Oracle barədə

Oracle’ın neçə dərəcəsi var? Kursdan sertifikat aldıqdan sonra dərəcə almaq üçün imtahana harada girmək olar?Azərbaycanda bu dərəcəni neçə nəfər alib? Cavablandırmağınızı xahiş edirəm.


Yadda saxlama
Kateqoriya: Proqramlaşdırma . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(16:44, 12/12/2010 ) #1087

Oracle verilənlər bazası üzrə 2 əsas istiqamət var:
1.Administrator – DBA
2.Proqramçı

Administratorlar üçün 3 səviyyədə sertifikat var:
1.Oracle Certified Associate DBA – başlanğıc səviyyə (OCA)
2.Oracle Certified Professional DBA – professional səviyyə (OCP)
3.Oracle Certified Master DBA – ekspert səviyyə (OCM)

OCM DBA sertifikatına sahib dünyada az sayda professional var. Azərbaycanda isə 2 nəfərdə var, biri Oracle Azərbaycanda, digəri isə Azərcelldə işləyir.

OCA və OCP DBA sertifikatı olan DBA-lər isə daha çoxdur.

Oracle 10g/11g üzrə OCA DBA sertifikatı almaq üçün 2 imtahan vermək lazımdır:
1.SQL üzrə (1Z0-007, 1Z0-047, 1Z0-051 imtahanlarından biri)
2.DBA üzrə (Oracle 10g üçün 1Z0-042, Oracle 11g üçün 1Z0-052)

Oracle 10g/11g üzrə OCP DBA sertifikatı almaq üçün kursa getmək və 1 imtahan vermək lazımdır:
1.Oracle tövsiyə etdiyi kurslardan biri
2.DBA üzrə (Oracle 10g üçün 1Z0-043, Oracle 11g üçün 1Z0-053)

OCM DBA sertifikatı almaq isə test üsulu ilə deyil. Advanced Oracle kurslarına getmək lazımdır və bir xeyli iş təcrübəsi olmalıdır. OCM DBA imtahanı xaricdə ekspertlər tərəfindən götürülür, test ilə olmur. Hər iştirakçı üçün bir server verilir və orda problem olur, onları həll etmək lazımdır. İştirakçıların həll edə bildiyi məsələlərə görə də ekspertlər tərəfindən qiymətləndirilir. İmtahan çox çətindir.

Proqramçılar üçün isə 2 səviyyədə sertifikat var:
1.Oracle Certified Associate DBA – başlanğıc səviyyə (OCA)
2.Oracle Certified Professional DBA – professional səviyyə (OCP)

Oracle 9i/10g/11g üzrə OCA Developer sertifikatı almaq üçün 2 imtahan vermək lazımdır:
1.SQL üzrə (1Z0-007, 1Z0-047, 1Z0-051 imtahanlarından biri)
2.Developer üzrə (Oracle 9i/10g üçün 1Z0-147, Oracle 11g üçün 1Z0-144 imtahanı)

Oracle 11g üzrə OCP Developer sertifikatı almaq üçün 1 imtahan vermək lazımdır, kursa getmək məcburiyyəti yoxdur:
1.Developer üzrə 1Z0-144 imtahanı

Azərbaycanda Oracle imtahanlarına 4 test mərkəzində girə bilərsiniz:
1.Softline Azərbaycan http://www.softline.az
2.Caspel http://www.caspel.az
3.Dillər universiteti
4.AİC group http://www.educat.az

Rəsmi Oracle test mərkəzlərinin siyahısını və əlaqə vasitələrini bu saytdan əldə edə bilərsiniz: http://www.pearsonvue.com/oracle/

Oracle imtahanına Softline şirkətində girməyi tövsiyə etmirəm, çünki sistemlərində problem var. Yayda orda imtahana girdiyim vaxt problemlərlə qarşılaşdım(növbəti sual yüklənmir, taymer yox çıxır, əlaqə kəsilir və s.), eşitdiyimə görə hələ də problemləri var. Dillər universitetində və ya Caspeldə imtahana girənlərdən problem olmadığını eşitmişəm.

Beynəlxalq sertifikatlarla bağlı daha ətraflı məlumat üçün bu linkə baxın:
http://raminorucov.wordpress.com/2010/03/14/seminar-materiallari/

Ümid edirəm ki, sualınıza ətraflı cavab vermiş oldum 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:13, 12/12/2010 ) #1088

Oracle sertifikatları və imtahanları ilə bağlı daha ətraflı məlumatı bu saytdan əldə edə bilərsiniz:
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=143

İlk açılan səhifədə ölkə olaraq United States seçin, məlumatlar ingilis dilində olacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:23, 12/12/2010 ) #1089

http://oracleazerbaycan.wordpress.com/
http://www.facebook.com/home.php?sk=group_114631615265582

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:29, 12/12/2010 ) #1090

1Z0-007 və 1Z0-051 imtahanlarını test mərkəzinə getmədən internet üzərindən vermək olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:58, 14/12/2010 ) #1099

cavablar ucun tesekkurler.axtardigim cavablar idi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:19, 28/12/2010 ) #1202

Buyurun, xoşdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:00, 21/02/2011 ) #1602

Yuxarıda kiçik bir düzəliş olmalıdır. Developer əvəzinə səhvən DBA yazmışam.
Aşağıdakı kimi olmalıdır:
Proqramçılar üçün isə 2 səviyyədə sertifikat var:
1.Oracle Certified Associate Developer – başlanğıc səviyyə (OCA)
2.Oracle Certified Professional Developer – professional səviyyə (OCP)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:10, 21/02/2011 ) #1603

DBA və Developer üzrə OCA, OCP, OCM sertifikatlarından başqa bir də Expert sertifikatları var. Bu sertifikatların hər biri fərqli istiqamət üzrədir, ekspert səviyyəsində bilik və təcrübə tələb edir.

Proqramçılar üçün Expert sertifikatları:

1.Oracle Database: SQL Certified Expert
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=189

2.Oracle Application Expresss Developer Certified Expert
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=376

DBA-lər üçün Expert sertifikatları:

1.Oracle Database 11g Performance Tuning Certified Expert
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=287

2.Oracle Database 10g: Managing Oracle on Linux Certified Expert
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=185

3.Oracle Database 10g: RAC Administrator Certified Expert
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=186

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (17 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024