Gömrük Malımı Vermir

Salam. Mənim gözüm xəstədi, uzağı görənmirəm. Həkimin yazdığı eynəkdən aliexpress-də sifariş etdim. Qara rənglisini aldım ki, gün eynəyinə bənzəsin, taxanda utanmayım. 3 ədəd sifariş etdim, hər biri mənim gözümə uyğundu amma başqa-başqa siyildədi. Eyni satıcıdan aldım ki bir bağlamada olsun, seçdiyim eynək çox gözəldi, maşın sürərkən belə gün işığını azaldır, yolu rahat görürsən. Bahalı açqidir, hələ satıcıya yazıb endirim alaraq hamsı üçün 120dollar ödədim. Nəysə. İzləmə koduna baxıram, göstərir ki, ayın 9u import gömrüyündə saxlanılıb, səbəb də “mənşəyi haqda sertifikatı yoxdu”.
Zeng etdim poçta, mənə gömrüyün nömrəsini verdilər. Gömrüyə zəng etdim, danışdım, izləmə kodunu soruşdu, dedi xəbər edəcəyik. Bir həftə sonra özüm təkrar gömrüyə zəng etdim ki, sizdən xəbər olmadı. Dedi ki, gərək Bakıya gəlib malın dəyərinin gömrük vergisini verib malı bizdən alasınız. Dedim Bakıya gələnmirəm, malı da satmaq üçün almamışam. Dedi 2dənədən artıq almaq olmaz. Dedim axı onlar hamsı fərqli eynəkdi, dedi eynicinsli maldır. Dedim çox xahiş edirəm, 2aydı o malı gözləyirəm. Dedi başqa yol yoxdu. Dedim onda malı geri qaytarın, mən sayta sübut edib pulu geri alım. Dedi zəng elə poçt daşımaya, malı onlar gəlib qaytarsın. Nəysə, poçt daşımaya da zəng edib izləmə kodunu dedim, neçə gündür hələki heç bir xəbər yoxdu. Siz nə məsləhət görürsüz? Kaş gözüm xəstə olmayaydı, eynək dərdi də çəkməzdim.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(15:54, 17/09/2019 ) #76185

Bakıya gəlmədən həll bir az çətin görünür.

1. Rüsumsuz əldə etmək üçün – sənədinizi, həkimin sizə yazdığı rəsmi resepti(möhürlü və sizin adınız olan), laboritoriya müayinə kağızınız varsa onu alıb gəlib birbaşa burada sənədləri göstərərək və şəxsi istifadə üçün olduğuna inandıraraq EHTİMAL VAR ki ala bilərsiniz rüsumsuz.

2. Amma böyük ehtimalla sırf sayda səhv etmisiniz deyə, rüsum ödəməli olacaqsınız. Yenə də PDM-ə gələrək.

İndi nə etmək lazımdır o barədə onu deyə bilərəm ki PDM-ə hər gün zəng edib nəticə əldə edin, sadəcə oturub gözləməyin. Alınarsa alınar, alınmazsa da ən aızndan işinizi biləcəksiniz ki kimsə gəlməlidir PDM-ə və rüsum ödəməlidir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:07, 18/09/2019 ) #76192

    Çox mal belə yazır ama çoxsuda gəlir. ama 3 ədəd demiyəydiz gərək. Gəlmə ehtimali hələdə var mən onlarla eynitipli mal zakaz vermişəm gəlib.

    Belə malları çalışın 2 ədəddən artiq gətirməyin. yəni gətirin ama 3 cü eynəyi üstündən 1 həftə keçəndən sonra eyni saticidan alinki 3 eynək eyni bağlamada gəlməsin. Ayrı bağlamada yollasın.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:12, 19/09/2019 ) #76207

Poçt daşımaya zəng edib bağlamamı götürüb geri qaytarmaqlarını istədiyimi qeyd etdim və onlar da izləmə kodunu alıb oldu dedilər. 2gün sonra gömrüyə zəng edib “poçt daşımaya dedim, gəlib apardılarmı?”-dedim. Onlar da təkrar nömrəmi götürüb əlaqə saxlayarıq dedilər. Bu gün mənə bu mesaj gəldi:
” Adiniza daxil olan poct gonderisi gomrukde saxlanilib. Resmilesdirme ucun Poct Dasima Merkezindeki gomruye devet edilirsiniz.
Tel: 0124042200 -11-38

Poct Gonderisinizi is gunleri sexsiyyet vesiqenizi ve bankdan hesab cixarisinizi Poct Dasima Merkezinde gomruye teqdim etmekle ala bilersiniz. Tel:012″

Amma mənim Bakıya gəlməyə heç cür imkanım yoxdu, əlavə də pul ödəmək istəmirəm. Sabah təkrar zəng edib geri qaytarmaqlarıni istəmək istəyirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:33, 20/09/2019 ) #76213

    Sizin səhviniz onda olubki siz zəng edib 3 eynək gətirmişəm demisiz. normalda 1 maldan 3 ədədi gömrükdə saxlamır buraxır. əbəs yerə ajantaj yaradıb özünüz özünüzə çətinlik yaratmısız. mənşəyi haqda sertifikatı yoxdu hazırda birçox mallara yazır. azərpoçt un sistemiylə əlaqədardır.

    Burda soruşmadan heçvaxt gömrüyə və poçtdaşımaya zəng etməyin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (06:29, 22/09/2019 ) #76228

      Gömrükdə saxlanılandan sonra onlarla əlaqə saxladım. Onlar da bağlamada nə var deyə soruşdu

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:24, 26/03/2020 ) #77401

      menim malimi gomruk vermir nece ala bilerem

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (18 saat əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (2 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (3 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (5 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (8 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (9 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (9 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (9 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (12 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (12 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Mehemmed002 cavab verdi - Xaricdən alınan məhsul gömrük bəyannamə (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23228 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024