Salam. Mən Ubuntu istifadə edirəm.
HDD -də badsector-lar var, onları terminalda hansı komandalar ardıcıllığı ilə təmizləyə, iqnor edə və ya silə bilərəm?
HDD -ni tam format da etmişəm, yenidən ext4 fayl sistemi ilə 2 hissəyə bölmüşəm.
(Söhbət köhnə sualımdakı zədəli 1tb-lıq hdd-dən gedir 🙂 )
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
2
MHDD proqramını yoxla.
Əgər daha çoxunu bir yerdə istəyirsənsə Hiren’s BootCD yüklə, daxilində MHDD, Victoria, HDD Low Level Format Tool kimi işinə yarayacaq proqramlar var.
1
Namiq , keçən dəfəki elektroşokdan sonra dvd – cd romlar da sıradan çıxıb. Mümkünsə problemin həllini elə terminalda həll etməyə kömək edərdin. MHDD varımdı, dvd-cdrom işləsəydi düzəldərdim onunla.
Heç olmasa MHDD-ni bootable usb-flash-ə çevirmək olar?
3
olar. flashı bootable etmək qaydasını bloqumda yazmışam. Bootable etdikdən sonra içərisinə atdığın faylları işə sala bilirsən. Bu göstərdiyim üsulu özüm yoxlamışam (ana kartın yamasını (firmware) dəyişdirmək üçün) və 100% işə yarayır.
1
Çox sağol, MHDD – sınanmış, əla vasitədir, onu usb-də bootable işlədə bilsəm lap əla olacaq.
2
Mən həmişə bad sektorları təmizləmək üçün usb -dən live sistemi yükləyib terminaldan (su əmrindən sonra)
fsck bölmənin_adı əmrini daxil edirəm. Bütün mövcud bölmə adlarını örgəmnək üçün dfəmrini daxil etməlisən. Adətən brinci bölmə /dev/sda1 və ya /dev/hda1 olur. Bəzən həmin bölmə mount olubsa onun unmount olmasını istəyir. Amma bir balaca ehtiyatlı olmaq lazımdır. Çünki bad sektorları siləndə (və ya düzəldəndə) fayllar silinə bilər. Bir dəfə məndə home qovluq təmamilə silinmişdi. Nəticə ümumiyyətlə sistemi yükləyə bilmədim və başqa Linux paylanmasın yükləməli oldum.
0
Ahmed, mənimçün fərqi yoxdur. HDD boşdu, təki badsectorları ignore edib işlədə bilim – bir müddət. təşəkkürlər məlumata görə.
0
bad sectorlar duzelmir. bu fiziki zededir hdd uzerinde. onun uzerini baglayib istifade etmek olar ama bir nov formal bir weydi )).. tezesini al))
Sual verin
Cavab verin