Salam hörmətli istifadəçilər. Belə bir məsələ ilə rastlaşmışam. Paypalda kredit kartı qeydiyyatdan keçirmişəm, istənilən əməliyyatı problemsiz apara bilirəm. Mənə lazımdır ki, həmin akkaunta paypal vəya adi kredit kart (visa, mastercard) vasitəsilə ödəniş qəbul edə bilim və onu karta (hesaba) köçürülməsi mümkün olsun. Azərbaycan üçün bu mümkündürmü? Tutalım beynəlxalq bankda olan hesabım üçün xaricdən paypal akkaunta gələn pulu hesabıma ata bilərəmmi? Xahiş edirəm bu barədə məlumatı olan fikirlərini bölüşsün, əvvəlcədən təşəkkür edirəm
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
1
Salam. Bu sual bir neçə dəfə verilib(Məsələn). Cavabı təəssüf ki xeyr-dir. Azərbaycan bankları Paypalın pul göndərdiyi banklar siyahısında deyil. Ancaq pul qəbulunu dəstəkləyir Paypal, Azərbaycan üzrə.
Paypalın hansı ölkələr üzrə nəyi dəstəklədiyi burada var.
0
ətraflı cavab üçün təşəkkür edirəm, bunun alternativ hansısa yolu varmı bəs bildiyiniz? Məs goldenpay vəya azericard kimi xidmətlər
1
Goldenpay və Azericard prosessinq xidmətləridir, dünyanın istənilən yerindən sizin Azericard ödəmə səhifənizə girib sizə ödəmə edə bilərlər, ödəniş 3 gün ərzində Azericarddan bank hesabınıza yatırılır.
Beynəlxalq saytlardan Azərbaycana pul göndərilməsini Moneybookers dəstəkləyir. Sadəcə biraz uzunçudur Moneybookers-də kartı təqdiqlətdirmək. Amma 1 gün tam məşğul olsanız, həll edə biləriniz, kartınızı Moneybookers hesabına qoşandan sonra isə gərək sizə ödəmə etmək istəyənə Moneybookers hesabınızı verəsiniz ki, pulu köçürə bilirsə ora köçürsün. Amma hamıda da Moneybookers olmur, ona görə də ən yaxşısı Paypal olardı, çünki çox populyardır, o da ki dəstəkləmir bizim ölkəni
3
pulu qəbul etmək üçün digər vasitələrdən biri də net kartlardır. Məsələn, netcard.az
bu kartları Plastik kartla da almaq mümkün olduğundan deməli dünyanın istənilən yerindən ödəniş qəbul edə bilərsiniz.
0
Ümumiyyətlə Azərbaycanda ödəniş üçün ən yaxşı sistemləri bu yazımda qeyd etmişəm baxa bilərsiniz.
İnternetdən pul qazanmaq üçün çalışan insanlar bu yazımı oxuya bilərlər və güvənli sistemlər barədə yazmışam.
0
Olmur. yalnız ödədiyin pulu geri ala bilərsən!
Sual verin
Cavab verin