1. İnternetdən elektronik məhsullar məsəlçün telefon, noutbuk, televizor və s. sifariş verdikdə malı rahat əldə etmək mümkündürmü ?
2. Kargo rüsumundan əlavə gömrük rüsumu nə vaxt və nəyə əsasən ödənilir ?
3. Kargonun pulunu kargoya birbaşa mən ödəyirəm yoxsa məhsulun pulu ilə birlikdə göndərirəm satıcıya o ödəyir ?
(Ebay və Amazon kimi saytdan yox, internetdə adi satıcıdan mal almaq nəzərdə tutulur)
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
2
1. Bu bəndin cavabı bu cavabda var: http://cavablar.net/2010/06/16/ebay-il%C9%99-noutbuk-sifaris-etm%C9%99k/
2. Dəyər 200 azn-dən çox olduqda adi göndərişlə göndərdikdə mal gömrükdə qala bilər və sizi ora dəvət edə bilərlər, amma Fedex və ya DHL ilə gətirdikdə heç bir rüsum filan olmayıb mən eşitməmişəm, mal birbaşa evə gəlib çatır. Fikrimcə bunun səbəbi Gömrük məcəlləsinin aşağıdakı maddəsidir:
Maddə 118. Gömrük ödənişlərinin ödənilmə qaydası
Gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına ödənilir.
Burdan belə çıxır ki sizin DHL-ə verdiyiniz pulun içində gömrük rüsumu da olur, DHL onu gömrüyə özü keçirir. Ona görə də bu tip xidmətlərlə sığortalanmış malı aldıqda onun sağ salamat maneəsiz ünvana çatdırılmasına əmin olmaq olar. adi poçt xidmətləri isə risklidir.(zədə,itbat və.s.)
3. Kargonun pulunu malın dəyəri ilə birgə ödəyirsiniz, qalan bütün qayğılar satıcının boynuna düşür. Çünki siz ona pulu ödəməlisiniz ki o da gedib nəqd şəkildə məsələn DHL-ə pulu ödəyib malı təhvil versin göndərsin.
1
Təşəkkür edirəm ətraflı cavaba görə
salamş sizden bir sualima cavab vermeyinizi xahis ederdimş mene UK-dan telefon gondereceklerş islenmis telefonduş meblegi 150 dollardi ama orginali 200 dollardan bahadirş bele olan halda poctla o telefon gonderilse ona bu telefonun ne qeder mebleqde oldugunu kim qiymetlendirir ve eger 200 dollardan cox olsa ne qeder dovlet rusumu odenilir
Sual verin
Cavab verin