Proqramlaşdırma üçün notebook tövsiyəsi lazımdır

salam. mən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya kompüter elmləri ixtisaslarından biri üzrə universitetə qəbul olacam.(hələ bilinmir 3-4 günə dəqiq biləcəm).
Mənə notebook lazımdır ancaq hansını alım bilmirəm. Bəziləri deyir nvidia olmaz çünki linux ilə problem olur.
Bizdəki laptopda nvidia var və ailə üçündür yəni linux yükləyə bilmərəm.
Linux, proqramlaşdırma və bu ixtisaslar üçün hansı laptop idealdır?

https://irshad.az/az/mehsullar/asus-x515ja-bq026-m19220/
bunu alsam peşman olmaram ki?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(14:42, 30/08/2021 ) #78829

Son 10 ildə Linux(Ubuntu) ilə 2 müxtəlif ASUS işlətmişəm, bir dənə də Lenovo – hər 3-ü problemsiz işləyib Linux ilə. Lap əvvəlki illərdə bəzi xırda problemlər olurdu (məsələn ekran işıqlanması hər restartda öz-özünə artırdı filan kimi xırda şeylər), hazırda problem olmur.

Mənim hazırki ASUS laptopum da Nvidia ilədir, amma nə yalan deyim, heç cəhd belə etməmişəm aktiv etməyə.
Yəni kompüter ideal işləyir həm ekran effektləri, həm də performans idealdır deyə heç maraqlanmamışam ki, NVİDİA kartını necə aktiv edim. Hazırda öz daxili intel kartı ilə işləyir yəqin ki. Oyun zad oynamıram deyə hər hansı problem də hiss etməmişəm.
Deyəsən apt install nvidia-340 yazmaqla olur, amma onda da 1GB download olur deyə heç əl vurmamışam ki lazım deyilsə qalsın.

Linkdə paylaşdığınız kompüter hazırki bazar qiymətlərinə baxanda çox yaxşı kompüterdir fikrimcə. Bircə RAM daha çox olsaydı kaşki, amma qiymətinə baxanda OK saymaq olar onu da. Mən bundan əvvəl 8GB-lıq istifadə edirdim SSD ilə, çox yaxşı işləyirdi Ubuntu ilə, 3 il normal işlətdim, sonra indiki laptopa keçdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (19 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024