Smartfonunuzda olan faylları itirməmək üçün, telefonu dəyişdikdə/itirdikdə, telefon xarab/format olduqda və.s. kimi hallarda bütün fayllarınızın itməməsi üçün bulud yaddaşdan istifadə etmək məsləhətlidir. Bunlardan ən populyar və rahatı Dropbox-dur. Xidmət pulsuzdur.
Dropbox-u 2 addımda istifadəyə hazır edə bilərsiniz.
- Dropbox-dan buraya klik edərək qeydiyyatdan keçdikdə əlavə 500 MB da qazana bilərsiniz.
- Daha sonra isə Android üçün Play Store-dan (linki burada), iPhone üçün isə App Store-dan (linki burada) Dropbox app-ını endirərək qeydiyyat login parolunu daxil edib istifadəyə başlaya bilərsiniz.
Bu halda şəkilləriniz, videolarınız avtomatik olaraq buludda saxlanılmış olacaq.