Videoya baxanda arabir dayanır ilişir

salam mən  youtubedə yada başqa saytlarda hər hansı videoya baxanda arabir dayanır ilişir biraz qabaqa verirəm düzlir. Bu nədən ola bilər? internet sürətində problem yoxdu surət 4352. 


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(15:12, 06/01/2013 ) #25309

Nəzərə alın ki, onlayn video-nun sürəti sizin internetin sürətindən başqa digər xarici və daxili amillərdən də asılıdır:
1)Daxili amillər- Sənin kompyuterində düzgün video drayverin olmaması və video drayverin zəifliyi, kompyuterin həddindən çox aktiv proseslərlə yüklənməsi.
2)Xarici amillər – Əgər yuxarıda sadalananlar sizdə normaldırsa o zaman onlayn video-nun sürəti ən çox video-nun yerləşdiyi serverdən və həmin serverin sənin yerləşdiyin bölgə üçün ayırdığı sürətdən aslılıdır. Bundan başqa eyni vaxtda həmin video-ya çox adam baxsa uyğun olaraq müvafiq server daha çox yüklənəcək və bu da öz növbəsində sürətə təsir edəcək. Söhbət konkret Youtube-dan gedirsə o zaman aydın məsələdir onların serveri güclüdür amma baxan sayı da çoxdur. Belə sürət problemləri təkcə onlayn video zamanı deyil hər hansı saytdan hər hansı məlumatı da yükləyəndə də ola bilər. Məsələn sizə adi bir misal deyim. www.boxca.az saytından 2-3 mb civarında müsiqini köçürmək yüksək sürətli internetlə belə dəqiqələr çəkir. Səbəbi saytın məşhur olması amma güclü serverlərinin olmamasındandır fikrimcə.
Ən son xarici amil kimi sizin provayderinizi göstərmək olar. Onlar müxtəlif qurmalarla dowload speed-ə müəyyən limit qoya bilərlər, amma bunu sizə soruşsanız da deməzlər. Çünki artıq bir muddət sonra abonent sayı çoxalanda onlar avadanlıqlarını gücləndirmək və ya artırmaq əvəzinə istifadəçilərin sürətləri ilə “məzələnirlər” 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:04, 06/01/2013 ) #25315

bunlardan başım çıxmır sadəcə axrıncı dəfə komputeri format edəndən sonra, “DriverPackSolution” driver paketini yazmışam birdə flaşh pleyri yazmışam amma iki üç gündür elə etməyə başlıyıb.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:41, 07/01/2013 ) #25421

Əvvəl olmayıb indi olursa onda başqa kompyuteri internet şəbəkənizə qoşub yoxlayın. O gecikməsiz işləyib sizin komp gecikmə ilə işləyirsə deməli problem kompyuterlikdir. O zaman bir mütəxəssisə göstərə bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23248 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024