Daha bir neçə yenilik

Dünəndən etibarən daha bir neçə yenilik etməklə istifadəçilərin işini daha da asanlaşdırdıq. 1. Artıq təkcə redaktor istifadəçilər yox, həm də reytinqi yüksək olan ekspert istifadəçilərimiz də sualları moderasiya edə, onları həll olunmuş kimi nişanlaya bilərlər. Bu moderasiyanın daha çevik olması üçündür. 2. Top sual - bu funksiya sayəsində istənilən sual verən öz sualını əsas səhifədə ən üst hissəyə daşıya bilər. Məqsəd də odur ki, bəzən sual verənin sualı tam qaneedici cavab almamış çoxlu yeni suallar verilir və bu sual bir növ arxivdə itbat olur. Amma indi istənilən sualı saytda ən gözəgəlimli yerə daşımaq imkanı var. 3. Email bildirişlər yenidən, daha geniş formada aktiv edildi, indi hər sual verən cavab olduqda, cavab verənin cavabına rəy olduqda və.s. hallarda bildiriş alacaq. Yaxın zamanda həmçinin veb interfeysdə də bildiriş imkanı olacaq.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)