Aztelekomun abunəçiliyindən necə çıxaq?

Salam hər vaxtınız xeyir
Keçən dəfə modem ilə əlaqədar sual yazmışdım
İnternet çox zəif idi sürəti 5 kbit-ı yaxın bəzən heç o da olmurdu
Mən elə təxmin edirdim ki təzə aldığım modemlə əlaqədardır bu problem.Çünki həmin modemi aldıqdan sonra bu problem baş verdi. Amma modem ilə əlaqəli deyilmiş və burda da bu elə bu cür cavab verdilər
Aztelekoma və rayon poçtuna bu baradə məlumat verdim. Bir neçə gün keçdi hər dəfə poçtdan zəng edib dedilər ki xəttinizdə problem var. Sonra düzəltmədikləri üçün Rabitə Nazirliyinə online məktub yazdım. Yenə də poçtdan zəng etdilər və getdim poçta. Dedilər ki “xətdə problem var və getdikcə internet yavaş-yavaş daha da zəifləyəcək və xarab olacaq”. Və orada reklam etdilər ki 300-350 manat başa gələn sputnik ilə işləyən internet var. Ondan çəkdirsəniz sürətli olacaq.(səhv etmirəmsə azeronline provayderini nəzərdə tuturlar).Belə fikirləşirəm ki bəlkə də bunu camaata “sıramaq” üçün qəsdən interneti belə zəiflədirlər nəyisə
Aztelekoma facebook meesenger vasitəsilə müraciət ünvanlamışdım
cavabı belə gəldi ki “Aztelekom “MMC-nin Ucar Telekomunikasiya Qovşağı tərəfindən təqdim edilən məlumata əsasən bildiririk ki, sizin yaşadığınız ünvan mərkəzi EATS-dan 2 km məsafədə yerləşdiyindən, mövcud avadanlıq vasitəsi ilə keyfiyyətli internet xidmətinin göstərilməsi hazırda mümkün deyildir. Qeyd edilən ərazidə internet xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlığın quraşdırılması nəzərdə tutulmuşdur. Texniki avadanlıqlar quraşdırıldıqdan sonra, “Aztelekom”MMC-nin Ucar TKQ Sizə məlumat verərək, internet xidmətinin göstərilməsini təmin edəcəkdir. Nəzərə almağınız xahiş olunur”. Ümumiyyətlə bu cür cavablara inanmaq da çətindi yəqin 1-2 əsr sonra həmin avadanlıqları quraşdıralar :))
Aztelekom deyir ki eviniz EATS-dən 2 km uzaqdadır yəni yaxın olsaydı bu cür problem olmayacaqdı.Maraq üçün Google Maps-la ölçdüm 2 deyil 1.4 km oldu.Nəyisə,mən də cavabımda dedim ki bəs necə olurdu ki indiyə kimi normal işləyirdi. Bu suala isə cavab vermədilər.
Təbii ki bunu gözləmək ağılsızlıqdır çünki inanmıram nə vaxtsa aztelekom “yüksəksürətli” internet təqdim edə bilsin və elə bu deyilənlərin reallaşması da mümkün görünmür
Mən aztelekomdan abunəçiliyimi necə dayandıra bilərəm? Və ya başqa provayderə qoşulduqda belə yenə də həmin problem olcaqmı? Çünki bizim rayonda yalnız 1-2 provayder var onlar da ADSL ilə internet xidməti göstərir


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(22:34, 28/07/2021 ) #78720

Az/Bak telecom hecvaxt normal islemeyib (islesede 1-2 il sonrada xarabi cixir.)
sputniknen isleyen internetlerinde tarifleri ve qurasdirma qiymeti bir qeder baha olur cunki umumi o tip texnologyia bahadir.
Ve eyni problemin olmasi dediyiniz 1-2 provayderden aslidir (yeni hansi sirketlerdir.)
Imtina etmek ucun rayondaki ATS e gedib erize yazmaq lazimdir, onuda tam aztelekomla deqiqlesdire bilersiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:58, 29/07/2021 ) #78727

    təşəkkür

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (11 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024