Kompyüterimdə hansısa proqramı yüklədikdən sonra Firefox üçün default search webalta.ru saytı olub. Mən isə istəyirəm ki default kimi Google-dan istifadə edim. Məsələn yeni bir tab açıb twitter sözünü yazıram (domensiz) və webalta.ru saytında yönlənərək bu sözü axtarmağa başlayır. Əvvəl Google sözə uyğun sayt tapırdısa birdəfəlik o saytı açırdı, əgər sözə uyğun sayt tapmırdısa, Google-da axtarış edirdi. Manage Search Engines-də restore defaults düyməsi də aktiv deyil. Mən necə default search engine edə bilərəm Google-u?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
8
1. Firefox-da url yerində about:config yazın.
2. browser.search.defaultenginename sətrini tapıb oradakı Webaltaya aid qiyməti silib yerinə sadəcə Google yazın.
Bundan sonra məsələ həll olmalıdır.
0
Təşəkkür, həll olundu 🙂
Sual verin
Cavab verin