Qaydalar

1. Bütün suallar milli hərflərlə yazılmalıdır. (wekil,isteyirem,almisham və.s. əvəzinə şəkil, istəyirəm, almışam və.s.) Əks halda suallar dərhal sistemdən silinəcək. Əgər sual smartfondan yazılırsa, o halda ş-s, ə-e, ü-u, ö-o, ç-c əvəzetməsi olar. Amma heç bir halda ş-w, ç-4 kimi əvəzetmələr olmaz.

2. Suallar və cavablar yalnız İKT(İnformasiya və Kommunikasiya Texnologiyaları) və yaxın sferaya aid olmalıdır (Kompüter, internet, proqramlaşdırma, tətbiqi proqramlar, elektron ticarət, rabitə, şəbəkələr və.s.)
Diqqət: 20.06.2014 tarixindən etibarən bu sahəyə aid olmayan bəzi suallar da aktual olduğu təqdirdə dərc edilir.

3. Suallar və cavablar müəllif hüquqlarını, Azərbaycan Respublikası qanunlarını, başqa bir şəxsin(hüquqi və ya fiziki) huquqlarını pozan və ya pozmağa cəhd edən informasiya daşımamalıdır(Qanunsuz crack fayl, keygen kod istəmək və ya dərc etmək, pirat proqram axtarmaq və ya paylaşmaq, hər hansı şəxsin hansısa saytdakı profilini, parolunu ələ keçirmək yollarını soruşmaq və ya öyrətmək, qumar-mərc saytlarına dair suallar vermək və.s. )

4. Saytda sual və cavab bölmələrində birbaşa reklama icazə verilmir. Amma əgər verilən sualda hansısa mövzu üzrə sayt və ya mənbə axtarılırsa və cavab kimi hər hansı saytın adı deyilirsə, bu reklam hesab edilmir və qəbuldur.
Sadəcə sual və ya cavabda yazmaq ki, bizim sayt yaxşıdır, bura daxil olun, əlbəttə birbaşa reklam sayılır və elə cavablar aşkar ediləndə silinir.

5. Başlıqlarda bir neçə sual nida işarəsi, kömək edin, problem, təcili kimi sözlərdən əsla istifadə etmək olmaz. Cavab bölməsi yalnız cavab, şərh, müzakirə üçündür.
Çünki
-nida və sual işarələrini ard-arda düzmək lazımsızdır,
-problem olması aydındır, əks halda sual verilməzdi, ona görə də yazmağa gərək yoxdur.
-hər kəsin sualı təcilidir, belə sözü başlığa əlavə etmək olmaz.
-kömək ediləcək təbii ki, kömək edin yazmaq da gərəksizdir.

6. Başqa bir istifadəçinin verdiyi sualın cavab bölməsinə digər bir sual yerləşdirmək olmaz (mövzu ilə əlaqəli olsa belə)

Sual və cavablarda yazılanlara görə Cavablar.net rəhbərliyi məsuliyyət daşımır.

Yuxarıda yazılan qaydaların pozulması halları müşahidə olunduqda Cavablar.net rəhbərliyi sual və ya cavabları sistemdən silmək, onlara lazımı düzəlişlər etmək, habelə sual və ya cavab müəllifinin qeydiyyatını ləğv etmək hüququnu özündə saxlayır.

Saytda verilmiş sual və ya cavablar saytın məzmununa əlavə edilərək müddətsiz olaraq saxlanılır. İstifadəçi özü sual və ya cavabını birbaşa silmək imkanına malik deyil. Əgər xüsusi səbəbdən(xəta, məxfi məlumatının səhvən yazılması və.s.) sual və ya cavabı saytdan silmək lazımdırsa, o halda əlaqə bölməsindən sayt rəhbərliyinə bu barədə yazmaq(sual və ya cavabın ünvanını göstərmək zəruridir) lazımdır, sorğudan az sonra sayt rəhbərliyi bu məsələyə baxacaq.

Saytdan istifadədə hər hansı texniki çətinliklə üzləşsəniz, FAQ bölməsinə baş çəkə bilərsiniz

Cavablar.net saytında verilən sual-cavabların sayı günü gündən daha da sürətlə artmaqdadır. Bu əlbəttə ki çox sevindirici haldır. Sualların sayı artdıqca saytın könüllü redaktorlarının da işləri artır. Əsasən işləri çətinləşdirən və sualların saytda gec görünməsinə, qaneedici cavabın daha gec olmasına səbəb olan suallar yarımçıq və ya qeyri korrekt suallardır. Ona görə də bu mətn blokunu yaratmaqla istifadəçilərə yardımçı olmaq qərarına gəldik.
Saytda sual yerləşdirirəm, necə edim ki, sualıma daha tez və qaneedici cavab verilsin?
Cavab: Saytda sualı yerləşdirərkən sualı özünüzün yox, başqasının oxuyacağını mütləq nəzərə alın. Məsələn ekranda Gmail.com saytını açmış istifadəçi emailini silmək istəyir, necə siləcəyini bilmir. Daxil olur Cavablar.net-ə və yazır: Mən emailimi necə silim? Burada o özü başa düşür ki, söhbət nədən gedir, amma sualı cavablandırmaq istəyənlər biləcəklərmi ki, söhbət hansı email servisdən gedir? Əlbəttə ki yox, ona görə də sualın cavabı xeyli gecikəcək, çünki cavab verən cavab vermək əvəzinə soruşacaq ki, siz hansı saytdakı emaili nəzərdə tutursunuz?
Bu bəlkə də bu sətirləri oxuyan istifadəçilərdən çoxuna elementar görünə bilər, amma biz statistikaya əsasən bunu yazmaq məcburiyyətindəyik, çünki qeyri korrekt və yarımçıq sualların sayı hədsiz dərəcədə çoxdur.
Dediklərimizi ümumiləşdirək və əlavələr edək:
1. Sualın başlığını bir-iki kəlmə ilə yox, 5-6 sözlük cümlə ilə təsvir edin. (Məsələn “Email problemi” əvəzinə “Mən Gmail-dəki emailimi necə silə bilərəm?” yazmaq olar.)
2. Sualın mətn hissəsində sualınızı xırdalayıb ətraflı təsvir etməlisiniz. Bu hissədə məhz cavab verəcək istifadəçiləri nəzərə alaraq probleminizlə onları mümkün qədər aydın tanış etməlisiniz.
3. Açar sözlər bölməsi vacib olmasa da, yaxşı olar ki, o bölmədə də 3-4 açar söz daxil edəsiniz. Bu da sualın daha tez və effektiv cavablandırılmasına az da olsa təkan verəcək.

Verilən cavablar hər bir istifadəçinin müvafiq sahə üzrə bilik və təcrübəsini əks etdirir. Verilən cavablara uyğun olaraq istifadəçilər sayt rəhbərliyi tərəfindən ekspert balları ilə qiymətləndirilirlər.
Bəs keyfiyyətli cavab necə olur? Keyfiyyətli cavab ilk növbədə verilən suala korrekt şəkildə verilmiş cavabdır. Korrekt dedikdə sualda qoyulan problemin birbaşa həllinə yönəlmiş, sualı tam əhatə edə bilən, həll yolunu aydın göstərən, mümkün qədər sadə dillə izah olunmuş cavab nəzərdə tutulur. Bəzən saytda qeyri korrekt cavablara da rast gəlirik ki, çox yaxşı olardı ki, hər kəs cavabını-həll yolunu bildiyi sual və problem üçün cavab yazmış olsun. Gümana, təsadüfə bel bağlayıb cavab yazmaq heç də effektiv cavab verilməsi ilə nəticələnmir. Cavab verən cavab vermədən öncə əmin olmalıdır ki sualın aid olduğu kateqoriya üzrə həqiqətən də ciddi bilik və ya təcrübəsi var.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

az-hosting cavab verdi - Hüquqi məsləhət (2 saat əvvəl)

az-hosting cavab verdi - Azbak Telefon gəlib çatacaq yoxsa? (2 saat əvvəl)

az-hosting cavab verdi - Aliekspress baqlama (2 saat əvvəl)

İlkin Əsədli cavab verdi - Payoneer ə gələn pulu hansı şəkildə çıxara bilərik bəs? Məbləğ Limiti varmı? (5 saat əvvəl)

MahirEldenizoglu cavab verdi - wordPress. com saytımın parolunu unutmuşam, kömək etməyinizi xahiş edirəm. (6 saat əvvəl)

Nasibova cavab verdi - Etsy-də satış (6 saat əvvəl)

starmoon cavab verdi - Autocadla iş tapmaq (9 saat əvvəl)

Emil- cavab verdi - Canlı yayım zamanı TV kanalın koda düşməsi haqqında (15 saat əvvəl)

E. Hacı cavab verdi - Etsy-də satış (16 saat əvvəl)

E. Hacı cavab verdi - Payoneer ə gələn pulu hansı şəkildə çıxara bilərik bəs? Məbləğ Limiti varmı? (16 saat əvvəl)

Maqa cavab verdi - Notebook ekranı dəyişdirmək (matte - glossy) (17 saat əvvəl)

Maqa cavab verdi - Paltar üzərinə print/embroidery edən ən yaxşı şirkət (17 saat əvvəl)

Maqa cavab verdi - Drone icazesi (17 saat əvvəl)

neo13 cavab verdi - aliexpressde ödənişi maaş kartımla etsəm kartdan əlavə pul tutulacaq? (18 saat əvvəl)

neo13 cavab verdi - aliexpress və e-bay sayitları etibarlıdırmı? (18 saat əvvəl)

E. Hacı - 581 xal

Software Developer - 578 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 218 xal

Sistemə daxil olmuş 19980 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018