Ubuntuya program yazmaq istədim, ancaq alınmadı. (Mən Ubuntunu yenicə komputerdə yerləşdirmişəm). Windows-dakı kimi EXE uzantılı fayllar yoxdu ki onunla birbaşa yükləyəsən. DEB və RPM uzantılı fayllara girdikdə isə UBUNTU SOFTWARE CENTER açılır. Səhifənin də əvvəlində yazı yazılır. yazını oxuyanda da məlum olur ki (daha doğrusu tərcümə edəndə) fayl etibarlı mənbədən deyil. Bunun üçün nə məsləhət görərdiniz? cavablarınıza görə əvvəlcədən təşəkkür edirəm.
P.S. mən programları əsasən internet klubda fləş-karta, oradan da evdəki komputerə yükləyirəm.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
1
Software Center-də demək olar bütün proqramlar var, siz kənardan niyə proqram axtarasınız ki? İnternet yoxdur evdə ona görə? O halda Software Center-də Edit bölməsinə girib Other Software-də İntependent seçimlərinə quş qoyub save edin, vəssalam işləməlidir. Exe faylını burda Deb faylları əvəz edir.
0
Salam.Tutaq ki mənim evdəki internetim zəifdi və mən proqramları başqa yerdə yükləyib (məs: internet klub da) öz komputerimə daşımaq istəyirəm bu mümkündür ya ancaq software center dən yükləmək olur?
0
Mümkündür təbii ki. DEB fayllarını yükləyib gətirə bilərsiz evdəki kompyuterə. Eyni zamanda deb olmayan adi tar gz arxiv fayllarını da install etmək olur, amma bu zaman terminalda Unix biliyi tələb olunur. Yeni başlayan üçün mütləq DEB faylları lazım.
0
köməyə görə çox sağ olun
0
Ümumiyyətlə yeni Ubuntu versiyalarında istənilən deb faylı əlavə quraşdırmalar etmədən soft center ilə yazmaq olur.Sadəcə olaraq xəbərdarlıq edir ki, proqramın nə olduğunu bilmədən yazmayın.Yani zərərvericini qursaz və sonra kodunuzu yığsaz kompüterin proqramında nəyisə xarab edə bilər.Amma Ubuntuda yenə də rahatlıqla zədələnmiş hissələri bərpa etmək olur.
Sual verin
Cavab verin