzerlər youtube.com üçün 208 ilə başlayan İP ünvanını hosts faylına yerləşdirirlər. Lakin Google youtube serverlərinə giriş mexanizmini dəyişdirdiyinə görə bu yol işə yaramır. Problemi həll etmək üçün hosts faylında youtube sətrinin qarşısına # işarəsi artırmaq lazımdır. hosts faylı windowsda C:/windows/system32/drivers/etc qovluğunda, Linuxda isə /etc qovluğunda yerləşir və adi notepad və gedit mətn redaktorları ilə açıla bilir.
0
Linuxda onu redaktə etmək üçün gərək root user olasan. 127.0.0.1 adresinə yönələn saytlar açılmır. /etc/hosts faylını redaktə etmək üçün terminalda bu kodları yazmalısız:
və ya bu kodu:
Windows-da isə faylı desktopa köçürdüb orada dəyişmək lazımdır. Sonra isə həmin sistemdəki hosts faylı ilə dəyişmək lazımdır.
Sual verin
Cavab verin