WordPress developer

hərkəsə salam
mənim WordPress development dərs verə biləcək mütəxəssisə ehtiyacım var ancaq WordPress developer mövzusunda bu onlayn dərslər də ola bilər bildiyiniz kurslar varmı php bilgisi 30-40% ancaq dərs türk dilində olsa daha yaxşı olar (onlayn kursları nəzərdə tuturam) xarici dil biliyi mükəmməl deyil yəni anlatılanları tam mənimsəməyə imkan vermir


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(12:09, 11/01/2018 ) #70693

Gecikmədən və vaxt itirmədən xarici dil öyrənin. WordPress bir az gözləyə bilər.
IT sahəsində bilgini original mənbədən öyrənmək lazımdır. Tutaq ki, indi bir kitab tapdınız və beginner səviyyədə öyrəndiniz? Bəs sonra? Hər dəfə problem çıxanda hansı dildə axtarış edəcəksiniz? Effektiv məzmunun 90%-ndən çoxu ingiliscədir.
Yerinizdə olsam belə bir şey edərdim:

1. Yerli kitab mağazalarının birindən PHP dərsliyi tapıb(qalın kitablar olur sıfırdan öyrədir, Türkiyə türkcəsində) almaq. Onunla hazırlaşmaq. Və yaxud Türkiyədən sifariş etmək (camex ilə filanla). Və yaxud da onlayn mənbə tapmaq. Mən 2005-ci ildə digər bir dildən PHP-yə keçməyə qərar verəndə ilk dərsliyim sadə bir türkcə dərslik olmuşdu, indiyədək yadımdadır. Çox kömək olmuşdu. Amma bu sadəcə başlanğıc üçün idi. Sonrası artıq dil məsələsinə dayanır.
2. Paralel olaraq daha çox güc verib ingiliscə öyrənmək. Kurs ilə, onlayn, alt yazılı videoya baxaraq və.s. – yollar çoxdur.

Yenə deyirəm, ingilis dilini öyrənməsəz bu iş olmayacaq. Ən yaxşı halda yeni başlayan səviyyədə ilişib qalacaqsız, yüngülvari saytlar düzəldə biləcəksiz. Dərinə getmək üçün xüsusi hallarda problem həll edən, əngəl aşan çoxlu bilgi lazımdır, o bilgi də yalnız ingiliscədir.
Advanced ingiliscə də lazım deyil, heç olmasa rastladığınız kod problemini həll etməyə və stackoverflow-da yazılan cavabları anlayacaq səviyyə olsa bəs edər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:42, 11/01/2018 ) #70696

dəyərli məsləhətiniz üçün təşəkkür edirəm şox sağ olun
ancaq belədir ki məndə ingilis dili var yəni danışıq səviyyəsi var bir neçə il davamlı olaraq ingilis dili danışıqdan istifadə olunub hal-hazırda da elədir mənim üçün bəzi mövzular var ki onları daha mükəmməl qavramaq üçün kursa ehtiyac vardır yəni elə mövzular var ki mənim fikrimcə onları ancaq üzbəüz söhbət əsnasında və yaxud da sənin dilində anlatılan olsa daha yaxşı olar
ancaq yenə də sizə təşıkkür edirəm çox sağ olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:59, 15/03/2018 ) #71380

Udemy dən 15 dollar 22 saatlıq video ilə WordPressi tam şəkildə öyrədən kurslar var.
Həmdə Türk dilində.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024