Bankda faizə pul qoyan var?

salam, bankda faizə pul qoyan var? örgənmişəm banklardan aylıq və müddətin sonunda ödəyənlər var. Pul qoyan varsa deyə bilər ən yaxşı bank hansıdır mən unibanka güvənirəm nəsə axır vaxtlar mobil bankinglə gündəmdədirlər özümdə çoxdandır işlədirəm.

Bizdə banklar bağlanır edir ona görə əmanət siğortasına falan baxdım prosda nəsə yenədə inanmagım gəlmir ki bank bağlansa indi 1 2 il sənəd dalıyca qaçam.
Bilən varsa dəqiq yaza bilər? Bəs siz hansı banka puluvuzu əmanət edirsiz?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(13:13, 07/01/2019 ) #73867

Konkret cavab vermək çətindir belə suala.
Hansı ən yaxşıdır və.s. barədə.
Hamısı 30 min manata qədər sığortalanıb. Pulunuz 30mindən çoxdursa hissələrə bölüb bir neçə banka yerləşdirə də bilərsiniz.
Ümumiyyətlə tək bir banka yox, bir neçə banka qoymaq hər bir halda daha yaxşıdır. Ki siz deyən pis ehtimallar baş versə belə, qalan pullar əlinizdə olsun.

Güvənli banklardan şəxsi fikrimcə, Bank Respublika, AzərTürkBank, Access Bank, Ziraat, Paşa Bank deyə bilərəm. Başqa güvənlilər də var. Ağlıma ilk gələn bunlar oldu.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:20, 07/01/2019 ) #73868

    Təşəkkürlər cavaba görə elə məndə bucür fikirləşdim başqa banklara qoymağı. Bəs görəsən o siğortalı məbləği ödəyirlər yoxsa adı yalandan siğortadır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:24, 07/01/2019 ) #73869

      Əlbəttə ödəyirlər.
      Düzdür bank bağlanan kimi dərhal almaq istəyəndə basabas növbə olur, amma bir neçə həftə səbr edib sonra rahat almaq olur.
      İndiyədək bağlanan banklardakı bütün sığortalı əmanətlər problemsiz şəkildə qaytarılıb.

      Sığortasızların qaytarılmasıdır o uzun çəkən – məhkəmə bankın bütün filiallarına aid obyektləri, obyektlərdə olan əmlakları və.s. hər şeyi satışa çıxarır, o da satılandan sonra satışdan əldə olunan gəlir sığortasız əmanətlilələrə (30 mini aşan məbləğlərin 30 mindən artıq olan hissəsi) bölünərək qaytarılır. Bu da aylar, illər çəkə bilən uzun prosesdir. Amma dediiym kimi, sığortalı əmanətə bu aid deyil, sığortalı çox qısa müddətdə qaytarılır

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:30, 07/01/2019 ) #73870

Çox sağol, onda güvənmək olar)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:20, 08/01/2019 ) #73899

Unibank depet karta pul kocurende faiz gelir pulun üzerine bilmirsiz?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (07:18, 09/01/2019 ) #73905

    Albali debet karta arada verirler ama cox az 1 2 azn

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:57, 09/01/2019 ) #73907

Depozitləri banklar sığortalayır, sabahsı gün bağlansa da heç birr problem olmaz. Qeyd olunduğu kimi gecikmə olacaq bu da xeyli zaman sərfi deməkdir. Mənim kapital bankda depozitim var. 24 aylıq qoymuşdum. Əvvəllər sərf edirdi mən misal üçün 13 faizlə yerləşdirdim, ancaq hazırda həmin müddətə bank 7 faiz təklif edir. ama ən yüksək faiz verən banklar vtb və muğan bankdır, müssətdən asılı olaraq hətta 15 faiz belə ala bilərsiniz.
Qaldı ki, müddətin sonunda almağı tövsiyyə edirəm sizə, çünki faizləri aylıq alarkən birinci növbədə 1 faiz aşağı olur.
ikinci əldə etdiyiniz karta görə müvafiq olaraq bir müddətdən sonra vergi ödəyirsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024