Salam,mən Ubuntu 11.10 işlədirəm. Fayllarda(php,html) azərbaycan hərflərindən istifadə eliyəndə brauzer də düzgün görünmür, işlətdiyim text editor-da UTF8 eliyirəm yenə alınmır, wine vasitəsilə notepad++,notepad da eləmişəm yenə də alınmır , necə edə bilərəm ?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam
Mən illərdir Linux istifadə edirəm belə bir probləmlə rastlaşmamışam.Siz openoffice`də və ya gedit`də Ə hərfi yazanda düzgün görsətmir?
Aşağdakı linkdən şriftləri yükləyib yoxlayın
http://www.latin.az/
0
faylın özündə düz görsənir, amma ki , brauzerdə açılanda düzgün görsənmir
1
Onda bunun ƏS ilə hər hansı əlaqəsi yoxdur. Səhifənin encodingi yanlışdır. Səhifənin içinə meta əlavə etmək lazım encoding=utf-8 olan. Ya da sadəcə baxmaqçün məsələn Chrome-da Tools->Encoding->UTF8 seçmək kifayətdir.
0
sağolun meta encoding nən həll olundu, yadımdan çıxıb yazmaq 🙂
Sual verin
Cavab verin