Salam.Bağışlıyın narahat edirəm yenə.Mən necə bilim ki,məndə vindovs 7-nin pirat versiyasıdı ya yox?Birdə pirat versiya nə deməkdir?Əgər məndə PİRAT versiyadırsa onda mən abnavleniyanı bağlıyım?Yəni avtomatik vindovsın abnavleniyasın bağlıyım?Bağlamasam necə eybi olmaz?Xahiş edirəm qardaşlar yazın.
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
0
Umumiyyetnen gotursek pirat sistem olmur lisenziasiz sistem olur eger internetden hansisa sistemi yukleyib daha sonra lisenzia alib hemin sistemi aktivleshdirirsiz. abnavleniyanida baglama vacib deyil duzdur lisenziyasi olmayan sistemler tam olaraq abnavleniya olmur amma olunan abnavleniyadan maksimum yararlanmaq olur. eger abnavleniyadan sonra sistem bloka dushurse bunun hec bir qorxusu yoxdur bu blakirovkani xususi pach ler vasitesi ile acmaq olur bu barede sualin olsa [email protected] ile menimle elaqe saxla komeklik ederem
0
[email protected] bu sizin elektron unvanizdir?
0
beli
0
mən obnavleniya vermirem.nece olar?
0
Obnavleniya versen yaxshidir
4
Əgər sizin istifadə etdiyiniz Windows kompüterinizi aldığınızda üstündə olan Windows-dursa onda böyük ehtimalla tam lisenziyalıdır. Əgər sonrada hər nə vaxtsa kompüterinizi format etmisinizsə onda lisenziyasız – yənir pirat Windows-dur. Çünki Windows lisenziyası ən ucuz halda 300$-dan başlayıb 700$-a qədər qiymətdə ola bilir. Format üçün bu ödənişi ödəməmisinizsə (heç kim ödəməz 🙂 ) onda sizin Windows lisenziyasız, piratdır.
Windows-un lisenziyalı olub olmamasını yoxlamaq isə müxtəlif yolla mümkündür, ən dəqiqi isə Microsoft-un təqdim etdiyi “Validation Tool”-dan istifadə edərək mümkündür: http://www.microsoft.com/genuine/validate
Ancaq diqqətli olmalı olduğunuz bir neçə məqam var. Əgər Windows-nuz lisenziyasız çıxarsa Validator sizin kompüterinizə dərhal və ya trial möhlətli ban qoya bilər, yəni həmin vaxtdan sonra Windows istifadəniz mümkünsüz ola bilər. Əgər validator sizə Windows-nuzun lisenziyalı olduğunu bildirsə burda bir problem yoxdu, hər şey qaydasındadır və Windows-nuz tam lisenziyalıdır.
Windows Update (ovlanleniya) yandırıb yandırmamağa gələndə isə, o qədər də zəruri olmasa da Windows Update vaxtaşırı sistemin daha stabil və təhlükəsiz işləməsi üçün sizə yeniləmələr təklif edir. Bunlar istəyirnizə bağlı olaraq avtomatik və ya sizin rəyinizi əsasində kompüterə yüklənə bilər. Əgər nə etdiyiniz bilirsinizsə, hansı yeniləmənin nəyi dəyişdiyinə həmişə fikir verirsinizsə onda Windows Update daimi açıq qoymaqda bir zərər yoxdur. Əks halda isə Windows Update-ləri arasında beziləri mövcuddur ki onlar kompüterinizə avtomatik yüklənərsə sizin Windows-un lisenziyalı və ya pirat olduğunu ortaya çıxara bilər və Windows istifadəsinə möhlətli ban qoya bilər.
Əgər ümümiyyetlə Windows Update və Windows komponentlərindən o qədər də başınız çıxmırsa Update-ləri daimi söndürün.
0
Orkhan I. Ahmadov ətraflı məlumat verdi məncə
0
saq olun ALLAH razı olsun
Sual verin
Cavab verin