Android sistemlərinin Root olunması haqqında

Ümumiyyətlə Android sistemli telefonların root edilməsi telefona nə kimi üstünlüklər qazandırır və nə kimi mənfi cəhətləri var? Məsələn HTC XE nin root edilməsi və s.


Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(03:43, 14/04/2012 ) #12586

Yəqin daha aydın izah yazan olar, amma deyim bir iki şey:
Android Linux üzərində qurulduğundan hər bir Linux sistemin root adlı Unix admin istifadəçisi olur, hansı ki o istifadəçi sistemdə bütün səlahiyyətlərə malikdir. Sistem parametrlərini dəyişmək, silmək, bir sözlə sistemin tam dərinliklərinə dalmaq imkanı.
Smartfonlarda buna elə də gərək olmadığı üçün və ən əsası təhlükəsizlik məqsədilə Google Androiddə bu useri disable edib. Amma sistem Linux-da olduğundan süni müdaxilə ilə bu root-u yenidən “diriltmək” mümkündür. Bunun faydası odur ki, bu zaman sistemlə işləyən, əli-qolu tam açıq proqramlar da quraşdırıla bilər, hansı ki adi halda o proqram işləmir(məsələn Google Play Store məkana uyğun göstərir proqramları, məkanı isə dəyişmək imkanı yoxdur smartfonda, bu funksiya bağlıdır, amma root hər şeyi edə bildiyindən root-dan istifadə edən proqram var ki, asanlıqla məkanı USA olaraq göstərərir və nəticədə ancaq USA-dan yüklənə bilən proqramlar da asanlıqla yüklənilə bilir).
Root-un riski odur ki, siz hər hansı zərərli proqramı bilmədən yükləyib işlətsəniz root access-in açıq olması səbəbindən o proqram sisteminizi tam məhv edə, məlumatlarını silə bilər. Ona görə də ciddi təcrübəsi olmayanlar üçün root access məsləhətli deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:08, 14/04/2012 ) #12594

Bəli, Elvin yazan kimidir.Androiddə Linux kerneli müəyyən qədər dəyişiblər.Orada bəzi komandalar yığışdırılıb. Root etməklə siz həmin komandaları qaytarmış olursuz və su komandası(əməliyyatı root istifadəçisinin adından görmək üçün olan komanda) aktivləşir.Bununla siz istədiyiniz dəyişikliyi edə bilərsiz. Məsələn Elvin deyən kimi marketə başqa ölkə adı ilə daxil ola, telefonun İP ünvanını dəyişə, telefonda olan proqramlarda dəyişiklik edə, telefonda bəzi sürətləndirmə işləri apara bilərsiz və s. Amma Elvinin də qeyd etdiyi kimi zərərli proqram yazmaqla telefonu xarab da edəbilərsiz.Bu zaman yalnız sistem xarab olur, daha sonra yeni sistem yazmaqla bərpa etmək mümkün olur(sistemi kiesdə recovery mode ya da odin ilə yazmaq olur.)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026