Verilmiş və sayı 2650-ni ötən sualların 99.85 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Java – nədən başlayım.

Salam. Java proqramlaşdırma dilini öyrənmək istəyirəm. Kitablarda adətən ancaq klassifikasiya və abstraksiyadan danışılır ona görədə “tık” metodu ilə öyrənmək istəyirəm. Hansı proqramda yazmaq lazımdır? (Məsələn, bildiyimə görə telefon proqramları Netbeans adlı proqramda yazılır. Bəs kompyuter üçün?)

Kateqoriya: Java, Proqramlaşdırma. Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Java – nədən başlayım. sualına 36 cavab var
  1. +1 Bəyənilsin Zəif cavabdır Natiq
    (11:09, 09/06/2010 )

    Komputer ucunde NetBeansden istifade ede bilersen. Ancaq men meslehet gormurem JAVAni oyrenmeyi. CSharp meslehetlidir.

    • +3 Bəyənilsin Zəif cavabdır Elvin Haci
      (Profil) (11:21, 09/06/2010 )

      Əksər mütəxəssislər əksini deyir ama. :) C# Java-ya çata bilməz fikrimcə.

    • +3 Bəyənilsin Zəif cavabdır Natiq
      (11:27, 09/06/2010 )

      Neye gore cata bilmez? Kimdir o mutehessizler?

      Bir nece testiqleme:
      - microsoft brendi
      - msdn kimi yuksek seviyyeli dokumentasiya
      - visual studio kimi yuksek intellektli ide
      - web, desktop, mobile ucun ideal
      - ve sair..

    • +1 Bəyənilsin Zəif cavabdır Elvin Haci
      (Profil) (11:33, 09/06/2010 )

      Aparıcı şirkətlərdə işləyən tanış mütəxəssislər. Əksəri Java-da işləyir, Java-nın prestiji daha ciddidir, böyük şirkətlər əsasən Java-dan istifadə edirlər və.s. Yəni karyera düşünənlər üçün dilin gözəlliyi, uyğun vizual editor-unun rahatlığı yox, onu bilsəm mənə harada iş olar sualı maraqlandırır.

    • +1 Bəyənilsin Zəif cavabdır Natiq
      (11:38, 09/06/2010 )

      Azerbaycan, 2008 il. 66% banklar c# secibler.
      Azerbaycan, 2010 il. Sun Microsystems yoxdur. 90% banklar c# miqrasiya edib.

      * bu haqda cox muzakire etmek olar. amma dushunurem movzuden bashi cixmayan insanla bunun hec bir menasi yoxdur.

    • +6 Bəyənilsin Zəif cavabdır Rufat
      (12:22, 09/06/2010 )

      Lap əla . Qoy hamı C# öyrənsin . Sonra da banklara işə düzəlsinlər . Bu halda Java proqramçılar defisit olacaq və daha yüksək maaş alacaqlar . Javada da iş tapmaq olar məncə . Ən azı Azercell kimi şirkətdə Javadan daha çox istifadə edilir . Düzü C#-ı Javadan sonra öyrənmək elə çətin deyil . Hardasa 2 aya öyrənmək olar .
      Amma təcrübəmdən deyə bilərəm ki , daha yaxşı olar ki , dillərdən başqa iştirak etdiyiniz proyektin predmetini öyrənəsiniz . Dil yalnız istrumentdir .

    • +1 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
      (Profil) (14:14, 09/06/2010 )

      - microsoft brendi
      – Oracle, İBM və s. brendləri Microsoftdan zəifdir? )

      - msdn kimi yuksek seviyyeli dokumentasiya
      Google-da Java axtaranda 256 milyon, C# axtaranda isə 50.2 milyon nəticə verir :)

      - visual studio kimi yuksek intellektli ide
      Visual Studio çox gözəldir, razıyam, amma o sadəcə bir alətdir, amma eyni fikri İntelliJ İDEA, Eclipse, Netbeans və s… üçün də demək olar.

      - web, desktop, mobile ucun ideal
      Desktop üçün idealdır, razıyam, amma Web üçün heç də ideal deyil. Şirkət daxili intranet proyektləri üçün müəyyən dərəcədə ola bilər, ümumi web proyektləri üçün PHP daha uyğundur, bir çox hosting şirkətləri LAMP ilə işləyir. Windows Mobile platforması artıq ölür, Android(Java), iPhone(Objective C), Blackberrry(Java) isə inkişaf edir.

      - ve sair.. ???

      P.S. Bunları havadan demirəm, C# təcrübəm var.

    • +1 Bəyənilsin Zəif cavabdır Vitaly
      (15:16, 09/06/2010 )

      – Oracle, İBM və s. brendləri Microsoftdan zəifdir? )

      Yox, mən belə fikirləşmirəm. Sadəcə dostum onu bildirmək istəyib ki, C# dili nəhəng bir şirkət terəfindən dəstəklənir. O ki qaldı Java-ya, Sun artıq Oracla satılıb və artıq kommersiya tərəfindən yaxınlaşdıqda Oracl hecdə java-da maraqlı deyil.

      Google-da Java axtaranda 256 milyon, C# axtaranda isə 50.2 milyon nəticə verir :)

      Yenədə bu problemlərin coxlugu və bir standartlaşdırırmış dokumentasiyanın olmamasından irəli gəlir. Birdə ki google.co.jp və yumrooda axtarış edin :)

      Desktop üçün idealdır, razıyam, amma Web üçün heç də ideal deyil. Şirkət daxili intranet proyektləri üçün müəyyən dərəcədə ola bilər, ümumi web proyektləri üçün PHP daha uyğundur, bir çox hosting şirkətləri LAMP ilə işləyir.

      Bilmirəm PHP bu mövzuya nə aidıyyatı var. Biz axı burda Java vs C# müzakirə edirik. Amma burda yenədə demək olar bir cox təstiqlənmiş mütəhissizlər Apache Mono seçirlər. Hostinq qiymətləridə bunu sübüt edə bilər.

      Windows Mobile platforması artıq ölür, Android(Java), iPhone(Objective C), Blackberrry(Java) isə inkişaf edir.

      Sizi təəcübləndirəcəm, noyabrda WindowsPhone 7-ni qarşılayın. Burada yenə C#, Silverlight kimi texnologiyalar. O ki qaldı başqalarına: Androiddə üstünlük Pythona veririr, ancaq bu günlərdə burada yenə Mono texnologiyası təqdim edildi. iPhone ucun SDK yalnız il əvvəl çıxıb və hec kimə lazım deyil.

    • +3 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
      (Profil) (16:03, 09/06/2010 )

      @Vitaly
      Oracle üçün Java maraqlı olmasaydı, Sun Microsystems şirkətini almaz. Oracle şirkətinin database-dən başqa çoxlu proqram təminatı var(Oracle Fusion Middleware, Oracle Applications və s.), böyük əksəriyyəti də təbii ki Java ilə yazılıb.

      Windows Phone 7-dən xəbərim var, amm necə deyərlər, Microsoft artıq qatarı qaçırdıb :)

      Anroiddə üstünlük Javaya verilir, Python support daha sonradan əlavə olunub (Android Scripting Environment sayəsində). Son baxdığım araşdırmaların demək olar ki, hamısında Windows Mobile platformasının çökməyə doğru getdiyi deyilir.

    • Bəyənilsin Zəif cavabdır Elvin Haci
      (Profil) (16:28, 09/06/2010 )

      Windows Mobile-dan danışmaq belə gülməli gəlir doğurdan da. Artıq qatar gedib Ramin dediyi kimi. Android əvvəlki kimi Google-a məxsus deyil, Open Handset Alliance-a məxsusdur, görün o aliansa hansı şirkətlər daxildir: Google, HTC, Intel, Motorola, Qualcomm, Samsung, LG, T-Mobile, Nvidia, Wind River Systems və.s. üstəgəl son Sony-Ericssonlar da Androiddədir. Məncə bu mobil nəhənglərin qabağında Microsoft öz mobil OS-unu nə qədər tez qapatsa, o qədər xeyir edər. :) Eşitdiyimə görə İphone-da Mac İO4 oS-la yanaşı Android-li İphone buraxacaq. Yalnız Nokia Symbianda ilişib qalıb, o da gec-tez yola gələr. :)

  2. +2 Bəyənilsin Zəif cavabdır AzeriFire
    (Profil) (11:14, 09/06/2010 )

    Java-dan bir şey bilməsəm də (hələ) dünən Məcid adlı tanış elə desktop proqramı da NetBeans və Eclipse kimi IDE lərdə yazmağı tövsiyyə etmişdi.

  3. +4 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
    (Profil) (11:22, 09/06/2010 )

    Salam. Əvvəlcə bilmək istərdim ki, hər hansı bir dildə proqramlaşdırma təcrübəniz varmı? Məsələn, C, C++, Pascal, Delphi, C# və ya PHP? Onu deyə bilərəm ki, heç bir proqramlaşdırma təcrübəsi olmadan bir başa Java öyrənməyə başlamaq adətən çətin olur.

    Bir də bilmək istərdim ki, sizin məqsədiniz nədir? Javanı hansı səviyyədə öyrənmək istəyirsiniz? Bunları bilsəm, daha konkret istiqamət göstərmək olar.

    Javada proqram yazmaq üçün bir neçə məşhur İDE-lər var. Netbeans, Eclipse, İntelliJ İDEA. Bunlardan sonuncusu pulludur, ilk ikisi isə open source-dur. Yeni başlayanlar üçün Netbeans istifadə tövsiyə edirəm.

    Javada əsasən aşağıdakı tip proqramlar yazırlar:
    1.Qrafik istifadəçi interfeysli desktop proqramları (Java Swing texnologiyası)
    2.Applet – klient brauzerində işləyən qrafik proqramlar (AWT və ya Swing texnologiyası ilə)
    3.Mobil proqramlar (J2ME texnologiyası)
    4.Web proyektləri (Servlet, JSP və s. texnologiyalar)
    5.Application serverlərdə işləyən server proqramları (EJB texnologiyası)

    Buradan Netbeans 6.8 yükləyin.
    http://netbeans.org/downloads/index.html

    Buradakı dərslərdən başlaya bilərsiniz.
    http://java.sun.com/docs/books/tutorial/index.html

    Əlavə kitab istəsəniz, göndərə bilərəm.
    Uğurlar.

    • +1 Bəyənilsin Zəif cavabdır AzeriFire
      (Profil) (14:09, 09/06/2010 )

      PHP dən keçid edən varmı? Mən düzü Java da bir method-a baxdım. Heç başım çıxmasa da Java dilindən methodda massiv yaradıldığını, massivə müxtəlif sözlər birləşdirildiyini, sonra isə PHP də foreach tipi kimi SADALANMA istifadə olduğunu başa düşdüm. Sadəcə qorxudan, hər hansı klass-ı yaradarkan çoxlu anlaşılmaz ELANLAR olduğunu gördüm. Bu Elanlar çox yerdə rast gəlinir, yəqin default olaraq mütləqdir və yadda saxlamaq lazımdır.

    • +2 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
      (Profil) (16:08, 09/06/2010 )

      PHP bilən üçün Java öyrənmək çətin olmaz, narahat olmayın. İstəyirsinizsə, sizə bir neçə kitab göndərim, onlardan başlayın.

    • +3 Bəyənilsin Zəif cavabdır Elvin Haci
      (Profil) (16:19, 09/06/2010 )

      Zəhmət olmasa linkləri bura yerləşdirin, hamımız faydalanaq.:) Java-ya aid materiallar çoxdur, amma Java-nı bilən ən yaxşı bilər ki hansı dərslik daha optimaldır. məsələn mən http://books.net-soft.ru/java.htm bundan istifadə edirəm, amma bu bir az köhnəyə oxşayır. :)

    • +8 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
      (Profil) (16:35, 09/06/2010 )

      Java How to program 7th edition
      http://www.boxca.com/pcbr8rmvzgu5/Java_How_to_Program,_7th_Edition.pdf.html

      Head First Java 2nd edition
      http://www.boxca.com/r0kuch6pmp9k/Head-First-Java-2nd-edition.zip.html

      Core Java volume 1 Fundamentals 8th edition
      http://rapidshare.com/files/395891689/Core_Java_volume_1_Fundamentals_8th_edition.pdf

    • +1 Bəyənilsin Zəif cavabdır Elvin Haci
      (Profil) (16:38, 09/06/2010 )

      Təşəkkürlər…

    • Bəyənilsin Zəif cavabdır AzeriFire
      (Profil) (16:43, 09/06/2010 )

      Təşəkkür. Yükləyirəm. Bunu da dünən məsləhət bildilər.
      _http://www.combook.ru/product/10009508/

      Sadəcə DjVu formatda və keyfiyyətsiz versiyasını tapdım ebook şəklində. Yəqin ki, alası olacam kitab şəklində. Çox tərif edirlər forumlarda da.

    • +2 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
      (Profil) (16:47, 09/06/2010 )

      Dəyməz. Yaxşı kitabdır, Core Java volume 1 Fundamentals kitabının tərcüməsidir. Faydalı olar.

  4. Bəyənilsin Zəif cavabdır Parvin Gasimzade
    (14:54, 09/06/2010 )

    Mende Java texnologiyalarini isledirem.Azerbaycanda Sirketlerin,bankalarin coxu C# istifade edir deye bu C#’in Javadan daha yaxsi bir dil oldugunu gostermez.
    Asagida iki dilin qarsilasdirilmasi ile elaqeli meqale var.Faydali olacagini umid edirem.

    http://www.godoro.com/divisions/ehil/mecmua/Magazines/Articles/txt/html/article_JavaVersusCSharp.html

    • +3 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
      (Profil) (16:04, 09/06/2010 )

      Məqaləyə görə təşəkkürlər! Çox gözəl izah edilib.

  5. -2 Bəyənilsin Zəif cavabdır Javid
    (16:13, 09/06/2010 )

    @Vitaly
    “O ki qaldı Java-ya, Sun artıq Oracla satılıb və artıq kommersiya tərəfindən yaxınlaşdıqda Oracl hecdə java-da maraqlı deyil.”

    -
    In explaining his decision to make the acquisition today, Oracle CEO Larry Ellison boiled down Sun into a company of two key assets: Java and the Solaris operating system.

    -
    Java’s importance to Oracle is already apparent. Oracle is a major middleware vendor, and Ellison said that the company’s Java-based Fusion Middleware technology is the fastest-growing part of its business.

    -
    Oracle to buy Sun Microsystems for $5.6 billion.
    CEO Larry Ellison says Java is ‘most important software we’ve ever acquired’

    Şərhsiz… :) )

  6. +1 Bəyənilsin Zəif cavabdır Javid
    (16:59, 09/06/2010 )

    Java-nın üstünlüyündən bəhs edərkən təbii ki, söhbət ancaq dilin özündən getmir.
    Burada platforma və həmin dil/platforma ilə bağlı texnologiyalar çox vacibdir.
    Xüsusilə, dil/platforma/texnologiyalar sahəsində gələcək perespektivlər, gələcəkdə ediləcək mümkün yeniliklərin necə və kimlər tərəfindən daxil edilməsi çox əhəmiyyətlidir. Bu sahədə Java Community əvəzolunmazdır! :)

    www.jcp.org

  7. +2 Bəyənilsin Zəif cavabdır Shahriyar Rzayev
    (22:31, 09/06/2010 )

    Programlasdirma dilini muqayise etmekdense sirketlerin buraxdigi mehsullara ve ne derecede bir-birini sixisdirdiqlarini gorsek mence aydin olar.Meseleye biraz romantik cehetden yanassaq:) Sun Mycrosystems yegane dunyevi sirketdir ki Microsoft-la istenilen mehsulda mubarize aparir ustelik Oracle-in da Sun-a olan maragini nezere alsaq Microsoft hele cox ter tokecek:)
    Google ise resmi suretde Windows OS-den imtina etmeyi ve MAC OS ve ya LINUX istifade etmeyi oz iscilerini tovsiyye edib:)
    Allahin Firefox-u internet explorer-in cucuyunu sixib. utanmir hele 8 buraxir istifade eliyen de yoxdu:)
    windows mobile ise uffff men shexsen son defe bu os-de isleyen telefonu 3 il evvel 250 manata 28-de gormusdum:)) oglan deyirdi sen Allah bunu alin.

    Sun Mycrosystems mehsullari:
    1.Java- Java SE ,ME ,EE
    2.Netbeans IDE-IDE for mobile,enterprise and web apps. Men sexsen istifade edirem cox rahatdi. Ve artiq son buraxilislarinda Java GUI builder ile beraber JavaFX gui builder de desteklenir. Bundan elave “DEVElOPER.COM 2008 the product of year ” secilib :)
    3.GlassFish-Open source Java application server.
    4.MySQL-The popular open source database.Sun bu database aldiqdan sonra daha da inkisaf etdirib.
    5.Solaris OS
    6.Sun VirtualBox-Virtualization software for your desktop.
    7.OpenOffice-Open source office productivity suite. office programlaridi lap elasindan :)
    8.JavaFX-Silverlight reqibi.
    ve tebii ki biir de hardware terefi varvarsa etirazi olan gelsin er meydanina qol gucu eliyek adice Sun SPARC server.
    Umumiyyetle her kes coreyini cixardigi aleti sever:) he C# eledi beledi demekle deyil ki burda illerin sinanmis bir dili Durur o da ki Java:)
    cox heyasiz bir proyekt olan J++ xatirlamaq bele istemirem :)
    yene deyirem men meseleye menevi cehetden yanasiram :)

    JVM-de isleyen proqramlasdirma dillerine baxaq
    http://en.wikipedia.org/wiki/List_of_JVM_languages

    yani ki esas pul qazanmaq deyil esas dunya sevgisini qazanmaqdir onu da SUN qazanib. fikir verdinizse meseleni dede baba qaydasi ile kokunden hell eledim hami Java oyrenecek :)

    Tesekkurler.

  8. +2 Bəyənilsin Zəif cavabdır NModern
    (Profil) (22:52, 09/06/2010 )

    Görürəm sualım çox mübahisələrə gətirib çıxarır. Əslinə qalsa mən dillər arasında hansının üstün olduöuna fərq qoymuram, sadəcə Java maraqlı gəldi ona gorə soruşdum.

    Proqramlaşdırma təcrübəmə gəldikdə PHP-də yazıram, belə isə C/C++ və C# nəzəriyyəsini oxumuşam (yadımda bir şey qalmasa da :) ). İstifadə etməyə gəldikdə isə kompyuter və ya mobil telefonlar üçün proqram yazmaq da istifadə edərəm yəqin ki, hələ ki, dəqiq bir fikrim yoxdur.

    Yuxarıda qeyd etidiyiniz materialları görə dərin minnətdarlığımı bildirirəm.

  9. +1 Bəyənilsin Zəif cavabdır NModern
    (Profil) (09:00, 10/06/2010 )

    Daha bir sualım.

    Bu Javanın PHP-nin manualı kimi manualı var? Sadəcə funksiyalar verilsin və nümunələri.

  10. +2 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
    (Profil) (10:32, 10/06/2010 )

    http://java.sun.com/docs/books/tutorial/index.html
    http://wikis.sun.com/display/code/Language+Syntax
    http://java.sun.com/javase/6/docs/api/
    http://java.sun.com/reference/index.jsp#documentation

  11. +2 Bəyənilsin Zəif cavabdır Shahriyar Rzayev
    (22:55, 10/06/2010 )

    Movzudan kenara cixdigim ucun uzr isteyirem bir az heyecanli mubahise dusmusdu.
    Menim meslehet bildiyim kitablar.
    Yeni baslayanlar ucun:
    1. Java. Руководство для начинающих
    http://www.ozon.ru/context/detail/id/4091501/

    Biraz yol almislar ucun:
    1. Java 2. Библиотека профессионала. Том 1. Основы
    http://www.ozon.ru/context/detail/id/3817476/
    2. Полный справочник по Java
    http://www.ozon.ru/context/detail/id/3384987/

    Java Database ucun:
    1. Expert Oracle JDBC Programming
    http://www.amazon.com/Expert-Oracle-JDBC-Programming-Menon/dp/159059407X/ref=sr_1_1?ie=UTF8&s=books&qid=1276192322&sr=1-1

    Java WEB ucun:
    1. Murach’s Java Servlets and JSP, 2nd Edition
    http://www.amazon.com/Murachs-Java-Servlets-JSP-2nd/dp/1890774448/ref=sr_1_1?ie=UTF8&s=books&qid=1276192382&sr=1-1
    2. Head First Servlets and JSP: Passing the Sun Certified Web Component Developer Exam
    http://www.amazon.com/Head-First-Servlets-JSP-Certified/dp/0596516681/ref=sr_1_2?ie=UTF8&s=books&qid=1276192382&sr=1-2

    Tesekkurler.

  12. +3 Bəyənilsin Zəif cavabdır Sevinc Azizova
    (Profil) (10:30, 23/02/2011 )

    C#-la Javanın mubahisəsinə gəlincə mənim fikrimcə Azərbaycana hər iki dili bilən mütəxxəsislər lazımdır.
    Fərqi yoxdur Java ya C#. əsas odu ciddi proyektlərin olsun, optimal düşüncə qabiliyyətin olsun.

  13. Bəyənilsin Zəif cavabdır Namiq
    (11:50, 16/08/2011 )

    təxminən iki il bundan əvvəl mən Java və C# arasındea seçim etməli idim. Ancaq əvvəlcə tələblərə baxdım. Deməli,
    1. program 2 ay kimi qısa vaxt ərzində yazılmalı idi.
    2.User Interface önəmli idi.
    3.Şəbəkə üzərindən əməliyyat aparılmalı.
    4.Baza ilə məlumat mübadiləsi olmalı.
    5.Proqram istifadəçilər üçün asan olmalı. və s.

    Əvvəlcə bu proqramı Web Based olaraq yazmaq istədim. Ancaq User İnterface hissəsi çox vaxtımı alırdı. Çünki burada PHP dən əlavə CSS, JavaScript(jQuery, Ajax) ilə çox vaxt itirirdim. Ona görə də Windows Application – üstünlük verdim. Burada isə Java yoxsa C# arasında seçim etməli oldum. .Net – in GUI komponentleri daha təkmil olduğunu gördüm və c#-a wstwnlwk verdim. İş əsnasında yanılmadığımı anladım. Çünki .Net – də olan bir çox özəlliyi mən Java-da çox təəssüf ki görə bilmədim. Buna çox üzüldüm. Çünki bu seçimim mənim gələcəkdə hansı dil üzərindən ixtisaslaşmağımğn əsasını qoymalı idi. Və mən çox arzu edərdim ki axtardığımı Javada tapaydım. Məsələn nümunə gətirə bilərəm. .Net(C#) -də olan DataGrid kimi bir komponent Java da görə bilmədim. DataTable və DataSet kimi class-lar Java-da mövcud deyil. Bəlkə ixtisaslaşmış bir Java-çı bunları java-da yaza bilər. Amma dediyim kimi İXTİSASLAŞMIŞ.

    Belə, sizinlə yaşamış olduğum bir təcrübəmi paylaşmaq istədim. Fikilərinizi – Tənqid və ya Təklif, önəmli deyil bildirsəniz yaxşı olar.

    Təşəkkürlər.

  14. +1 Bəyənilsin Zəif cavabdır Etibar
    (14:29, 16/09/2011 )

    En esasi OOP (Object Orented Programming) basha dushmek.
    Beledeki ikisinnen birini oyrensen , obirsini cox hasand menimsiyeceksen.
    Men meslehet gorerdim birini oyren ama mukemmel.

  15. +1 Bəyənilsin Zəif cavabdır Xaliq Babayev
    (Profil) (10:56, 06/02/2012 )

    Yuxarda verilen kitab linklerinin tezden verilmesi mumkun ola biler?artiq silinibler.

  16. Bəyənilsin Zəif cavabdır Murad İmanbayli
    (Profil) (00:37, 12/02/2012 )

    Bizim saytda sıfırdan Java başlamaq üçün dərslər var.Düzdü hamsı yoxdu amma yavaş yavaş hazırlanır əgər istəsəniz baxa bilərsiz
    http://compuser.info/index.php/proqramladrma/java

  17. +1 Bəyənilsin Zəif cavabdır NModern
    (Profil) (15:28, 02/04/2012 )

    Düzü bu qədər müzakirə olunacağını fikirləşmirdim ))
    Artıq Javanı qurtdalayıram )), Bir iki proqram da yazmışam. Bütün şərhlərinizə görə minnətdaram.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.