Mənim problemin bundan ibarətdir ki, hazırladığım sayt chrome,mozilla,opera kimi brovvserlərdə sayt normal açılır, ama İE(köhnə versiya) saytda bir çox dəyişikliklər olur. Bu nədən ibarətdi? Məhs İEnin köhnə versiyası niyə saytı pis vəziyyətdə göstərir? Class-lardan olur bu? və ya CSS?
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
0
Əslində bəzi saytların temp’lərinin dəyişdirilməsi bəzi köhnə Browser’lərdə açılmır və ya açılsa da çox pis vəziyyətdə göstərilir. Əslində Sənin problemin saytda deyil, İE-nin problemindədir. Yəni İE-nin səhvi Oledb32.dll-dədir. Sən əgər yeni versiyanı yazsan bu problem aradan qalxar.
1
Səbəb əsasən CSS-dir, İE6 style parametrlərini tərs məzhəb anlayır(margin,padding və.s.)
Konkret səbəblər barədə isə bir azdan cavab yazılacaq.
P.S. Internet explorer 6 web dizaynerlərin, developerlərin əsas başağrısı olaraq qalır. Amma əvvəlki dövrlə müqayisədə IE6 istifadəsi xeyli azalıb. Məhz buna görə də artıq dizaynerlər əvvəllər İE6 dəstəyi üçün məcburən əlavə ie6.css faylı yaradıb orada xeyli əziyyət çəkməli olurdularsa(alternativ yollar), indi xeyli saydası ümumiyyətlə İE6 dəstəyindən imtina edib. Nəhəng şirkətlərdən də bunu edənlər var. Məsələn Google. Bütün Google məhsulları köhnə İE dəstəyini dayandırıb. Yəni Google-un hər hansı saytı İE6-da normal görünmürsə və ya javascript xətası verirsə, bu Google-u artıq maraqlandırmır, çünki dəstəkdən imtina edib.
İnternet Explorer 6 (ie6) ümumiyyətlə bir çox css kodları digər browserlər kimi qəbul eləmir. Bir çox səhvlər var, konkret olaraq sizdə yaranan problemlərin nədən ibarət olduğunu bilmədiyimə görə problemin ümumi həllini yazacam.
Ümumiyyətlə adətən koderlər ie6 ilə olan problemi həll etmək üçün ie üçün ayrı normal browserlər üçün isə ayrı kod yazırlar. Bunun üçün müxtəlif metodlar var. Çox vaxt ie-nin bütün versiyalarında hansısa çatışmamazlıq olduğuna görə bəzən elə olur ki, hər versiya üçün xüsusi həllər tapasan.
Ən optimal variantlardan biri: Xüsusi olaraq ie6 üçün css ayırırsız və explorer class`lar üçün lazım olan css parametrləri həmin css-dən götürür. (Adətən ierarxiyaya əsasən ie6.css normal brauserlər üçün olan koddan sonra yazılmalıdır.)
<!–[if lte IE 6]>
<link rel=”stylesheet” type=”text/css” href=”ie6.css” />
<![endif]–>
mən dizaynerem. mən digər komputerdə köhnə ie6 işlədirəm. Məndə heç bir problem yaranmıyıb. əyər css olsa idi onda niyə məndə də problem yaranmıyıb? məndə belə bir problem yaranmışdı. hərfləri başa düşmək olmurdu. amma problemin həllini tapa bildim. bu cssda deyl, problem classdadı. saytların yenilənməsidə əsasən problem yaradır ie6da
1
Siz deyən hərf problemi charset problemidir, utf-8 edirsən düzəlir. Verilən sualda isə css obyekt parametrlərinin ie6 tərəfindən səhv anlaşılmasının həlli istənilir. Bunun üçün də internetdən ie6.css-lər tapmaq olar hazır fix-lər.
0
IE ümumiyyətlə başağrıdı. Amma neyləmək olar, nə qədər ki, microsoft onu defaul browser-dən çıxartmayacaq, Biz də məcburuq.
0
Aşağıdakı ünvanda bunun haqqında yazı var.
http://numuyev.info/programs/internet-explorer-css3.html
Sual verin
Cavab verin