Baglı olan saytlara necə girə bilərəm?

Salam.
Bizdə işdə İT Menecer iş vaxtı sosial saytlara və əyləncə saytlarına girişi server-dən bağlayıb. Sosial saytlara giriş ancaq yemək vaxtı 1 saatlıq avtomatik açılır və avtomatik-də bağlanır. yəni hər gün saat 13:00 -dən 14:00-dək . Mənə demişdilər ki, proxy saytları ilə girmək mümkündür amma google-də proxy saytları açdığın zamanda bax bu Error Mesajı verir. http://imm.io/iMnj
Bundan əlavədə işdə internetdən sənədlərdən başqa heçnə endirmək olmur nə mahnı nə film nədə youtube-dən video-yaya baxmaq.
Mən necə edim ki, bunların hamısı məndə açıq olsun?


Yadda saxlama
Kateqoriya: İnternet bağlantı . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

(21:13, 13/03/2012 ) #10627

Buna cavab vermək düzgün deyil. İş vaxtı yalnız işlə məşğul olmaq lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:02, 13/03/2012 ) #10630

bunu hər hansı yolla etsəniz belə loqlarınız sistemə düşür və sonra problem yaşaya bilərsiniz bununla bağlı. ən yaxşısı cibinizdə datakart gəzdirin istədiyiniz kimi daxil olun netə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:28, 13/03/2012 ) #10632

Sizi çox yaxşı başa düşürəm. Bizim idarədə də belə vəziyyətdir, amma biz bundan çıxış yolu tapmışıq. Lakin belə bir deyim var: İki nəfərin bildiyi sirr deyildir. Bunu ancaq özünüz etsəz yaxşıdır, çünki başqalarına desəz bu işıq sürətilə yayılacaq və Adminstrator “qardaş” (idarələrdə bir çoxlarının üzünü görməyib ən çox nifrət etdikləri şəxs :)) xəbər tutaraq xəbərdarlıq göndərəcək. Sayt belədir: http://www.dd34.ru Amma bu saytla filmlərə baxıb və köçürməyə zəmanət vermirəm 🙂 Bu saytın bir çox alternativləri də var: http://www.daidostup.ru http://www.sofro.ru Emin Mestizadeh-in fikri ilə isə razı deyiləm, monotonluq insanı robotlaşdırır, iş ilə əyləncəni birləşdirəndə insan daha yaxşı nəticə əldə edir. Sizə işlərinizdə uğurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:12, 13/03/2012 ) #10636

    Sizin verdiyiniz saytlar proxy tunnel saytlarıdır, düzdür bu tip saytlar minlərlədir, bəzi saytların açılmasında kömək edir, bəzilərində yox. Amma unutmayaq ki, daxil olan saytlar şəbəkədə loqa düşür və sabah rəhbərlik tunnel saytlarına girən işçilərə qarşı belə nəsə tədbir görə bilər. Ona görə də proxy saytları ancaq elə şirkətlərdə işə yarayır ki, bu prinsip olsun: saytları bağlamışıq, amma kim girə bilir girsin, bacarana can qurban. Yox əgər şirkət sərt idarə olunursa və qaydanı pozana cəza tətbiq edəcəksə bu zaman proksi saytlarla sosial şəbəkələrə girmək qəti məsləhət deyil.
    Ona görə də çalışmaq lazımdır işlədiyin yerin qaydalarına riayət edəsən, ya da cibində datakart gəzdirəsən. 🙂
    Monotonluğun pis olması barədə fikirlərinizdə haqlısınız düzdür, bu tip məhdudiyyətlər çox yersizdir, sərbəstlik olmalı işçiyə tam sərbəstlik verilməli eyni zamanda işçidən nəticə tələb edilməlidir. ən düzgünü budur, amma bunu rəhbərliyə desən adama yaxşı cavab verərlər: nə vaxt sizin öz şirkətiniz olar, bu qaydanı tətbiq edərsiniz, indi şirkət bizimdir, bizə ağıl öyrətməyin 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:22, 14/03/2012 ) #10654

    Çox sağol cavaba görə amma dərd burasındadır ki, siz dediyiniz saytlar hamısı proxy və yaxud Anonomizer, tunneling kimi gedir və belə saytların hamısı bizdə blokdadır.
    http://imm.io/iQLi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:26, 14/03/2012 ) #10655

    Çox sağol cavaba görə amma dərd burasındadır ki, siz dediyiniz saytlar hamısı proxy və yaxud Anonomizer, tunneling kimi gedir və belə saytların hamısı bizdə blokdadır.
    http://imm.io/iQLi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:59, 13/03/2012 ) #10641

ƏN YAXŞI VARİANTLARDAN BİRİ ULTRA SURF PROQRAMINI YAZIN KOMPUTERƏ))))))))VƏ PROQRAMI İŞƏSALIN İSTƏDİYİNİZ SAYTA DAXİL OLUN)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:35, 14/03/2012 ) #10656

    qardaş bu internet klub kompüteri deyil ki , əlivə nə keçə yükləyəsən. korporativ Domeyn sistemidir Administratordan başqa kompüterə heç kim heçnə yaza bilmir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:36, 14/03/2012 ) #10661

🙂
TMG nin lisenziyasına o qədər pul boşa verilməyib ki onu asanlıqla keçəsən..
Ona görə də proxy saytları keçməyəcək ola bilsin ki filtr sayt haqqında tam informasiyanı da yoxlayır (tag key və s.)
Bir neçə yol təklif edə bilərəm:
1. Şəbəkədə mütləq filtrdan kənar İP lər vardır məs. bunları tapa bilərsən. Müdirlərdə çox vaxt aktiv olur onlar yerindı olmayanda onların pc söndürüb həmin İP ləri istifadə edə bilərsən (çalış bilmədiyin iplərə toxunma böyük problem yaradarsan özünə :D)
2.evdəki kompyuterini açıq qoy logme in clienti yüklə ora işdə logme indən qoşul evdəki kompunda gör işini təhlukəsiz və minnətsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:05, 14/03/2012 ) #10664

    Müdürü bilmirəm amma özündə hər şey açıqdır.
    1.İp ləri necə istifadə edim ki DHCP avtomatik olaraq verilir?
    2. İp dəyişmək imkanıda 0 bərabərdir çünki bunun üçün gərək admin olasan kompüterdə.
    3. həmdə bildiyimə görə İnternet İp-dən əlavə domeyndə olan username görədə verilir. elə əməkdaşımız var ki, onda internet açıq deyil amma ancaq email alıb göndərə bilir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:37, 14/03/2012 ) #10662

Söhbət hansı şirkətdən gedir sirr deyilsə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:55, 14/03/2012 ) #10663

    şirkətin adı “USTAY” Türk şirkətidir amma IT Menecerimiz Azərbaycanlıdır Sumqayıtdan 30 yaşı var.
    Amma bilmirəm ki bunun mən verdiyim suala nə aidiyyatı var ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:24, 14/03/2012 ) #10665

Mən sizin şirkətin İT siyasətini bilmirəm ona görə dəqiq deyə bilmərəm dhcp di ya static.
Qardaş pis çıxmasın ama sizi qəfəsə salıblar əməlli başlı. Sizdə kompyuterdə internet varsa logme in istifadə edin ya da sazz ya data kart.

TMG ni çox az şirkət işlədir ona görə soruşdum…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:21, 16/03/2012 ) #10819

Əgər proxy saytlarını da filterə salıblarsa deməli şirkət buna ciddi yanaşır. HideMyAss ilə proxynizi dəyişə bilərsiz(bu firefoxda rahat edilir) amma buna görə sizi işdən qovarlar. Elvinin də dediyi kimi ən yaxşısı datakart alın, işdə boş vaxtınız olanda datakart ilə hansı sayta istəsəz daxil olun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (5 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024