mənə elektrik cihazlarda olan (DVD, TV, video player,motherboard)çiplərin, diodlerın, kondensatorların xassələrini göstərən öyrədici bir mənbə lazımdır. azərbaycan türk dillərində olsa lap əla yoxsa ingilis, rus, ola bilər.
mənə elektrik cihazlarda olan (DVD, TV, video player,motherboard)çiplərin, diodlerın, kondensatorların xassələrini göstərən öyrədici bir mənbə lazımdır. azərbaycan türk dillərində olsa lap əla yoxsa ingilis, rus, ola bilər.
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
3
Sən sıfırdan nəyisə öyrənmək istəyirsən, yoxsa konkret nəyisə? google-da istədiyin detal haqqında məlumat ala bilərsən. Nə etmək istədiyini bir az aydın yazsan, bəlkə kömək edərəm.
0
kondensatorları, ya dəyişkən cərəyanın sabit cərəyana çevirməyi bilirəm amma kortəbii olur. məsələn 12V luq dövrəyə neçə micro farad kondensator qoşulmalıdı və yaxud məndə 14V luq qida bloku var dövrəyə nə qoşsam onu 12V endirə bilərəm yaxud amperi saxlayıb voltu çoxaltmaq yada ənksinə. belə bir proqram və pdf fayl tapabilsəm çox rahat olar mənə. sizədə maraqlandığınız üçün təşəkkür edirəm
2
Hmm. Belə başa düşdüm ki, bu sahədə baza anlayışınız azdır. Dövrədəki kondensatorun tutumu (microfarad) onun dövrədəki funksiyasından asılıdır, baxır o orda nə iş görür. Yetər ki, detalın üzərindəki V-u, dövrənin V-u ilə bərabər və ya, daha yaxşısı, ondan çox olsun. 14V-u stabilitron vasitəsilə 12V-a endirib stabil saxlamaq olar. Amma baxır bu 12V-dan nə üçün istifadə olunacaq. Stabilitron əsasən aşağı amperli gərginliklər üçündür. Ya da gərək qida blokunun transformatorunun çıxış kaskadındakı məftilin sarğısını 2 dövrə azaldasan. (Transformatorun hər 1 dövrə sarğısı 1 V-a bərabərdir.) Belə şeyləri praktikada tətbiq etməkçün gərək nəzəri anlayış da olsun. Hələlik aşağıdakı linklərdən istifadə eləyin:
http://ru.wikipedia.org/wiki/Электроника_(наука) (Aşağıda .djvu linklər var.)
http://easyelectronics.ru/
Həmçinin, mən sizə 2002-ci ildə Radiotexnika kurslarında tələbəsi olduğum Əliyev Arif müəllimin kitabını məsləhət görərdim. Öz dilimizdə, sadə və yığcam kitabdır. Amma bilmirəm satışda qalıb, ya yox 🙁 Yaxın illərədək kitab piştaxtalarında tez-tez görürdüm. Kurslar Fəvvarələr bağının yuxarısında, Nəşriyyat evinin binasında idi, kitab da elə o həndəvərdəki yerlərdə satılırdı. Yaşıl üzlü, nazik kitabdır, adı “Radiotexnika və radiotelecihazların təmiri”dir. Çox köməyi dəyər. Çoxdandır əlaqəm yoxdur, deyə bilmərəm yenə həmin kurslar var, ya yox, amma birdən maraqlansaz, müəllimin telefon nömrəsini verə bilərəm. Kitabı istəsəz də, zəng vurub özündən soruşa bilərsiz.
0
Salam,Bayramov.Xahiş edirəm “Radiotexnika və radiotelecihazların təmiri” adlı kitabın müəllifi olan Arif Əliyevin əlaqə nömrəsini mənə bura yazasınız.Öncədən təşəkkür edirəm!
0
məlumata görə çox sağ olun. əziyyət çəkmisiniz. kitabı tapsam mütləq alacam
0
məndə proqram var Proteus Professional V7.6 SP4 eladi istesen torente var yoxlayın
-1
Dəyməz. Mən o vaxtı kursları əla qiymətlərlə bitirsəm də, bir müddət işləyəndən sonra, o sahədən uzaqlaşdım, nəsə hövsələm çatmadı. Sonra da, yenidən 1998-ci ildə öyrənib işləməyə başladığım və bir neçə il ara verdiyim kompüter sahəsinə qayıtdım. Proqrama gəldikdə isə, təşəkkür, amma mənə lazım olmur, mən bu sahədə indi həvəskar sayılıram sadəcə 🙂 Ancaq özümə lazım olan işləri görürəm. Uğurlar!
çiplərin, diodlerın, kondensatorların xassələrini göstərən öyrədici bir mənbə lazımdır. azərbaycan türk dillərində olsa lap əla yoxsa ingilis, rus, ola bilər.
0
Salam,Bayramov.Xahiş edirəm “Radiotexnika və radiotelecihazların təmiri” adlı kitabın müəllifi olan Arif Əliyevin əlaqə nömrəsini mənə bura yazasınız.Öncədən təşəkkür edirəm!
0
elektroavtomatika.blogspot.com—–burda ne istesen var
Sual verin
Cavab verin