Dropbox nədir?

Dropbox nədir və üçün lazım olur?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(22:24, 31/05/2012 ) #16127

Bu proqram sizin komputerinizdə bir qovluq yaradır.Bu qovluğun içinə atdığınız faylları öz bulud sisteminə sizin adınıza yükləyir və başqa bir PC-yə keçdiyinizdə DropBox.Com-dan o faylları əldə edirsiniz.iPhone üçün çox gözəl və pratik tətbiqdir.
İstəsən daha ətraflı başasala da bilərəm…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:24, 31/05/2012 ) #16128

Son bir neçə ilin şübhəsiz ən önəmli texnologiyalarından biri “Cloud Computing”-in ən gözəl tətbiqlərindən biri Dropbox. Dropboxu qısaca desək, fayl paylaşma platforması olaraq xarakterizə edə bilərik.

Artıq kompüter istifadəçiləri fayllarına hər növ platformalardan onlayn olaraq əlçatan olmaqlarını istəyirlər. Əgər birdən çox kompüter istifadə edirsinizsə, bu faylların sinxronizasiyası bu gün ən önəmli bir mövzusudur, məsələn, kompüterinizdəki bir faylın qısa zaman ərzində telefonunuzda olmasını bəzilərimiz çox və olduqca çox ehtiyac duyuruq.

Bu sinxronizasiyanı isə Dropbox ilə etmək həm çox asan, həm də pulsuzdur (səhv etmirəmsə, başlanğıc üçün 2.5 QB yer). Hər şeydən əvvəl etməyiniz lazım olan şey Dropboxun saytına girib, bir hesab yaradırıq. Daha sonra isə saytdan proqramı endiririk (~ 14 MB). Proqram yüklənərkən Sizə müəyyən bir fayl yeri soruşur. Quraşdırılma bidtiktən sonra o qovluqdakı (folder) bütün fayllar avtomatik olaraq internetlə sinxronizasiya edilir. Daha sonra bu fayllarınızı internetdən Dropbox saytına girərək də görə bilərsiniz.

Saytdan iPhone, Blackberry, Android üçün olan tətbiqləri telefonunuza yükləyərək fayllarınıza mobil olaraq da əlçatan edə bilməyiniz mümkündür.

Pulsuz olaraq 2.5 QBlıq Dropbox yerinizi istəsəniz pullu olaraq artıra bilərsiniz. Yeri artırmağın başqa bir yolu isə, dostlarınıza Dropboxu məsləhət görməkdir. Hər gətirilən istifadəçi üçün 250 MB(artıq 500 MB – redaktor) yer qazanırsınız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:51, 01/06/2012 ) #16163

Dropbox(pulsuz 2 GB, amma 20 GB-adək pulsuz artırmaq olur), Google Drive(5GB pulsuz). Microsoft Skydrive(25 GB pulsuz), Box.net(5 Gb pulsuz) və.s. xidmətlər eyni sektordakı xidmətlərdir və loru desək online flaşka rolunu oynayır. Sadəcə sinxronlaşdırma hesabına əvəzsiz üstünlüklər qazandırır sizə. Məsələn telefona, kompüterə Dropbox yazırsınız, telefonda çəkdiyiniz hər bir şəkil kompüteri açdığınızda orda hazır vəziyyətdə durmuş olur. Və ya işdəki kompüterdə hər hansı faylın üzərində işləyirsiniz, yarımçıq qalır iş vaxtı bitir, save edirsiniz, gəlib evdəki kompüterdə Dropbox papkasından həmin faylı açıb harda qalmışdınız işə ordan davam edirsiniz. Bu xidmət növü deyərdim ki son illərin ən lazımlı yeniliyidir istifadəçilər üçün. Bu sahədə rəqabət güclüdür, amma Dropbox hələ də ən yaxşı, ən rahat hesab edilir, baxmayaraq ki o rəqiblər arasında Google və Microsoft kimi qiqantlar var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:19, 01/06/2012 ) #16190

    Salam məndə Skydrive sadəcə 7 gb pulsuzdu amma.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:12, 01/06/2012 ) #16192

    Salam Raul. İşlətdikcə artır o səhv etmirəmsə. Amma 25 GB-dir pulsuz veriləcək miqdar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:21, 02/06/2012 ) #16206

mende de 7gb dir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (21 dəqiqə əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (28 dəqiqə əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (33 dəqiqə əvvəl)

rdrobert cavab verdi - Kondisioner mis borusu qiyməti (4 saat əvvəl)

rdrobert cavab verdi - 0-dan alman dili öyrənmək (4 saat əvvəl)

E. Hacı cavab verdi - Trendyoldan 6 ədədd corab sifariş etsəm vergi ödəməliyəm? (2 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (2 gün əvvəl)

Jorpy cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (7 gün əvvəl)

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (7 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (7 gün əvvəl)

Jorpy cavab verdi - Poçta əlavə pul (8 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (9 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (9 gün əvvəl)

E. Hacı cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (9 gün əvvəl)

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (11 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23248 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024