Sayta DDOS atak olunarsa nə etməli?

2 gün öncə saytıma DDOS atak olunub CPU Usage, Entry Processes, Monthly Bandwidth Transfer limitləri bitmişdi whm panelden Bandwidth Transfer’i artırdım ama o birilər artıra bilmədim nə edə bilərəm?

Ümumiyətlə DDOS ataklar üçün serverdə hansı qabağlayıcı tətbirlər görmək olar?


Yadda saxlama
Kateqoriya: Web Developement . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(17:47, 22/04/2012 ) #13328

Keçən il bir muhazirəyə baxmışdım, türkiyəli mütəsis idi. DDOS sahəsində, ümumiyətlə türkiyədə tanınmış ağ papaqlı xakerlərdən idi. o deyirdi ki prinsipcə ddos normal http, udp sorğulardan ibarət olduğu üçün bunun qarşısını almaq ya olmur ya da çox bahalıdır. sizin kimi sadə sayt idarəçiləri üçün bu daha çətin məsələdi. önləyici tədbirlər var ama fikrimcə sizə sərf etməz, böyük şirkətlər üçündür demək ola bütün önləyici tədbirlər. həm də svvitch, routing, firevvall üzərində kontrolunuz yoxdursa bu sizin edə biləcəyiniz bir iş deyil. ama istənilən halda həmin tədbirlər də effektiv olmuya bilər. məsləhət görərdim ki hosting şirkətinizə bir məktub yazın problemi deyin, onlar kömək olmalıdı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:08, 22/04/2012 ) #13331

Hal hazırda sayt’a daxil olmaq olmur (Resource Limit Is Reached

The website is temporarily unable to service your request as it exceeded resource limit. Please try again later.)
CPU Usage, Entry Processes buların limitlərini artırmaq olar?

Birdəki cpaneldən loglara baxaraq ddos hansi ip dən gəldiyini oyrenib onu ban etmək olar?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:51, 22/04/2012 ) #13338

    DDOS avtomatlaşdıran proqramlar normalda İP spoofing istifadə edir, yəni gedən requestlər başqa istifadəçilərin (zombi kompyuterlər) İP-lərindən gedir. göndərən http requestin cavabinda maraqli olmadigi üçün cavabın özünə ya mənə ya sizə getməsi maraqlı deyil. elə bilin ki mən sizin İP-də cavablar.net-ə http sorğu göndərirəm, server index səhifəni qaytarır ama sizin kompyuterə, bu mənim vecimə deyil, çünki mənim istədiyim cavablar.net-in serverini məşğul etməkdi. index səhifə kimin kompyuterinə gedir getsin əsas server cavab versin və resurslarını tükətsin. həmin İP-lər sizin saytın istifadəçilərinin də ola bilər o zaman normal istifdəçi sayta girməyə blok edirsiniz. ama baxın əgər İPlər normalda xarici ölkələrdən gəlirsə və sayt azərbaycan dilindədirsə blok edin, ingilis hər halda sizin saytı oxumur. ama yenə də kömək olmuya bilər, çünki DDOS hücumları istifadəçi sayı ilə edilmir, mb-lar, gb-larla ölçülür. vaxtınız dəyərlidirsə İP bloklamaq sərf eləmir, çox vaxt itirəcəksiniz. sizə kömək etmək hosting şirkətinin borcudu. normal hostingdirsə, online chat olur saytlarında, 24 saat, istifadəçiyə kömək üçün onlara yazın, ya customer supportun e-mailinə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:11, 22/04/2012 ) #13332

Sizdə shared host-dur deyə ümumiyyətlə edə biləcəyiniz önəmli bir şey yoxdur, çünki shell və ya digər administrativ imkanlar yoxdur, bunlar hamısıs hostinq provayderinizin boynuna düşür, onlar görməlidir tədbirini.
Sizsə çalışın ağır şəkilləri, yükləmə fayllarını və.s. saytdan çıxarıb Dropbox-a və ya digər saytlar keçirin, saytınızda sadəcə hiper mətn və mysql saxlayın, o halda resurs da çətin ki dola

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:32, 22/04/2012 ) #13337

Sizə Hostinq xidmətini göstərən şirkətə müraciət edin, vəziyyəti anladın. Qoy tədbir görsünlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024