Bakıda Həyət evi

Salam. Bakının mümkün qədər mərkəzə yaxın hansı hissəsində həyət evi almaq məsləhət görərdiz? Hər yer bina evidi, özüm də vasmoy bazarının yanında qalıram, karantində də uje nifrət etmişəm bina evində yaşamağa.

Bina evini satıb həyət evi almaq istəyirəm. Həyət evi belə istəyərdim olsun:
1) Qiyməti 90min manatdan çox olmasın
2) 3 otağı olsa bəsdi
3) Həyəti olsun, çox böyük istəmirəm, heç olmasa bir maşın saxlamaq olsun və uşaqlar da oynaya bilsin. Hərdən smavar da qaynatmağa münasib heç olmasa fərli həyəti olsun.
4) Metrolara getmək və uşaqların inistuta getməsi asant olsun
5) Yaxınlığında uşaq baxçası, məktəb və bu kimi həyat üçün lazımlı vasitələr olsun. Dəniz və s. istəmirəm, əsas mərkəzə yaxın olmasıni istəyirəm ki, xəstəxana, metro və bu kimi şeylərə asant getmək olsun maşınsız.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(22:09, 31/08/2020 ) #78015

Kənd binəqədi, Xırdalan kimi yerlərdə dediyinizə yaxın qiymətdə ev ola bilər. Şəhərin özündə, kənar yerlərdə belə bu qiymətə ev, özü də 3 otaqlı, real görünmür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:25, 31/08/2020 ) #78016

Yeni ramana necə yerdi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:18, 01/09/2020 ) #78019

    Ora artıq şəhər deyil də. Bakı kəndləri regionuna baxsanız, ona qalsa seçim imkanı çoxalar. Bütöv Abşeron yarımadası ixtiyarınızdadır. Hamsından da Koroğlu metrosuna qədər probkasız gəlmək olur.
    Sadəcə şəhər sayılmır artıq oralar, hələ-hələ mərkəzə heç yaxın deyillər.

    Şəhərin mərkəzinə yaxın və siz deyən keyfiyyətlərə uyğun həyət evləri tək Badamdarda var. Ora da çox bahadır. Qalan yerlər artıq mərkəz sayılmır, heç şəhər də sayılmır. Kənd və ya qəsəbə zonalarıdır.

    Əlbəttə şəhərin içində adda budda zonalar var ki orada ucuz həyət evləri olur, Keşlə, Montin, Alatava, Xutor, Sovetsklinin son qalıqları, Kubinka və.s. – amma bunlarda da normal həyət evi tapmaq çətin olar. O sektorlarda evlər çox balaca, darısqal, həyətlər də kiçik olur. Həm də bügun sabah plana düşüb sökülməyə namizəd zonalardır.

    Sizə məsləhətim öncə binaz-da filan xəritə ilə, metro nişangahları filterləri ilə axtarış aparıb ümumi bir nəticə çıxarmaqdır. Sonra artıq daha konkret axtarışa keçmək olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:01, 01/09/2020 ) #78020

Çox sag olun cavab ucun. Umumiyyetle hetta şəhər sayilmasa da hansi zonadan avtobusla metroya catmaq daha asantdi? Meselen tutaq ki yaxin gelecekde universistete avtobusla geden olsa bu sadaladiqlarinizdan hansi yerden daha tez ve elverisli getmek olar sizce? Uzurlu bilin cox sual verirem, ev ele bir seydi ki, aldin sonra satmaq da cetindi, ona gore.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:07, 04/09/2020 ) #78025

reklam deyil sadəcə gördüm deyirəm. yeni ramanada şuşa şəhərciyində bir tanış təcili ev satır. 2 mərtəbəli evdir, həyətində də dükanı var. sahibi viza alıb almaniyaya gedir deyə dəyər dəyməzinə satır. 60 min manatlıq evdir 42-43 min manata deyr sataram. koroğlu metrosuna 20 dəqiqəlik yoldur maşınla. sadəcə maşın mütləqdir avtobus sistemi bərbatdır. sizə maraqlıdırsa əlaqə nömrəsi verim ətraflı danışın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024