bir hostingdə bir-neçə saytın olması

Salam. bir hostingdə bir-neçə saytın olmağı təhlükəsizlik baxımından necədi? açığı mən özüm görmüşəm sayta şel atmaqla digər saytlara da necə sızılıq amma bir yoldaş var deyir təhlükəsizlik baxımından bir hostingdə bir neçə saytın olmağı önəmli deyil


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(19:38, 23/02/2019 ) #74363

Önəmli deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:58, 25/02/2019 ) #74384

    necə önəmli olmaya bilər ki bir sayta şel atıb girməyi bacaran o birlərinə də barmaq edə bilər?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:18, 25/02/2019 ) #74385

      Bunu hosting təqdim edən tərəf düşünür.

      Virtuallaşdırma sayəsində shared hostinqlərin birinin o birinə təsir imkanı olmur. Ona görə də shell atmir nə atır atsın, bir shared hostinqə bulaşmış bir zərərli proqrmaın yetərincə yetkisi olmadığına görə zərər vura biləcəyi yer ancaq həmin account ilə məhdudlaşır.

      Yox əgər siz bir shared hostinq alıb eyni cpaneldə ayrı ayrı papkalar yaradıb bir neçə sayt qurmağı deyirsinizsə, o halda əlbəttə, birinə düşən o birilərə də zərər vura bilər asanlıqla.

      Bütün hostinqə təsir imkanı olan zərərli proqramlar isə serverin özünə sızanlar olur, belə hallarla keyfiyyətsiz hosterlərdə qarşılaşmaq olur – serverləri yaxşı qorunmur, serverə nəsə bulaşır və super user səlahiyyəti əldə edir deyə o serverdə yerləşən bütün hostinqlərə təsir edə bilir – amma bu artıq ayrı problemdir, sizin sualınıza aid deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:57, 25/02/2019 ) #74386

Elvin bəy, mən elə bir cpaneldə ayrı-ayrı papkalar açıb saytları yerləşdirməyi nəzərdə tuturdum, çünki o yoldaşdan bir saytın FTP-sin istədim o isə vermə bilməyəcəyini dedi səbəb kimi isə FTP-də başqa saytlarının da olması imiş. Mən bir saytın FTP-sini istəyirdəm o biriləri yox amma adamın dediyindən belə çıxdı ki, bir cpanelə yığıb hamsını

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:12, 25/02/2019 ) #74394

Eyni hesabda olması təbii ki, təhlükəli ola bilər. Məs, digır bir saytda boşluq var və ftp yə müdaxilə edilirsə bu zaman bütün məlumatlar silinir hostinqdə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:07, 17/01/2020 ) #77072

Əgər serverin təhlükəsizliyi güclüdürsə, problem deyil. Zəifdirsə də, həll yolu bu deyil. Amma ayrı hostinqlərdə saxlamağın bir üstünlüyü var ki, serverin birində dayanma olanda saytlardan biri dayanır. Eyni hostinqdə olanda, serverdə problem olan kimi ikisi də dayanacq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (11 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024