Verilmiş və sayı 2650-ni ötən sualların 99.85 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Ən yaxşı ADSL xidməti

ADSL-ə yeni qoşulmaq üçün hansi provider daha məsləhətlidir? Hansı providerlər bütün respublikanı əhatə edir?

Kateqoriya: İnternet bağlantı . Açar sözlər: . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Ən yaxşı ADSL xidməti sualına 37 cavab var
  1. +1 Bəyənilsin Zəif cavabdır FuaDanger34
    (16:32, 14/06/2010 )

    Salamlar, ilk şərh məndən.
    Hamıya məsləhət ən yaxşı ADSL aylıq trafiksiz filansiz AzerOnlinedir. Mən özüm 1ilə yaxındır işlədirəm və çoooox məmnunam.

  2. -6 Bəyənilsin Zəif cavabdır kiber
    (Profil) (16:41, 14/06/2010 )

    Maraqlıdır siz bütün respublikanı əhatə etməsini neynəyirsiz?

    Şəxsi istifadəniz üçün Stream-i məsləhət görə bilərəm. Düzdür çatışmamazlıqlar hər birində var, amma yenə də düşünürəm üstündür digər provayderlərdən.

    • +8 Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (18:18, 14/06/2010 )

      Bütün respublikanı əhatə etməsi çox adamın marağında olmalı. Çünki həm işi ilə bağlı, həm də şəxsi həyatla bağlı tez-tez müxtəlif rayonlarda olan daimi internet istifadəçiləri var. Dial Up və ya Mobil Modem heç də ən yaxşı həll yolu deyil. ADSL lazım. Bildiyim qədəri ilə Bakinternet və Aztelekom provider-ləri əksər rayonlarda var, amma keyfiyyət aşağıdır.

  3. +9 Bəyənilsin Zəif cavabdır Mehman Elxanoglu
    (Profil) (17:57, 14/06/2010 )

    Hansı ilə qoşulursan qoşul, çalış Aztelekom olmasın, mən bu provayder ilə qoşuluram (seçim şansım olmayıb ona görə), bərbad da var, bərbad da… Bir var “bərbad”, bir də var: “birbaşa bərbad”… Aztelekom birbaşa bərbaddır ;)

  4. Bəyənilsin Zəif cavabdır NModern
    (Profil) (14:36, 15/06/2010 )

    Connect işlədirəm pis deyil, bütün respublikanı əhatə etməsə də.

    (ayda ildə bir dəfə xarici saytlara çıxışda sürət aşağı olur)

  5. +7 Bəyənilsin Zəif cavabdır Shahriyar Rzayev
    (Profil) (01:10, 16/06/2010 )

    umumiyyetle internet keyfiyyetini provayder olaraq ferqlendirmek cox menasizdi.
    bu pisdi ya o yaxsidi.nezere alsaq ki internet sureti ATS-den uzaqliga gore bele ferqlenir hec kimin haqqini yemek istemerem :)
    En azindan ping-ler ferqlenecek bu 100%-dir.
    bu saytdan internet keyfiyyetinizi yoxlaya bilersiz:

    http://speedtest.net/

    men yoxladim hem de ferqli seherlerdeki serverlerde bu da netice linkleri:

    http://www.speedtest.net/result/848473595.png

    http://www.speedtest.net/result/848476245.png

    http://www.speedtest.net/result/848477399.png

    Tesekkurler.

  6. +1 Bəyənilsin Zəif cavabdır Ramin Orucov
    (Profil) (01:56, 16/06/2010 )

    Rayonlar üçün ancaq dövlət provayderləri – Aztelekom və Bakinternet.
    Xırdalan üçün – Aztelekom, DataPlus və Azeronline
    Bakı üçün – hal hazırda Azeronline 2 Mbps ADSL istifadə edirəm, real download sürəti 200-210 Kb/san olur, bu da təxmini 1.6 Mbps sürət deməkdir. Axşamlar bəzən kəsinti olur, internet kəsilir. 2 Mbps ADSL qiyməti 30 manatdır.
    Digər ADSL provayderlərin müştərisi olmamışam, istifadə edənlər məlumat versə daha yaxşı olar.

  7. +1 Bəyənilsin Zəif cavabdır Cavad
    (19:13, 18/06/2010 )

    Connect ishledirem memnunam!
    Musteri xidmetleri de ela ishleyir! Bu da cox vacib amildir!

  8. -1 Bəyənilsin Zəif cavabdır rxn
    (Profil) (01:09, 19/06/2010 )

    Provayderler bir birinden elede farqlanmirlar….cunki respublikaya girishda problem varsa ardicil olaraq butun provayderler tasir edir ….bir balaca normal islayan Azeronline (Bir az qiymatlar yuxaridi) bir de stream. Ozum isladirem iki PC ucun 3mb surat 30 man trafiksiz halaki raziyam

  9. -2 Bəyənilsin Zəif cavabdır Orxan Zakirov
    (Profil) (15:58, 29/06/2010 )

    AzerOnline və Superonline-da qırılma söhbəti yoxdur…Qiymət də sərfəlidir məncə (1Mbit-limitsiz-18AZN)

    • Bəyənilsin Zəif cavabdır Xudaverdik
      (15:12, 03/01/2011 )

      Tarif bahadir bele olmaz

  10. Bəyənilsin Zəif cavabdır Köl Ge
    (Profil) (23:59, 01/07/2010 )

    Məsləhətli Provayder dedikdə, siz hansı kriteriyaya görə maraqlanırsız bir onu qeyd etsəz demək daha asan olardı.

    Müştərisi az olan Provayderlərin verdiyi sürət digərilərindən daha yaxşıdır. ATS-lərdən, evin ATS-dən yerləşdiyi məsafə, naqilin vəziyyəti, aldığınız modem bunlar hamısı ADSL xidmətinin keyfiyyətinə təsir edən faktorlardır.

    Bakıdan kənardasınızsa, o zaman DataPlus ilə maraqlanın. 1 mbps sürət istifadə edirdim, yükləmələr 100-120 kb\s ilə gedirdi. Praktiki olaraq problem yaşamadım.

    Şəhərdəsinizsə, məsləhələşin, soraqlaşın görün ətrafınızdakılar nə istifadə edir. Yaxınlıqdakı İnternet klublardan soruşun çünki onlar provayderleri tez-tez dəyişirlər.

    Bir də ki, məsələn connect 440 nömrəsində supe rişləyirsə bu o demək deyil ki, 465 nömrəsində də super işləyəcək…

    Provayder.az, dataplus.az, azeronline məsləhət görə biləcəklərimdi.

  11. Bəyənilsin Zəif cavabdır ElchatmaZ
    (Profil) (14:55, 12/11/2010 )

    Mən Azeronline işlədirəm.
    Aztelekomda bilirsiz niyə səviyyə aşağıdır? Çünki, bir aparata 10 xətt çəkilməlidirsə 20 xətt çəkirlər. Aparatların qiyməti bahadır deyə Bizimkilər ucuzundan alıb hətta buna ramən daha az xətt tutan bir aparata daha çox xətt vururlar. Tutaq ki, 10 Mb trafiklə paylanan internet, 20 hissəyə böldükdə 500 Kb trafiklə millətə verilir. Halbuki, millət 1 Mb traffiklə pulu ödəyir. Əgər hər hansı bir istifadəçi ağır saytlara girərsə aparat atır və 20 istifadəçi ona görə hamısında internet kəsilmiş olur.

    Mən demək olar ki, bütün providerləri sınamışam. AzerOnline’den yaxşısını görmədim. Bu Mənim fikirimdir.

  12. Bəyənilsin Zəif cavabdır sintez
    (Profil) (02:30, 20/12/2010 )

    salam men Masalli rayon Musakuce kendinde yasayiram bizim kend rayona en yaxin kenddir duzdu rayonda ADSL var ama rayona yaxin kendlerde yoxdur men aztelekom isledirem pulum bosa gedir ama neyleyim yene istifade edirem bizim kendde internet istifadecisi coxdur hamida ADSL-in burda ne vaxt olacaqini cox deyirler bizim ATS elektrondu ama yene deyirlerki ADSL mumkun deyil men modem aldim getdim rayona ADSL xetdin acdirmaqa mene mumkun olmadiqini soylediler sizden xais edirem bu barede mene bir fikir deyin inanin 42 suret 50 suret meni boqaza yiqib bezen 28 suretlede girir ADSL olsun teki olsun

    • Bəyənilsin Zəif cavabdır admin
      (Profil) (09:36, 20/12/2010 )

      Salam. Təəssüf ki, rayonlarda ADSL tərcih imkanı yoxdur, özəl providerlər rayonlara yayılmayıb. Siz poçtla maraqlanın bəlkə Bakinternet də işləyir kəndinizdə?

      Sürətə gəldikdə problem yalnız sürətdədir ya internetə girmək müəyyən saatlarda problemlər yaradır və ya qırılmalar olur?

  13. Bəyənilsin Zəif cavabdır sintez
    (04:26, 21/12/2010 )

    salam cox saqolun qardas sualimi cavablandirdiqiniza gore Poctla maraqlanaram duzdu cox vaxt 1 saat girmek olmur dediyinizkimi qirilmalarda cox olur cavabiniz ucun tesekkur edirem

  14. -2 Bəyənilsin Zəif cavabdır Ibrahim
    (20:56, 27/02/2011 )

    cox sag olun meslehetlerinize gore… mende teze provayder axtarirdim…

  15. -2 Bəyənilsin Zəif cavabdır Tebi
    (01:35, 19/04/2011 )

    Salam mən məsləhət görərəm ki Aztelekomu seçməyin mən seçdim çünki başqa seçimim yox bəlkə gələcəkdə yaxşı olar ama inanmıram çünki hərgün 200-250 yeni müşdərilər Aztelekomu seçir təbi haldırki buda provayderin yüklənməsinə səbəb olur.

  16. -1 Bəyənilsin Zəif cavabdır nicat
    (13:57, 09/07/2011 )

    en zeifi connecti internet kulub ucun hansi yaxsidir?

  17. Bəyənilsin Zəif cavabdır ruso
    (18:43, 24/09/2011 )

    mene xirdalan terefe hansi provayder baxir o lazimdi imkandirsa komek edin mene??butun nomrelere esas da 447,448,449,

  18. -2 Bəyənilsin Zəif cavabdır orxan
    (01:59, 05/10/2011 )

    mence yene dediymz kimi neye gore. hamida problem eyni olur. hamisi deltatelecomdan interneti alir. problemli olam providerlarda coxu vaxt ATSe atir bahanesini. men 3 provider istade elemisem. pisden yaxsiya gore siralasam:

    1. bakinternet
    2. COnnect
    3. Azeronline

    Evvel teze adsl gelende en yaxsi connect idi, sonradan muduriyet deyisdikden sonra keyfiyeti dusdu connec tinde.

  19. -2 Bəyənilsin Zəif cavabdır suzi
    (Profil) (20:01, 06/11/2011 )

    Mən öncələr azstar.net-dən istifadə edirdim..Tez tez set kəsilir,qırılmalar olurdu..Daha sonra superonline-dan istifadə etməyə başladım..İlk 6 ayında yaxşı işlədi..Sonra o da digəri kimi oldu..Set kəsilir tez tez,telefona zəng gələndə qırılmalar olur,sürət tez tez aşağı düşür..Dəfələrlə müraciət etsəm də müştəri xidmıtlərinə məsələni həll edən olmadıı..İndi bilmirəm hansı provayderdən istifadə edim..Məsləhət verən olsa sevinərəm..

    • +1 Bəyənilsin Zəif cavabdır Kamil
      (00:28, 03/01/2012 )

      1.Connect-dən istifsdə et.
      2. Splitter qoşmadıqda zəng gələndə internet kəsilir. Məsləhətdir telefonu və modemi SPLİTTER vasitəsilə qoşasan. Əks təqdirdə provayder hansı olur olsun kəsilmələr olacaq.

  20. +1 Bəyənilsin Zəif cavabdır admin
    (Profil) (12:10, 16/11/2011 )

    Bu arada yeni açılan yoxla.az saytının köməyilə ADSL və simsiz internet providerlərinin təklif etdikləri xidmətləri müqayisə edə bilərsiniz.

  21. +3 Bəyənilsin Zəif cavabdır Perviz Namaz
    (Profil) (19:05, 17/12/2011 )

    Azeronline… ve ya Eurosel yeni gelib. O da Olmasa BAKIYA YENI FIBER OPTIK KABEL cekilir. internet sureti her evde 20 meqa bit olacaq

  22. +3 Bəyənilsin Zəif cavabdır ismayıl
    (11:03, 19/12/2011 )

    Salam. Alfanet isledirem. Suret 5Mbps unlimited ayda 20AZN! Cox eladir! Meslehet gorurem! Bu da netice: http://speedtest.net/results.php?ct=s&ria=0

  23. +5 Bəyənilsin Zəif cavabdır Kamil
    (00:17, 03/01/2012 )

    Nə olur olsun Bakinternet-ə qoşulmayın. 2 il yarım işlətmişəm. Sürət aşağıdır, xidmət yarıtmazdır, avadanlıqlar köhnədir, yiyəsi yoxdur. Problem olduqda provayder ATS-in, ATS isə provayderin üstünə atır. Ağıllarına gələni abonentlərin üstündə sınaqdan keçirirlər-məsələn, trafiksiz paketə trafik tətbiq edib əlavə pul alırlar./mənim başıma gətiriblər/. Bir sözlə – BARDAQDIR.

  24. Bəyənilsin Zəif cavabdır Azer
    (21:23, 17/01/2012 )

    ele men de suret cekdirmek istiyirdim.. meslehetlere gore hamiya tesekkurler….

  25. -2 Bəyənilsin Zəif cavabdır RazoR
    (Profil) (22:49, 20/01/2012 )

    MENDE BAKINTERNET DI AMMA PROBLEM OLMUR QAQARDAW CANI

  26. +2 Bəyənilsin Zəif cavabdır ferid
    (01:04, 22/01/2012 )

    Salam men evveller bakinternet isledirdim dehsetli derecede pis gundedir casib birden bakiinternete qosulasiniz puluvuza ve caniviza yaziqdir, sonra kecdim azstarnet e indi her sey eladir qirilmada indiye cen olmuyum 3aydir. ayda 20 manata 2mbps gunduzler olur 4mbps axsamlari olur 8 mbps

  27. Bəyənilsin Zəif cavabdır Orxan Eliyev
    (Profil) (03:39, 05/02/2012 )

    SuperOnline çox yaxşıdir. http://sol.az

  28. +1 Bəyənilsin Zəif cavabdır shaman
    (Profil) (06:46, 11/02/2012 )

    hər kəsi salamlayıram
    Mən en birinci stream işlətmişəm.pis deyildi ama bəzən daha çox xətdə problem olurdu..və istifadəci sayi(hansi ki bu sürete azda olsa təsir edir ve xetdin yüklenmısinə səbəb olur) çox oldugundan müştəri xidmətinin zeifliyinee sebeb olurdu//saatlarca xetde gozle bezen hec cavab vermemek..
    indi aztelekom ishledirem..choxda raziyam…2 suret 20 manat..ve sureti hemiwe yoxlamiwam ele 2 den awagi olmayib..sabitdi…en esas onu xowlayiram ki pulu gecikdirendee o deq kesmirlerr..ve menim uchun bu plus du chunki bow vaxtim az olur..ve sadece telefon borcu kimi gelir..o da en yaxin pochta odeye bilirem bawka provaydere getmek lazim deyil..musteri xidmetide pis deyil..memnunan chooox..ats-in ozudur..nese problem olanda day provayder demir get atsle elaqe saxla..bu da bir ustunluyu vaxt itkisi olmur..chox plus saymaq olar

  29. +1 Bəyənilsin Zəif cavabdır Rehimli Vuqar
    (Profil) (14:51, 22/02/2012 )

    Superonline 100 manat 5 aylıq ödədim,1 ay pulsuz hədiyyə olundu,2 sürəti 3 etdilərç4 portlu WIFI modem çatdırılma,quraşdırılma pulsuz :) ))

  30. +2 Bəyənilsin Zəif cavabdır Vusal
    (04:17, 29/02/2012 )

    Salam evvelce her birinizi melumatlandirmaq isteyirem ki ADSL xidmetinde esas rol PROVADERin deyil abonente geden telefon xetdinindir. Abonentin telefon xetdi ne qeder temiz olsa bir o qeder interneti kesintisiz ve suretli (tebiik ki verilen surete gore) olar. Ancaq birmeselede de var ki herden internetin zeyif olmagi provaderinde problemlerinden olur. 4 Ilden artiqdir ki men TRANSEURCOM ishledirem bu gune qeder hec bir sikayetim yoxdur. Bir meslehetde verim. Eger sizde yuklemenin neche kb/s ile getmeyini bilmek isteyirsinizse size verilen ADSL suretini 8-e bolun ve aldiginiz netice (ve ya neticeye yaxin reqem) sizin yukleme suretiniz olmali. Misal ucun suretiniz 1024-du (1024 bolunur 8 e =128 120, 115, 110 da alsaniz normal saymaq olar.) eyni ile bu qayda ile yoxlaya bilersiniz. Xetdinizde olan problemide yoxlamaq ucun suretiniz 1024/1024 durse modemin statistika bolumune daxil olub baxa bilersiz Upstream (Kbps) 1024 Downstream (Kbps): 1024 xetdeki problem ilk once Upstream-e tesir edir edir yeni 1024 den asagi gosterir misal ucun 852 kb/s.

  31. Bəyənilsin Zəif cavabdır Psychosocial
    (23:54, 28/04/2012 )

    men evvel bakinternet gosdurmusdum , cox pis idi. indi superonline a kecmisem ancax o da tez-tez qirilir… bu nedendi? ve bir dostumun dediyine gore bir muddet sonra gedgede azalacax suret, bu beledir?

  32. Bəyənilsin Zəif cavabdır Gnyka
    (Profil) (20:39, 15/05/2012 )

    mende astarnetdi,21 gundu cekdirmiwem ,cekdirdiyim gunden denatsle provayderin arasinda qalmiwam. o onun ustune atir,bu bunun ustune atir. hele sahib cixan yoxdu ki problem kimdedi. ad var suret 2 GB di,ama men de en yaxwi verdikleri suret 0.76 di. kimse canindan,ya da pulundan bezmiyibse onda esla bu provaydere muraciet etmesin!
    bir de oyrenmek isterdim 454 atsinde en yaxwi hansi provayder hansidi,xahis edirem mene meslehet verin..

    • Bəyənilsin Zəif cavabdır Onar Alili
      (Profil) (23:54, 15/05/2012 )

      Sürətin zəif olmağı və ya internetin tez-tez kəsilməyin əsas səbəbi telefon xəttində olan calaqlardır.Telefon xəttinizi dəyişdirin və modemdə nasazlıq yoxdursa onda dəqiq telefon xəttinəndir.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.