Hər kəsə salam! Mən hardasa 200-250 $ aralığında yaxşı bir planşet almaq istəyirəm. amma dedim ki, əvvəlcə sizlərlə məsləhətləşim. Belə bəzilərini tanıyıram. Məsələn blackberry playbook, amazon kindle fire, motorola xoom və s. İstəyirəm ki, planşetdə əsas proqram və oyun bazası yaxşı olsun. Sizin fikrinizcə hansı planşetlər yaxşı olar? Bəs əlavə hansı planşetləri məsləhət görürsünüz?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
1
Salam. Zəhmət olmasa bu suala baxın. Əgər qane etməsə digər cavabları gözləyin
0
O suala baxmışam, bu sualı verməmişdən əvvəl. Amma qane eləmədi
0
O sualda nə qane etmədi ki sizi? Axı hər şey danışılıb orda.
200-250$ arası ancaq bir planşet almaq olar, o da Amazon Kindle Fire. Yəni burda seçim imkanı yoxdur.
0
Bəs blackberry playbook, motorola xoom? bunlar neçiyədiki?
0
Xoom-un Bakı qiymətin soruşursunuzsa 600$, yəni 500azn. Playbook da ona yaxın olar
0
hmm. amma ebayda çox ucuzdur playbook. Hardasa 300 dollara 64gb-lıq playbook almaq olar. Prostu ebaydanda almağa qorxuram. Bir az nəsə mənə etibarlı gəlmir. Bəs yaxşı qonşu ölkələrdə necə, məsələn Rusiya, Türkiyə, xüsusəndə Gürcüstan. Buralarda playbookun qiymətini bilənlər var?
Sual verin
Cavab verin