Saytda bəzi funksional yeniliklər haqda

Bir neçə gün əvvəl ekspert istifadəçilərimizə saytın inkişaf planı ilə əlaqədar sorğu göndərmişdik. Cavablar gəlməkdə davam edir, ilk gələn cavablardakı təklifləri artıq nəzərə almağa başlamışıq. Belə ki, bu gün saytda iki yeni funksiya peyda oldu: 1. Avtomatik embed youtube - Bunun sayəsində cavablar hissəsinə youtube video yerləşdirmək istədikdə hər hansı uzun kod yox, sadəcə youtube linki yazmaq kifayət edir. 2. Cavabı redaktə imkanı - Çoxdan gözlənilən funksiya da artıq aktivdir. Belə ki siz cavabı yazdıqdan 10 dəqiqə keçən müddət ərzində cavabınızda düzəlişlər edə bilərsiniz. 3. Həmçinin tez-tez verilən sualları ətraflı cavabını dərc etmək, əlyetən yerdə saxlamaq üçün, həmçinin yeniliklər barədə sizə məlumat vermək üçün hazırda oxuduğunuz bloq bölməsini də açdıq. Yaxın günlərdə digər maraqlı yenilikləri də hazır edib bu haqda bölməmizdə məlumat verəcəyik. Sizin də saytı daha faydalı edəcək təklifləriniz varsa, əlaqə bölməsindən bizə yaza bilərsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)