Microsoft Dream Spark və AzTU

Salam
Mən Azərbaycan texniki universitetinin tələbəsiyəm
Micrsoft Dreamspark lahiyəsi çərçivəsində Microsoft Visual Studio proqramlarını(proqramlaşdırma sahəsində) tələbələr pulsuz yükləyib istifadə edə bilərlər.
Dəstəklənən universitetler siyahisinda Azərbaycan Texniki Universitetinin də adı var
lakin mənə universitetimin saytıyla bağlı(.edu) e-mail ünvanı lazımdır
Onu necə və hardan əldə edə bilərəm?


Yadda saxlama
Kateqoriya: Emaillə bağlı məsələlər . , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(11:10, 06/09/2011 ) #3696

Salam. Bununla bağlı mütləq universitetdəki İT bölməsinə müraciət etmək lazım. O tip maillər manual olaraq yaradılır və bu imkan ancaq sayt administratorunda olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:41, 06/09/2011 ) #3699

Mən hələ bu il qəbul olunmuşam və hələ universitetde olmamişam
Hərhalda düşünürdümki bunu belə etmək mümkündür
Təşəkkür

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:01, 06/09/2011 ) #3700

    Xeyr, mümkün deyil. Bu universitet daxili işdir. Uğurlar sizə təhsilinizdə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:23, 08/09/2011 ) #3736

.edu və ya hər ölkənin özünə məxsus təhsil müəsisələrinə verdiyi domain adı lazımdır DreamSpark proyektindəki pulsuz proqramlardan istifadə etmək üçün. Azərbaycanda bu səhv etmirəmsə edu.gov.az-dır. Ama bizim universitetlər İKT-ni dəhşət güclü istifadə etdikləri üçün demək olar tələbə, müəllimləri bu cür emaillərlə təmin etmirlər. Çətin ki AzTU-da bu işi görmüş olsun.
DreamSpark-a gəldikdə Microsoftun ənənəvi marketinqindən başqa bir şey deyil. Məqsəd tələbələrin alt şüuruna MİCROSFTu yeritməkdir. O layihənin verdyi app-lar həmişəlik hədiyyə deyil. Universiteti bitirdikdən sonra avtomatik olaraq məhsul üçün update-lər kəsilir. 4 il bu məhsuldan istifadə etmiş tələbə məcbur olub pul verib alır. Elektron məhsullarla bağlı dəyişən xərc sıfır dollar olduğuna görə Microsoft bir şey itirmir əksinə switching cost (yəni başqa məhsula keçmək çətin olur) yaradır müştəri üçün.
OpenSource bütün dərdlərin dərmanıdır:) Eyni zamanda microsoftun express edition məhsullarını da istifadə edə bilərsiniz. normalda təhsil üçün kifayət edir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:18, 08/09/2011 ) #3737

Belə məlum olur ki, İT sahəsi üzrə təhsil alacaqsan. Mən Bakı Dövlətin TRK
fakultəsini bitirmişəm. Sənə qardaş məsləhəti verirəm.
Bacardığın qədər Microsoftdan, onun bütün proqram məhsullarından, o cümlədən
Windows ailəsi ə.s. -ri, Visual Studio kompilyatorlar paketi, v.s. və onları
dolayı dəstəkləyən bütün proqram təminatından (Delphi v.s.) bacardığın qədər
uzaq ol. Öz proqramlaşdırma təcrübəni bu cür şeylərlə zəhərləmə.
Əgər bu sahə üzrə niyyətin ciddidirsə dərhal keç Linux-a. Əsl proqramçıların
sistemi. Hər şey pulsuz, açıq kodla. Yuxarıda yazılanları oxuyuram dəhşətə
gəlirəm. Sən haradasa üzv olmalısan, 4 ildən sonra update dayanır …
Biabırçılıq.
www.kernel.org Linux nüvəsi pulsuz yüklə, hamı üçün.
www.gnu.org gcc kompilyatoru pulsuz yüklə, hamı üçün.
…..
nüvədən tutmuş mətn redaktoruna qədər hər şey açıq kodla, pulsuz, hamı üçün.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:21, 10/09/2011 ) #3772

Çox sağolun hamınız məsləhətlərə görə
Əhməd mənim microsoftla elə də probıemim yoxdur…hərhalda bir-çoxları onun məhsullarından istifadə edir
Opensource hərhalda normal halda satılan bir proqramdan üstün olmaz,ona gorə istəyirəm müvəqqəti də olsa istifadə edim,sadəcə maraqlı gəldi Firəvan ölkəmizdə İT təhsil alanlar üçün necə imkanlar var…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:20, 10/09/2011 ) #3773

    Səhv də burdadır. Open Source-lar heç də kommersiyalardan zəif olmur, əksinə əksər hallarda güclü olur. Linux vs Windows məsələn. Kommersiyaların əsas üstünlüyü o ki “hazır olsun, asan olsun” prinsipidir. Open Source-larda isə bir növ özün yığıb, seçib, analiz edib yığırsan lazımi alətləri əl altına. Bir sözlə nə asandır, nə də hazır. Amma əvəzində pulsuzdur, daha keyfiyyətlidir, daha təhlükəsizdir və.s. Məncə proqramlaşdırma sahəsinə daxil olmuş şəxs asanlıq, hazırlıq dalıyca getməməlidir. Özü özünə yaratmalıdır o “asanlıq, hazırlılığı”.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:44, 10/09/2011 ) #3776

Admin,cavabınız çox xoşuma gəldi
Ama mənə *hələlik* asan və hazır lazımdır…proqramlaşdırma sahəsinə təzə başlamışam və open-source proqramları öz istəyimə uyğunlaşdırmağı bacarmıram
1 şey də var ki Opensource olan proqramın developer-i bundan hansısa gəlir gözləmirsə və onun *ixtirası* heç bir pullu mənbəyə dayanmırsa,bunun nəticəsinin də professional olması həmişə mümkün olmur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:47, 10/09/2011 ) #3780

    Son abzasınızla razı deyiləm, orda səhv anlaşılma olub bir az. Developer hansı platformada işləyir işləsin, bunun onun pul qazanmasına nə dəxli? Axı biz demirik ki, siz open source istehsalçısı olun gələcəkdə, biz dedik open source platformalarda işləyin. Pulu da orda qazanın.
    Hələ ki öyrənin, amma .NET-ə filan aludə olmayın. Sonrası yaxşı olar. 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:42, 11/09/2011 ) #3785

Open Source pulsuz demək deyil. Open Source o deməkdir ki, sən proqramın
mənbə kodun əldə edə bilərsən, pulsuz, dəyişə bilərsən, başqa şəxsə
ötürə bilərsən. Amma əgər proqramı kompilyasiya edib ikili fayl alsan,
onu sata da bilərsən . Yəni Open Source ilə əldə etdiyin proqram bir növü
sənin mülkiyyətinə çevrilir. Amma çox hallarda open source proqramçıları
öz etdiyi yaxşı dəyişikləri hamının görə bilməsi üçün open source
qrupuna təqdim edirlər. Misal üçün mən saytlarda Open source developer
kimi işlərə baxıram. Nümunə kimi open source gcc kompilyatorunu
verilimiş linux distro üçün və ya xüsusi arxitekturalı cpu üçün tuning
etmək(uyğunlaşdırmaq, optimallaşdırmaq) tələb olunur.
Amma üçüncü şəxsə sata bilmək məsələsi bütün open source proqramlara aid deyil
bunun üçün müxtəlif lisenziyalar mövcuddur. Misal üçün GPL lisenziyası satmağa icazə verir səhf eləmirəmsə. Amma bizim üçün (Azərbaycan reallığı)
məsələnin gəlir tərəfi əsas deyil. Biz open sourcedan əsasən örgənmək üçün istifadə edirik. Çünki nə əməliyyatlar sisteminin
əasasları, nə kompilyatorların iş prinsipi, nə kompüter
arxitekturası bizim universitetlərdə tədris olunmur. Belə
halda harwardda oxumağa
imkanı olmayanlar üçün , OPEN SOURCE yeganə çıxış yoludur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:47, 11/09/2011 ) #3786

Əhməd məni düz başa düşdü =)
OpenSource barədə fikrimi dəyişə bildiniz)
Bəs onda C++ üçün hansı İDE məsləhət görəbilərsinizki OpenSource olsun?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (1 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (3 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (3 gün əvvəl)

E. Hacı cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (3 gün əvvəl)

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (4 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (6 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (10 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (11 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (14 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (15 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (15 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (15 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23242 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024