Qızan Notbuka Əlac Axtarıram

Salam. Qrafika və animasyiya işi üçün mənə çox güclü notbuk lazım idi. Çox güclü stolüstü kampüterim vardı, amma stolda işləməkdən quruyub qalmışdım deyə notbuk almaq istədim. Nəhayət az işlənmiş Asus Rog Gl753vd notbukunu 1800 manata aldım. Güclüdür, amma sonradan baxdım ki, bunun cəmi 1 fan (sərinkeş fırfırası) olurmuş. Render edərkən istiliyi 85 dərəcəyə qalxıb-düşür. Saytında baxdım: bunun prosessoru və videokartı 100 dərəcəyəcən normal işləyir, yəni bu yüksək dərəcə bu notbuk üçün standartdır, amma özüm belə istilikdən bezirəm. Notbukun altına Aliexpress-dəki böyük razmer (17.3) ən güclü soyuducunu aldım, eyni şey oldu, çünkü o soyuducu sadəcə alt tərəfdən notbuka hava verir. Bu notbuk özü də havanı onsuz da yaxşı götürürmüş deyənə istiliyi eyni dərəcədə qaldı. Sonra notbuk üçün vakumlu sərinlədici aldım, onu da notbukun hava çıxan yerinə taxırsan, havanı çox güclü çəkir (fırlanma sürəti 4500rpm). Amma yenə eyni nəticə oldu, notbuk üçün sanki 80dərəcədə işləmək standartdır.
Mən özüm işimlə əlaqədar bir kiçik animasiyanı 2-4 günə düzəldirəm, gedib taxta uzanıb notbuku sinəmə alıram, saatlarla fasiləsiz işləyirəm, problem yoxdu, amma notbukun istiliyindən narahat oluram. Qabaqcadan bilmirdim bu notbuk üçün istilik belə standart düzəldilib, bilmirdim bunun 1 fanı olurmuş. Daha doğrusu mən özüm rayonda qalıram, bakıdakı tanışıma dedim ki sırf Asus Rog notbuku tap al mənə, çünkü Asus Rog-un soyutma sistemi güclü olur, o tanışımın da günahı yoxdu, aldı, iş belə gətirdi ki, bu model oyun oynayanlara əladı, amma mənim işim çox ağır render ilə bağlıdır. Notbukun içi tərtəmizdi, toz belə yoxdu. Yəni qızma ondan deyil, sadəcə bu modeldə 1cə dənə fan (fırfıra) qoyublar.
İndi aliexpres-də notbukun dvd yerinə taxılan sərinlədici görmüşəm, biri elə də yaxşı gözə dəymir. Amma o birisi isə super görsənir, heyif o mal ancaq eləı satıcıdadır ki, Azərbaycana göndərmir.
Linkləri yazıram, xahiş edirəm baxın görün sizcə bunları almağa dəyərmi:
1) https://www.aliexpress.com/item/32894902965.html
2) https://www.aliexpress.com/item/32366134720.html


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(18:20, 16/07/2019 ) #75606

Salam. Bu qədər kömək edən vasitələrdən istifadə etmisiniz və köməyi dəyməyibsə, bunu almağın məncə bir anlamı yoxdur. Lap deyək ki, kömək etdi, amma inanın ki, 5 dərəcə salsa böyük şeydir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:24, 20/07/2019 ) #75636

thermopasta nı təzələ Fanın tozunu al Birdə yay vaxtı qızması normaldı

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:03, 20/07/2019 ) #75651

    Təşəkkür edirəm, dediklərinizi etmişəm, nəticə eyni standart qalıb. Heyif sistem özü belə qurulub, tək bir fan ilə yığılıb

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:05, 21/07/2019 ) #75665

      Men kohne komputerimde bundan almisdim qizin sonmeyinin qarshisin alirdi. G610M karti ile GTA 5 oynayirdim bunu qoshanda.

      https://m.tr.aliexpress.com/item/32608314899.html?trace=wwwdetail2mobilesitedetail&productId=32608314899&productSubject=Professional-external-Laptop-Cooler-Pad-14-15-6-17-with-5-fans-2-USB-Port-slide&spm=a2g0s.9042311.0.0.27424c4dAIWAMw

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:06, 22/07/2019 ) #75677

Təşəkkür edirəm cavab üçün. Amma o link verdiyinizdən də güclüsünü aldım, xeyir etmədi, aldığım bu 6 fırfıra olandır: https://m.tr.aliexpress.com/item/33009598647.html

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (23 saat əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (2 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (3 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (5 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (8 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (9 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (9 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (9 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (12 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (12 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Mehemmed002 cavab verdi - Xaricdən alınan məhsul gömrük bəyannamə (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23228 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024